Month: February 2025

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

    Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.

    Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.

    “Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.

    Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • В Баку девушку шантажировал бойфренд: полиция задержала вымогателя

    В Низаминском районе Баку зафиксирован случай шантажа.

    В полицию обратилась 21-летняя девушка, которая заявила, что некто, угрожая распространить ее фото, потребовал от нее 1 200 манатов.

    Сотрудники полиции выявили и задержали У.Ибрагимова, подозреваемого в вымогательстве. Сообщается, что шантажист является бойфрендом потерпевшей.

    По данному факту ведется расследование.

  • Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT

    Bakıda gənc qız şantaj olunub.

    Hadisə Nizami rayonu ərazisində baş verib.

    Belə ki, 21 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini və ondan 1200 manat pul tələb etdiyini bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Ü.İbrahimov müəyyən olunaraq saxlanılıb. Ü.İbrahimovun zərərçəkənin sevgilisi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Будут захоронены останки еще троих шехидов первой Карабахской войны

    Будут захоронены останки еще троих шехидов, считавшихся пропавшими без вести в первой Карабахской войне. Личности погибших были недавно идентифицированы.

    Как сообщает Median.Az со ссылкой на Госкомиссию по делам военнопленных, пропавших без вести и заложников, 7 февраля останки военнослужащего Тарлана Фикрет оглу Мамедова будут преданы земле на Аллее шехидов в городе Евлах, Мушфига Ибрагим оглу Гулиева – на кладбище села Хоровлу Джебраильского района, а Эльшана Губад оглу Тагиева – на кладбище села Сеидсадыглы Сальянского района.

  • Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq

    Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.

    Fevralın 7-də hərbçilər Tərlan Fikrət oğlu Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında, Müşfiq İbrahim oğlu Quliyev Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Elşən Qubad oğlu isə Tağıyev Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.

  • İki yeniyetməni zorladı, onlardan biri intihar etdi – Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT

    Yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və onlardan birinin ölümünə səbəb olmaqda təqsirləndirilən Xanlar Ağayevin cinayət işinin detalları məlum olub.

    Median.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, o, təxminən 2021-ci ilin iyun ayında həmkəndlisi, 2008-ci il təvəllüdlü Nadir Əliyevi (ad və soyadı şərtidir) işləmək adı ilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi yaşayış evinə dəvət edib.

    Təqsirləndirilən şəxs evdə tək olmalarından, eyni zamanda, Nadirin 14 yaşına çatmadığını və sadəlövh olduğunu əvvəlcədən bildiyi üçün cinayət əməlini həyata keçirmək qərarına gəlib. Yeniyetməni çəkic-kəlbətin gətirmək adı ilə həyətdəki tikiliyə göndərib, özü də arxasınca gedib. Həmin vaxt artıq tikilinin içində olan yeniyetmənin köməksiz vəziyyətindən istifadə edərək qolundan, daha sonra isə boynundan tutaraq, oradakı yatacağın üstünə yıxıb və təcavüz edib.

    Bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb və zorakılıq əməli 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində ayrı-ayrı vaxtlarda təkrarlanıb.

    Bundan başqa o, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində digər həmkəndlisi, 2007-ci il təvəllüdlü Rauf Həsənovu (ad və soyadı şərtidir) eyniməzmunlu yalanla yaşadığı evə dəvət edib.

    Daha sonra yeniyetmənin köməksiz vəziyyətindən istifadə etməklə, ona qarşı da eyni xarakterli zorakılıq hərəkətləri edib.

    Onu da hədə-qorxu ilə özündən asılı duruma salıb, 2024-cü ilin yanvar ayınadək çirkin əməlini davam etdirib.

    11 yanvar 2024-cü il tarixdə, saat 11-12 radələrində yeniyetmə yaşadığı evin həyətindəki tikilidə kəndirlə özünü asaraq intihar edib.

    Xanlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 150.2-1.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • СМИ: Почтовая служба США приостановила прием посылок из Китая

    Почтовая служба Соединенных Штатов приостановила прием посылок из Китая.

    Как сообщает Median.Az со ссылкой на газету South China Morning Post (SCMP), американская почта не предоставила никаких объяснений причин приостановки.

    При этом, по сведениям издания, прием писем и бандеролей из КНР продолжается.

    Пока неясно, связан ли этот шаг с пошлинами Пекина, решение о которых было принято в ответ на введенные ранее администрацией президента США Дональда Трампа пошлины на китайские товары, отмечает SCMP.

    1 февраля Трамп подписал исполнительный указ о применении тарифов в отношении товаров из Канады, Китая и Мексики. Согласно документу, на товары из КНР вводятся дополнительные пошлины в размере 10%. В ответ на эти меры Госсовет КНР издал указ, согласно которому с 10 февраля 2025 года страна вводит пошлины на импорт американских энергоресурсов. Нефть будет облагаться пошлиной в размере 10%, уголь и СПГ – 15%. Кроме того, пошлиной в 10% будут облагаться американские многолитражные автомобили, пикапы и сельскохозяйственная техника.

  • ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb

    ABŞ-nin Poçt Xidməti Çindən bağlamaların qəbulunu dayandırıb.

    Median.Az SCMP-yə istinadən xəbər verir ki, Amerika poçtu dayandırmanın səbəbi barədə heç bir izahat verməyib.

    Bununla belə, mənbənin məlumatına görə, Çindən məktub və banderolların qəbulu davam edir.

    Bu addımın Pekinin Vaşinqtona qarşı tətbiq etdiyi rüsumlar ilə bağlı olub-olmadığı hələ aydın deyil. ABŞ Prezidenti Donald Tramp Çin mallarına gömrük rüsumları tətbiq etdikdən sonra Pekin də analoji addım atıb.

    Xatırladaq ki, D.Tramp Kanada, Çin və Meksikadan gələn mallara tariflərin tətbiq edilməsi barədə icra fərmanı imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum tətbiq edilir, ancaq icrası 30 günlük dayandırılıb. Çin mallarına isə tətbiq edilən əlavə tarif 10% təşkil edəcək.

    Çinin Dövlət Şurası cavabında 2025-ci il fevralın 10-dan etibarən ABŞ enerji resurslarının idxalına rüsumlar tətbiq edir. Neftə 10%, kömür və maye qaza isə 15% həcmində rüsum tətbiq ediləcək.

  • В Ярдымлинском районе застрелился 15-летний подросток

    В селе Зевин Ярдымлинского района произошло самоубийство.

    Как сообщает lent.az, 15-летний Алекбер Шукюрлю в своем доме покончил с собой, застрелившись из ружья отца.

    Неизвестно, что подтолкнуло подростка на непоправимый шаг.

    Прибывшие на место происшествия сотрудники полиции и прокуратуры изъяли из дома охотничье ружье ТОЗ с соответствующими документами.

    По данному факту в Ярдымлинской районной прокуратуре ведется расследование.

  • Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü

    Yardımlıda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zevin kəndində baş verib.

    15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

    Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.

    Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.