Month: February 2025

  • Трагедия в школе в Мингячевире: ученик скончался до приезда скорой помощи (ОБНОВЛЕНО)

    5 февраля в 10:47 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов из средней школы №5 имени И.Рустамова города Мингячевир в связи с ухудшением состояния ученика.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Было отмечено, что на место была направлена бригада скорой медицинской помощи.

    “Бригада зафиксировала факт доврачебной смерти подростка (2010 г.р.)”, – говорится в информации.

    * * * * *

    В Мингячевире скончался 15-летний подросток.

    Сегодня во время урока стало плохо Юсифу Юсифову (2010 г.р.).

    Он умер в машине скорой помощи по дороге в больницу.

    Отметим, что месяц назад 15-летний подросток перенес операцию на сердце.

  • Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)

    Fevralın 5-i saat 10:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

    Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

    “Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

    * * * * *

    Mingəçevirdə 15 yaşlı yeniyetmə ölüb.

    2010-cu il təvəllüdlü Yusif Yusifovun bu gün dərsdə halı pisləşib.

    O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılanda yolda vəfat edib.

    Qeyd edək ki, 15 yaşlı yeniyetmə bir ay öncə ürəyindən əməliyyat olunubmuş.

  • Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb

    Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

    Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib.

  • Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

    “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, sənəd 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanıb.

  • Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Bu Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Дмитрий Песков: В РФ внимательно изучат предварительный отчет о крушении борта AZAL

    Кремль не комментирует предварительный отчет Минтранса Казахстана о расследовании крушения самолета авиакомпании Azerbaijan Airlines (AZAL).

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Это предварительный отчет. Конечно, наши соответствующие ведомства с большим вниманием, с должным вниманием будут его изучать. Из Администрации президента РФ эту тему комментировать невозможно, не считаем это возможным”, – сказал Песков.

  • Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib

    Rusiya prezidentinin sözçüsü Dmitri Peskov AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatına münasibət bildirib.

    Median.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

    “Bu, ilkin hesabatdır. Əlbəttə ki, müvafiq qurumlarımız bu hesabatı böyük diqqətlə və lazımi şəkildə öyrənəcəklər. Prezident Administrasiyasının bunu şərh etməsi mümkün deyil. Bunu mümkün hesab etmirik”, – deyə Kreml rəsmisi vurğulayıb.

    Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

  • Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi

    Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

    Bu barədə Qusar Rayon Prokurorluğunun məlumatında deyilir.

    “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (PHŞ) tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan bir nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Qusar Rayon Prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

    Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla üç min manat məbləğində inzibati cərimə edilib.

  • Özünü “polkovnik” kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi

    Bakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

    S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

    Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu, Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib. O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib. Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü “polkovnik” kimi təqdim etməklə külli miqdarda pul alıb. O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edib.

    Təqsirləndirilən şəxsin 13 nəfərdən aldığı məbləği (müvafiq olaraq 19 000, 1400, 25 000, 21 000, 41 846, 8574, 37 000, 36 145, 23 750, 132 000, 180 000, 50 000, 52 120 manat) biznesə yatıracağını və qarşılığında pul sahiblərinə əlavə qazanc verəcəyini vəd etdiyi qeyd olunub.

    Bundan başqa, araşdırmalar zamanı Samirin adına 2 yerdə torpaq sahəsi olduğu müəyyənləşib. Lakin həmin torpaq sahələri icarə müqaviləsi ilə alındığından məhkəmə tərəfindən müsadirə edilməsi mümkün olmayıb. Eyni zamanda, onun adına heç bir mülk, əmlak da üzə çıxmayıb.

  • Ильхам Алиев выразил соболезнования Реджепу Тайипу Эрдогану

    Президент Азербайджана Ильхам Алиев направил своему турецкому коллеге Реджепу Тайипу Эрдогану письмо с соболезнованиями.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    Мой дорогой Брат,

    С глубоким уважением и почтением чту светлую память наших сестер и братьев, погибших в результате разрушительного землетрясения, произошедшего два года назад в Турции, да упокоит всемогущий Аллах их души, желаю терпения их родным и близким.

    Азербайджан разделяет горе братской Турции в связи с этой страшной трагедией, скорбит вместе с ней. Азербайджан в те тяжелые дни, как и всегда, был рядом с Турцией, с первых минут после получения известия о землетрясении на всех уровнях мобилизовался в единый кулак рядом с братской Турцией, сделал все возможное для оказания помощи и поддержки. В те трудные дни сердце всего азербайджанского народа билось в унисон с Турцией.

    Сегодня сильное и могущественное Турецкое государство под Вашим руководством реализует широкомасштабные созидательные работы по ликвидации последствий катастрофы, возрождению жизни и экономики в пострадавшем регионе, обеспечению людей новыми домами и рабочими местами. Для нас большая честь и гордость, что и Азербайджан плечом к плечу с Турцией, как часть своего долга братства и верности, вносит вклад в работы по реконструкции и восстановлению в провинции Кахраманмараш.

    Наши страны и народы, которые, исходя из принципа “одна нация, два государства”, являются опорой друг другу как в радостные, так и в печальные дни, доказывают свое братство и солидарность, оказывая взаимную поддержку в трудные моменты. Так было и так будет всегда.

    Уверен, что волей наших народов, связанных друг с другом неразрывными узами, наше единство и стратегический союз, выдержавшие испытание временем, будут жить вечно, и мы и впредь будем продолжать совместные усилия для достижения поставленных нами целей во имя благополучия, мира и спокойствия в наших странах.

    В этот памятный день от себя лично и от имени народа Азербайджана с глубокой скорбью еще раз выражаю свои соболезнования Вам, семьям и близким погибших, братскому народу Турции”.