Month: February 2025

  • Gənc oğlan yetkinlik yaşına çatmayan dayısı qızını qaçırdı – TƏFƏRRÜAT

    Astara rayonunda 1996-cı il təvəllüdlü Elcan yetkinlik yaşına çatmayan Ceyranla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Elcan dayısı qızı Ceyranı razılığı ilə 29 yanvar 2024-cü ildə evlənmək məqsədi ilə öz yaşadığı evinə aparıb.

    Ertəsi gün cinsi əlaqədə olub və ər-arvad kimi yaşayıblar.

    İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ceyran dayısı qızıdır, onu evinə apararkən 15 yaşı olduğunu bilib: “Dayımgillə eyni kənddə yaşayırıq. Ancaq evlərimiz bir-birinə o qədər də yaxın deyil. Dayımgilin ailəsi ilə münasibətimiz həmişə yaxşı olduğundan tez-tez onların evinə getmişəm.

    Ceyranla təxminən 1 ildən artıq bir-birimizə qarşı sevgi münasibəti bəsləmişik. Əvvəlki müddətdə Ceyranı yalnız dayım qızı kimi görmüşəm, sevgi hisslərimiz olmayıb”.

    “Başqa adamla evləndirəcəyini bildirirdi”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Ceyranla 2024-cü ilin yanvar ayının son günlərinədək mobil telefonla daim əlaqə saxlayıb: “Mən həm də balıqçılıq fəaliyyəti ilə məşğul olduğumdan dənizdən tutduğum balıqlardan arabir dayımgilə pay aparırdım.

    Eyni zamanda dayım oğlu Rasim həbsxanada cəza çəkdiyindən, dayım Eldəniz təkbaşına işlədiyindən ona kömək məqsədilə onlara gedəndə Ceyranı da görürdüm. Mənim Ceyranla münasibətlərim başlayan vaxtdan hər ikimizin ailə üzvlərimizin xəbəri olub.

    Dayım anam Vahidəyə Ceyranın 18 yaşı tamam olan kimi evlənməyimizə razılıq verəcəyini demişdi. Ancaq anası Ceyranla evlənməyimizə qarşıydı. Hər dəfə Ceyranı başqa adamla evləndirəcəyini bildirirdi”.

    “Yasda razılaşdıq, atam da xeyir-dua verdi”

    Elcan qeyd edib ki, 2024-cü ilin yanvar ayında Ceyranın ana babası rəhmətə gedib: “Yas mərasimində Ceyranı gördüm. 29 yanvar 2024-cü ildə cümə axşamı mərasimində Ceyran məndən onu qaçırmağımı istədi. Mən bu fikrə tərəddüdlə yanaşdım, atamgillə məsləhətləşdikdən sonra xəbər verəcəyimi bildirdim. Mərasim yerindən çıxdım, yaşadığım evə gəldim. Atam sərxoş vəziyyətdəydi. Ona qız istədiyimi, lazım gəlsə, onu qaçıracağımı bildirdim. Ancaq qızın kimliyini, yaşını demədim. Atam mənə xeyir-dua verdi, nə məsləhət bilirəmsə, onu da etməyimi dedi.

    Dərhal evdən çıxıb Ceyranla əlaqə saxladım, bir azdan gələcəyimi dedim, məni gözləməyi tapşırdım. Ceyran evdə məni gözlədiyini söylədi. Mən yoldan keçən tanımadığım taksini saxladım, həmin taksiyə əyləşdim və Ceyrangilin evinin yanına çatanda onunla əlaqə saxlayaraq maşında gözlədiyimi bildirdim.

    Ceyran paltar və əşyalarını çamadana yığaraq gəlib taksiyə əyləşdi və eyni kənddəki yaşadığımız evə getdik. Biz çatanda evdə yalnız atam vardı. O, bizi gördükdə Ceyranın hələ azyaşlı olduğunu, bunu bilə-bilə niyə qaçırdığımı soruşdu. Atama bir-birimizi sevdiyimizi, evlənmək istədiyimizi bildirdim. Həm də Ceyranı qaçırmadığımı, özü mənimlə evlənmək üçün gəldiyini söylədim”.

