Month: February 2025

  • Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ

    “Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır”.

    Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildiriblər.

    Qeyd edilib ki, məsələnin hüquqi, praktiki və dini-sosial tərəfləri var.

    Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşayan hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.

    “Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nda ölmüş şəxsin dini mənsubiyyəti və inancına uyğun olaraq kremasiya olunması prosesini tənzimləyən müddəalar öz əksini tapıb. İndiyədək Dövlət Komitəsinə ümumi məlumat əldə etmək niyyəti daşıyan bəzi istisna hallardan başqa, konkret faktlarla əlaqədar müraciətlər daxil olmayıb. Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır”, – məlumatda bildirilib.

    Qeyd edək ki, son günlər mətbuatda ölkədə kremasiya (meyitlərin yandırılması) mərkəzlərinin açılacağı barədə xəbərlər yayılıb.

  • Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu

    Külli miqdarda mənimsəmədə ittiham olunan Ayven Şahmuradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, Ayven Şahmuradov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, ittihama görə, Qusar rayonu Quxuroba kənd sakini Ayven Şahmuradov və atası Qayıbxan Şahmuradov ferma və bağçılıq biznesi qurmaq adı ilə Rusiya vətəndaşı Həmdulla Qədirovdan külli miqdarda pul alıblar.
    Onlar 2017-2020-ci illərdə H.Qədirovun ümumilikdə 780 min manatını mənimsəməkdə ittiham olunurlar.
    A. Şahmuradov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilib.

  • Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ

    Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb.

    Median.Az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.

    İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərasət Azad oğlu Fərzəliyev atasının işlədiyi avtoyuma servisinə gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını itirib.

    Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var

    Rusiya Xarkov vilayətində İzyuma ballistik zərbələr endirib.

    Bu barədə “Unian” məlumat yayıb.

    Nəticədə 5 nəfər ölüb. 55 nəfər yaralanıb. Yaralananlardan 3-ü uşaqdır.

  • Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı

    İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi yarışmasında Azərbaycanı “Mamagama” qrupu təmsil edəcək.

    Bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.

    Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

    “Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.

    “Mamagama” 3 nəfərdən ibarətdir:

    Asəf – Frontmen və əsas vokalçı,

    Hass – Gitara ifaçısı,

    Arif – Zərb alətləri.

  • Евросоюз продолжает “бинокльную дипломатию” против Азербайджана – ВИДЕО

    Миссия Европейского союза (ЕС) в Армении, которая пытается препятствовать мирному процессу на Южном Кавказе, используя официальный Ереван как инструмент и выбрав Азербайджан в качестве мишени, в очередной раз предприняла провокационный шаг против нашей страны.

    В этот раз члены миссии были замечены в направлении Газахского района.

    “Разведчики” из Европы, приблизившись к госгранице Азербайджана, наблюдали за нашими территориями с помощью оптических приборов.

    Отметим, что активность миссии ЕС на условной армяно-азербайджанской границе особенно возросла в последние месяцы. Несмотря на неоднократные протесты официального Баку против фактически разведывательной деятельности этой миссии, Ереван и Брюссель пока не спешат делать необходимые выводы.

  • Aİ-nin Azərbaycana qarşı “Binokl diplomatiyası” davam edir – VİDEO

    Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışan, bunun üçün Ermənistanı alət, Azərbaycanı isə hədəf seçən Avropa İttifaqının Ermənistandakı missiyası növbəti dəfə ölkəmizə qarşı təxribat xarakterli addım atıb.

    Bu dəfə missiyanın üzvləri Qazax rayonu istiqamətində görüntüləniblər.

    Dövlət sərhədimizin yaxınlığına gələn avropalı “kəşfiyyatçılar” müşahidə cihazları ilə ərazilərimizi izləyiblər.

    Qeyd edək ki, Aİ missiyasının Ermənistan-Azərbaycan şərti sərhədindəki fəaliyyəti son aylarda xüsusilə aktivləşib. Rəsmi Bakı bu missiyanın faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətinə dəfələrlə etiraz etsə də, İrəvan və Brüssel hələ ki, lazımi nəticə çıxarmağa tələsmir.

  • Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı

    Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

    Bu haqda Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı ov edən şəxsin Masallı rayonu Qızılağac kənd sakini Kərim Quliyev olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

    Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

  • Президент Турции проводит встречу с Ахмедом Аш-Шараа

    В Анкаре началась встреча президента Турции Реджепа Тайипа Эрдогана с временным президентом Сирии Ахмедом Аш-Шараа.

    Как передает Median.Az, об этом сообщает TRT Haber.

    Отмечается, что после двусторонней встречи и рабочего обеда Эрдоган и Аш-Шараа проведут совместную пресс-конференцию.

  • Ərdoğan Suriya prezidenti ilə görüşüb

    Suriyanın yeni lideri Əhməd əş-Şaraa Türkiyədə səfərdədir.

    Bu barədə “Haber Global” məlumat verib.

    Qeyd olunur ki, suriyalı qonağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü başlayıb.

    İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və əş-Şaraa birgə mətbuat konfransı keçirəcək.

    Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.