Month: February 2025

  • Ахмед Аш-Шараа посетит Турцию

    Исполняющий обязанности президента Сирии на переходный период Ахмед Аш-Шараа посетит с визитом Турцию 4 февраля.

    Об этом заявил руководитель управления по коммуникациям администрации президента Турции Фахреттин Алтун.

    “Временный президент Сирии Ахмед Аш-Шараа посетит Анкару во вторник, 4 февраля, по приглашению нашего президента Тайипа Эрдогана. В ходе переговоров будут обсуждаться последние события в Сирии во всех их аспектах, проведена оценка совместных шагов, которые необходимо предпринять двум странам для восстановления экономики, обеспечения устойчивой стабильности и безопасности в Сирии”, – написал Алтун в X.

    Он добавил, что будет также обсуждаться вопрос о возможной “поддержке Турции, которую она может оказать переходным властям Сирии на многосторонних платформах”.

  • Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı

    Keçid dövründə Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaraa fevralın 4-də Türkiyəyə səfər edəcək.

    Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

    O yazıb ki, əş-Şaraa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək:

    “Danışıqlar zamanı Suriyadakı son hadisələr bütün aspektləri ilə müzakirə ediləcək, Suriyada iqtisadiyyatın bərpası, dayanıqlı sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək”.

    O əlavə edib ki, Türkiyənin çoxtərəfli platformalarda Suriyanın keçid hakimiyyətinə göstərə biləcəyi mümkün dəstək məsələsi də müzakirə olunacaq.

  • Ильхам Алиев наградил Полада Бюльбюльоглу

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Полада Бюльбюльоглу орденом “За службу Отечеству” 1-й степени.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, П.Бюльбюльоглу получил соответствующую награду за многолетнюю плодотворную деятельность в общественно-политической и культурной жизни Азербайджанской Республики.

  • İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, P.Bülbüloğlu Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

  • Bakı aeroportunda qonaq qarşılayan “dinozavr” marağa səbəb oldu – VİDEO

    Bakı aeroportunda maraqlı anlar yaşanıb.

    Qonaq qarşılamağa gələn şəxs dinozavr kostyumunda olub.

    Sözügedən görüntülər ətrafda olanların marağına səbəb olub.

  • Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı

    Qondarma “Donetsk Xalq Respublikası”nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan Moskvada “Alıye parusa” yaşayış kompleksində baş vermiş partlayışda ağır yaralanıb.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib, o, Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsindədir. İlkin diaqnoza travmatik beyin zədəsi, kontuziya və yanıqlar daxildir. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir. Sarsisyan hazırda komadadır, onun sol ayağı travmatik amputasiya olunub.

    Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərinin şimal-qərbində yerləşən “Alıye parusa” yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub.

  • Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub

    Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub.

    Median.Az report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

    Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişiklik daxil edilməlidir:

    “Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.

  • Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu

    “Prezident İlham Əliyev tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli Sərəncamda əməkhaqqı və pensiya artımları ilə yanaşı, eyni zamanda sosial müavinət və təqaüdlərdə artımlar nəzərdə tutulub”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, həmin sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdün artırılması ilə bağlı tapşırıq verilib:

    “Nazirlər Kabineti sərəncam imzalandıqdan üç ay müddətində həmin təklifləri, eyni zamanda maliyyə qiymətləndirilməsini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Bu kontekstdə gözlənilir ki, artıq mart ayının ikinci yarısında təkliflər və maliyyə qiymətləndirilməsi hazırlanıb dövlət başçısına təqdim olunacaq. Daha sonra biz artıq sosial müavinət və təqaüdlərdə artımları müşahidə edəcək.

    Təbii ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra hansı istiqamətdə artımların olacağı aydın olacaq. Amma birmənalı şəkildə sosial müavinət və təqaüdlərdə artım nəzərdə tutulub. Bu sosial paketin bir elementidir. Sosial paket yalnız əməkhaqqı və maaş artımları deyil, həm də müavinət və təqaüdlərdə artımları özündə ehtiva edib.

    Gözlənti ondan ibarətdir ki, Nazirlər Kabineti mart ayında təkliflər təqdim etdikdən sonra cənab Prezident tərəfindən sərəncam imzalanacaq və biz Azərbaycanda sosial müavinətlər və təqaüdlərdə artımları müşahidə edəcəyik”.

  • Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib

    Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4 milyard 049 milyon 2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89 milyon 100 min manat və ya 2,25 % çox olub.

    Bu barədə Maliyyə Naziriyi məlumat yayıb.

    Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 259 milyon 282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487 milyon 139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 milyon 335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206 milyon 8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57 milyon 317,9 min manata, sair daxilolmalar isə 35 milyon 363,6 min manata bərabər olub.

    Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 milyard 339 milyon 594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12 milyon 487,1 min manat və ya 0,54 % çoxdur.

    “Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb”, – məlumatda deyilir.

  • Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Ətin qiyməti ucuzlaşdı (VİDEO)

    Bakıda ət 3-4 manat ucuzlaşıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb.

    Satıcılar deyirlər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.

    Alıcılar isə qiymətlərdə dəyişiklik olmadığını deyirlər.

    Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15 manat, 15 manat 50 qəpik, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.