    “Ceyran daha geri qayıtmaq istəmədi”

    Elcanın ifadəsinə görə, atası məsələni anasına bildirib: “Bakı şəhərində olan anam mənimlə mobil telefonla əlaqə saxladı. Ceyranı evlərinə aparmağımı, Astaraya gələn kimi el adəti ilə evləndirəcəyini bildirdi. Ceyran isə məndən evlərinə aparmamağımı xahiş etdi. Ona narahat olmamasını, onu heç yerə aparmayacağımı dedim.

    Ceyranla həmin gecə eyni otaqda qaldıq. Ancaq aramızda cinsi əlaqə olmadı. Ertəsi gün, dayım bizə gəldi, qızını evlərinə aparmaq istədi. Ceyran isə atasına evə qayıtmayacağını, mənimlə qalmaq istədiyini dedi. Həmin vaxt evdə olmadığıma görə axşam evə qayıtdıqda dayımın bizə gəlməyini öyrəndim.

    Mən evə gələndə atam məni əsəbi halda sərt tənbeh etməyə başladı. Etdiyim hərəkətin yanlış olduğunu və qızı geri aparmağımı istədi. Daha sonra anam da evə gəldi, mübahisəni o davam etdirdi. Sonda aramızda mehribançılıq yarandı, evdə ailəvi şəkildə söhbətləşdikdən sonra gec olduğundan Ceyranla yatmaq üçün qaldığımız otağa keçdik. Biz otaqda ilk dəfə təbii yolla cinsi əlaqədə olduq.

    Ertəsi gün Ceyranla cinsi əlaqədə olduğumuzu anama dedim. Anam əsəbiləşdi, mənə Ceyranı geri apararaq evə qoymalı olduğumuzu, daha sonra el adəti ilə elçi gedəcəyimizi dedi. Bu fikirlə razılaşsam da, Ceyran getmək istəmədiyindən onu apara bilmədim”.

    “Ceyranın anası geri gəlməyinə icazə vermədi”

    Elcan qeyd edib ki, fevralın 2-də atası Ceyranı cümə axşamı mərasiminə aparmaq məqsədi ilə onlara gəlib: “Birlikdə Ceyranı evlərinə apardıq. Onu evə qoyub mən getdim.

    Biz Ceyrangilin ailəsi ilə danışanda mərasimdən sonra onun evimizə gəlməsi ilə bağlı razılıq vardı. Ancaq Ceyran anasının mobil telefonundan mənə ismarış yazaraq ailəsinin geri gəlməsinə icazə vermədiyini bildirdi. Mən bunu anama dedim. O, Ceyranın anası Xatuna zəng etdi, aralarında danışığın belə olmadığını dedi.

    Xatun yas mərasimini yola verdikdən sonra bu barədə danışacaqlarını bildirdi. Anam da razılaşdı. Ceyran evdə olan müddətdə anasının mobil telefonu ilə mənimlə əlaqə saxlayırdı”.

    Elcanın sözlərinə görə, fevralın 15-də yas mərasiminə gedib, Ceyrana yeni mobil telefonu verib: “O, mənim alıb bağışladığım mobil telefonu anası Xatuna göstərib. Xatun telefonu görəndə narazılıq edib, Ceyrana telefonu geri qaytarmalı olduğunu bildirib. Eyni sözü mənə də dedi. Artıq Ceyranın anasının razılıqları pozduğunu başa düşdüm.

    Xatun bildirirdi ki, oğlu azadlığa çıxdıqdan sonra Ceyran mənimlə ailə quracaq. Mərasim bitdikdən sonra Ceyranı ailəsi yaşadıqları evə apardı”.

