Month: February 2025

  • İndoneziya sahillərində GÜCLÜ SİLKƏLƏNMƏ

    İndoneziya sahillərində 5.5 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

    Zəlzələnin episentri Maluku adalarında Ternata şəhərindən 96 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 99 kilometr dərinlikdə baş verib.

    Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumata rast gəlinməyib, sunami təhlükəsi elan edilməyib.

  • 2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?

    Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

    Bu barədə şuradan məlumat verilib.

    Bildirilib ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olan proqramların janr bölgüsü belə olub:

    23.4% – informasiya və analitik proqramlar;

    16.0% – idman proqramları;

    14.1% – reklam məzmunlu materiallar;

    13.5% – musiqi və əyləncəli proqramlar;

    12.8% – bədii filmlər və seriallar;

    8.7% – mədəni-maarif janrında proqramlar;

    3.3% – anonslar və elanlar;

    3.1% – sənədli film və materiallar;

    2.8% – sosial proqramlar;

    1.2% – uşaq proqramları və cizgi filmləri;

    1.1% – sosial çarxlar.

  • В Баку найден мертвым известный писатель Бахрам Челеби

    Ушел из жизни писатель и журналист Бахрам Челеби (Мустафабейли).

    Как передает Qafqazinfo, тело писателя было обнаружено вчера около 22:00 в его доме на улице Шамиля Азизбекова в Насиминском районе Баку.

    Сообщается, что он умер из-за болезни.

    79-летний Челеби является автором многочисленных книг на криминальную тематику, которые в последние годы стали популярными в Азербайджане.

    Бахрам Челеби родился в Шеки, долгое время работал на различных должностях в Шекинском районе, с 1980 по 1996 год был директором Шекинской шахматной школы. В конце 1990-х переехал в Баку.

  • Bakıda tanınmış yazıçının meyiti tapıldı

    Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.

    Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.

    Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

    Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.

    Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980-1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.

  • Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb

    Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
    Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü M. Bayramovu vurub.
    Piyada hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан нарастил поставки сливочного масла в Россию

    Азербайджан, Уругвай и Аргентина с начала года нарастили поставки сливочного масла в Россию, в то же время ввоз из Беларуси сократился.

    Об этом сообщается на сайте Россельхознадзора со ссылкой на данные ФГИС “ВетИС”.

    Согласно информации, из Азербайджана ввезено 940 тонн, что в четыре раза больше, чем год назад (240 тонн). Уругвай поставил 649 тонн против 150 тонн в январе 2024 года. Из Аргентины ввезено 200 тонн, тогда как за аналогичный период прошлого года всего 50 тонн.

    В то же время поставки сливочного масла из Беларуси снизились в 1.8 раза – до 5 600 тонн с 10 200 тонн в январе 2024 года.

    Как сообщалось ранее, РФ ввела до 15 июня 2025 года квоту на беспошлинный ввоз сливочного масла после резкого роста цен на него в прошлом году. Ее объем составляет 25 000 тонн. Эта мера начала действовать с 23 декабря 2024 года. По данным Минсельхоза, за месяц из нее было выбрано 1 099 тонн сливочного масла.

  • Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib

    Azərbaycan, Uruqvay və Argentina ilin əvvəlindən Rusiyaya kərə yağı tədarükünü artırıb.

    Bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (“Rosselxoznadzor”) saytında “VetİS” Federal Dövlət İnformasiya Sisteminin məlumatlarına istinadən məlumat verilib.

    Qeyd olunur ki, eyni zamanda Belarusdan Rusiyaya kərə yağının idxalı azalıb.

    Məlumata görə, Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında 150 tona qarşı 649 ton tədarük edib. Argentinadan 200 ton yağ idxal edilib, lakin ötən ilin eyni dövründə bu rəqəm cəmi 50 ton olub.

  • Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub

    Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.

    APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Azərbaycan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub.

    “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, – mənbə bildirib.

    “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

  • Бывший глава МВД Сирии сдался новым властям страны

    Бывший министр внутренних дел Сирии Мухаммед Аш-Шаар сдался новым властям страны.

    Об этом сообщает телеканал Al Arabiya со ссылкой на источник.

    Согласно информации, Аш-Шаар руководил МВД Сирии с 2011 по 2018 год. До этого занимал должность начальника Военной полиции.

    По сведениям СМИ, Аш-Шаар обвиняется в подавлении бунта в тюрьме Седная в 2008 году, в ходе которого, согласно открытым данным, было убито более 20 заключенных. С середины 2011 года он находится под западными санкциями.

  • Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub

    Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd Əş-Şaar yeni hökumətə təslim olub.

    Bu barədə “Al-Arabiya” məlumat yayıb.

    Məlumata görə, keçmiş DİN rəhbəri güc strukturları ilə könüllü əlaqə qurub.

    O, 2011-2018-ci illərdə nazir vəzifəsində işləyib, bundan əvvəl isə hərbi polisin rəhbəri olub.