    Elcan qeyd edib ki, fevralın 20-də Ceyranla əlaqə saxlayan zaman onu yaşadığı ata evindən götürməyini istəyib: “Ona gözlə dedim. Evdən çıxaraq yoldan keçən taksini saxlatdırdım, Ceyrangilin yaşadığı evin yaxınlığına sürdürdüm. Taksini evin yaxınlığında sakit bir yerdə dayandırdım. Ceyrana onu gözlədiyimi dedim. O da könüllü şəkildə paltarlarını yığışdırıb yanıma gəldi. Birlikdə yaşadığımız evə qayıtdıq.

    Biz evdə olan zaman yaxınlıqda olan bacımgilə gedib-gəlirdik. Eyni zamanda ailə kimi mehribançılıqla həyatımıza davam edirdik. Mənimlə Ceyran bir otaqda qalırdıq”.

    “Həm hamilə qaldı, həm də qızılcaya yoluxdu”

    Elcanın ifadəsinə görə, Ceyran 2024-cü ilin mart ayının əvvəllərində ürəkbulanmaları olduğundan həkim məsləhəti ilə test etdiriblər və onun hamilə olduğunu biliblər: “Həm də Ceyran xəstələndiyindən ev şəraitində müalicə alırdı.

    Anam Vahidə ilə Xatun Ceyranı Astara Rayon Mərkəzi Xəstəxanasına apardılar. Müayinə nəticəsində həkim Ceyranın qızılca xəstəliyinə yoluxduğunu və hamilə olduğundan ginekologiya şöbəsində həkim nəzarəti altına müalicə almalı olduğunu bildirdi. Ona görə Ceyranı xəstəxanaya yerləşdirdilər.

    Xəstəxanaya Ceyranı görməyə getməsəm də, daim onunla əlaqə saxlayırdım”.

    “Peşman olmuşam”

    Təqsirləndirilən şəxs qeyd edib ki, Ceyrana heç bir psixi və ya fiziki zor tətbiq etməyib: “Öz razılığı əsasında onunla təbii yolla cinsi əlaqədə olmuşam. Dayım qızı olduğundan onun 16 yaşının tamam olmadığını bilmişəm. Ceyran özü məndən xahiş etdi ki, evlənmək üçün onu yaşadığım evə gətirim.

    İstər Ceyranı evə gətirəndə, istərsə də təbii yolla cinsi əlaqədə olanda heç bir məcburiyyət olmayıb. İlk dəfə cinsi əlaqədə olanda atam və anam da evdəydilər. Törətdiyim əməldən peşman olmuşam. Ceyranla barışmışam, bir azyaşlı övladım var”.

    Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elcanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. O, 1 il sınaq müddəti olmaqla 1 il 5 ay 28 gün müddətinə şərti cəza alıb.

  • “Turan Tovuz”un 19 yaşlı hücumçusu “Kəpəz”də

    “Kəpəz” klubu “Turan Tovuz”un futbolçusu Sadiq Şəfiyevi mövsümün sonunadək icarəyə götürüb.

    Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı hücumçu 2020-2021-ci illərdə “Kəpəz”də çıxış edib.

  • Продлен срок выдачи надбавок к заработной плате медработников за борьбу с COVID-19 в Баку

    Кабмин продлил до апреля текущего года временные надбавки к заработной плате медицинских работников, оказывающих услуги пациентам COVID-19 в Баку.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно постановлению, временная надбавка к заработной плате медработников, оказывающих амбулаторно-поликлиническую помощь больным, инфицированным новым типом коронавирусной инфекции (COVID-19), в специальных амбулаторно-поликлинических медпунктах, созданных при Главном управлении здравоохранения города Баку, продлена до апреля этого года.

  • Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı

    Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi aprel ayınadək uzadılıb.

  • Четверо бизнесменов предстанут перед судом за невозврат более чем 4.5 млн манатов

    В Азербайджане направлены в суд уголовные дела в отношении четырех лиц, обвиняемых в невозврате в страну валютных средств, полученных от экспорта сельскохозяйственной продукции.

    Об этом сообщает пресс-служба Генеральной прокуратуры.

    По данным Государственного таможенного комитета, ряд субъектов предпринимательства, экспортирующих различные товары в зарубежные страны, не возвращают валютные средства в Азербайджан. На основании этой информации органы прокуратуры возбудили уголовные дела и проводят предварительное расследование.

    Так, в ходе расследования в Губинской районной прокуратуре установлено, что физическое лицо Байрам Мамедзаде не вернул на счет уполномоченного банка в Азербайджане более 2.2 млн долларов США (более 3.7 млн манатов по курсу соответствующего периода), полученных от экспорта сельхозпродукции на консигнационной основе. Мамедзаде привлечен в качестве обвиняемого по статье 208.2.1 (невозврат валютных средств из-за рубежа группой лиц по предварительному сговору) УК, в его отношении избрана мера пресечения в виде полицейского надзора.

    Другой фигурант дела – Гурбан Мамедов, который не вернул более 516 тыс. долларов (свыше 877 тыс. манатов). Он также обвиняется по статье 208.2.1 УК и находится под полицейским надзором.

    В Агсуинской районной прокуратуре расследуется дело в отношении ООО Fruit, которое не возвратило свыше 114 тыс. долларов (более 193 тыс. манатов) валютной выручки. Асиф Бадалов привлечен в качестве обвиняемого по статье 208.2.1 УК, ему избрана мера пресечения в виде полицейского надзора.

    В Саатлинской районной прокуратуре расследуется дело по статьям 208.2.1 (невозврат валютных средств из-за рубежа группой лиц) и 308.1 (злоупотребление должностными полномочиями) УК в отношении ООО Qollaktika 01, которое не вернуло более 18 тыс. долларов (свыше 31 тыс. манатов). Нариман Лазими привлечен в качестве обвиняемого, учтен факт его осуждения к лишению свободы по другому уголовному делу.

    Предварительное следствие по четырем уголовным делам завершено, они направлены для рассмотрения в Губинский, Агсуинский и Саатлинский районные суды соответственно.

  • 4.5 milyondan artıq vəsaiti ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılırlar

    Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən daha 4 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayılıb.

    Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Belə ki, Quba Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3.7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Bayram Məmmədzadə iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Quba Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 516 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 877 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Qurban Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Ağsu Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Lazimi Nəriman Məmmədtağı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza cəzaçəkməsi faktı nəzərə alınıb.

    Qeyd olunan 4 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün müvafiq olaraq aidiyyəti üzrə Quba, Ağsu və Saatlı rayon məhkəmələrinə göndərilib.

  • Аннулированы итоги голосования на 5 избирательных участках

    Аннулированы итоги муниципальных выборов по избирательных участках №42, 43, 44, 45 и 46 Имишлинского избирательного округа №81.

    Об этом было объявлено на сегодняшнем заседании Центральной избирательной комиссии (ЦИК), сообщает Oxu.Az.

    Согласно решению ЦИК, результаты голосования на этих участках признаны недействительными.

    Напомним, муниципальные выборы в Азербайджане прошли 29 января.

  • Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib

    81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkisi üzrə nəticələr ləğv edilib.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

    Bildirilib ki, MSK-nın qərarına əsasən, həmin məntəqələrdə seçkinin nəticələri etibarsız hesab edilib.
    //oxu.az

  • Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi

    Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşib.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşib:

    – Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.

    – Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.

    – Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.

    – Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.

    – Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.

    – Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

    – Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

    – Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

    – “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.

    – İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.

    – Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat.

    – Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.

    – Qazın paylanmasına icazənin verilməsi – 50 manat.

    – Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.

    – Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.

    – Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat.

    – Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat.

    – Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.

  • Мария Стадник получила должность в Федерации борьбы Азербайджана

    Двукратная чемпионка мира, десятикратная чемпионка Европы, призер четырех Олимпиад Мария Стадник, объявившая о завершении спортивной карьеры, назначена координатором по женской борьбе в Федерации борьбы Азербайджана.

    Jб этом сообщила пресс-служба структуре.

    “Стадник будет заниматься организационной работой и применять свой богатый опыт для содействия развитию в Азербайджане женской борьбы”, – подчеркнули в федерации.