Month: February 2025

  • Mariya Stadnikə vəzifə verildi

    Karyerasını başa vuran Mariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

    Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    O bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

  • Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yanvar ayı ərzində 16 aptekdə yoxlama aparıb.

    Bu barədə AEM məlumat yayıb.

    Qeyd olunub ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptekdə təftiş aparılıb.

    Yoxlamalar zamanı doqquz aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xət

  • В Баку началось строительство новой транспортной артерии – ВИДЕО

    В столице Азербайджана стартовало строительство новой автомобильной дороги, которая соединит улицу академика Гасана Алиева и станцию метро “Кёроглу”. Работы начались на участке между улицами Гасана Алиева и Музаффара Нариманова.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог.

    Новая 6-полосная магистраль протяженностью 3.9 км будет проложена параллельно двум главным проспектам Баку – Зии Буниятова и Гейдара Алиева. Согласно проекту, на новой дороге планируется построить четыре тоннеля общей длиной 2 210 м и три подземных пешеходных перехода длиной 112 м.

    Маршрут новой дороги пройдет от пересечения улиц Халила Рзы Улутюрка и Музаффара Нариманова, вблизи станции метро “Улдуз”, через тоннель длиной 1 240 м под существующими линиями метро и железной дороги по улице Алескера Гаибова до улицы Алияра Алиева. Далее трасса будет проложена по улице Юсифа Везира Чеменземенли до пересечения с улицей Ахмеда Раджабли, затем через тоннель длиной 550 м до круговой развязки на пересечении улиц Ашыга Моллы Джумы и Заура Нудиралиева, пересекая улицу Кёроглу Рагимова до улицы Гасана Алиева.

    На пересечении новой дороги с улицей Алияра Алиева также планируется строительство тоннеля длиной 410 м. В настоящее время ведутся подготовительные работы для начала строительства на этом участке.

    В рамках проекта уже выполнены работы по мобилизации-демобилизации в направлении улицы Алескера Гаибова от станции метро “Улдуз”, близ станции метро “Бакмил” и на улице Алияра Алиева. Ведется снос препятствий, попадающих под строительство, перенос коммуникаций, выемка и удаление непригодного грунта на определенных участках, забивка железобетонных свай в необходимых местах, а также строительство подземного пешеходного перехода на 3-м километре проекта.

    Согласно проекту, строительные работы также начаты на участке между кольцевой развязкой на пересечении улиц Ашыга Моллы Джумы и Заура Нудиралиева и кругом на улице Ахмеда Раджабли. В связи с этим движение автотранспорта на указанной территории полностью ограничено.

    Владельцам жилых и нежилых помещений, подпадающих под строительство, уже выплачена компенсация в размере, предусмотренном законодательством, и начаты работы по сносу. Проведена оценка других препятствий вдоль новой дороги (жилых, нежилых и земельных участков), попадающих под строительство, документы подготовлены и представлены в соответствующие инстанции для выплаты компенсации.

    Кроме того, в связи с тем, что под строительство дороги попадает и профессиональное училище, в котором проживают 20 семей бывших вынужденных переселенцев, в Государственный комитет по делам беженцев и вынужденных переселенцев направлено обращение об оказании помощи в их скорейшем переселении в другое место.

    В ходе реализации нового инфраструктурного проекта государственного значения проводятся мониторинги совместно с соответствующими структурами Министерства экологии и природных ресурсов для максимального снижения воздействия на окружающую среду и зеленые насаждения, оценивается существующая ситуация.

    В результате деятельности, осуществляемой совместно со специалистами, разрабатывается план-программа для минимизации ущерба зеленым насаждениям, переноса зеленых насаждений на соответствующие территории, оплаты стоимости восстановления ущерба, нанесенного природе, и посадки новых зеленых зон в большем количестве, чем раньше.

  • Bakıda yeni yolun inşasına start verildi – VİDEO

    Bakının Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.

    Yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.

    Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metro stansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.

    Layihə çərçivəsində “Ulduz” metro stansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, “Bakmil” metro stansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeraltı piyada keçidi inşa edilir.

    Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

    Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirməsi İşləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

    Bundan başqa 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.

    Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, mövcud vəziyyət qiymətləndirilir.

    Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.

  • ЦИК Беларуси официально утвердил победу Лукашенко на выборах президента

    Центральная избирательная комиссия (ЦИК) Беларуси установила окончательные итоги состоявшихся 26 января выборов президента, в соответствии с которыми победу одержал действующий глава государства Александр Лукашенко.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    По данным ЦИК, заседание которого транслировалось в онлайн-режиме, Лукашенко получил 86.82% голосов избирателей. Второе место в президентской гонке занял Сергей Сыранков, получивший 3,21% голосов, третье – Олег Гайдукевич с результатом 2.02%, четвертое – Анна Канопацкая (1.86%), пятое – Александр Хижняк (1.74%). Против всех кандидатов проголосовали 3.60% избирателей. Всего в голосовании приняли участие 85.69% из около 6.9 млн человек, обладающих избирательным правом.

    “От граждан или наблюдателей жалобы о нарушении требований избирательного законодательства в процессе голосования или при подсчете голосов, которые могли бы повлиять на итоги выборов, не поступали”, – заявил на заседании председатель ЦИК Игорь Карпенко.

  • Lukaşenkonun qələbəsi rəsmiləşdi

    Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 26-da baş tutmuş və fəaliyyətdə olan dövlət başçısı Aleksandr Lukaşenkonun qələbəsi ilə yekunlaşmış prezident seçkisinin yekun nəticələrini açıqlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, MSK-nın məlumatına görə, A.Lukaşenko seçicilərin 86.82% səsini toplayıb.

    Prezidentlik yarışında ikinci yerdə səslərin 3.21%-ni qazanmış Sergey Sırankov qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq, Oleq Qaydukeviç (2.02%), Anna Kanopatskaya (1.86%) və Aleksandr Xijnyak (1.74%) tutublar.

    Səsvermədə iştirak etmiş seçicilərin 3.60%-i bütün namizədlərin əleyhinə səs verib. Ümumilikdə səsvermədə seçmə hüququ olan təqribən 6.9 milyon nəfərin 85.69%-i iştirak edib.

  • Prezident “Minatəmizləmə fəaliyyəti haqqında” qanunu TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir.

    1-ci fəsil

    ÜMUMİ MÜDDƏALAR

    Maddə 1. Əsas anlayışlar

    1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

    1.1.1.qeyri-texniki tədqiqat – fiziki müdaxilə edilmədən təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər;

    1.1.2.mina – yer səthinin və ya digər səthin üstündə, altında və ya yaxınlığında əvvəlcədən quraşdırılmış, insanın və ya nəqliyyat vasitəsinin mövcudluğu, yaxınlığı və ya bilavasitə təsiri ilə partlamaq üçün nəzərdə tutulmuş partlayıcı sursat;

    1.1.3.mina əleyhinə fəaliyyət – minatəmizləmə fəaliyyəti, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, zərərçəkmişlərə dəstək göstərilməsi və partlayıcı sursatların sosial, iqtisadi və ətraf mühitə təsirinin azaldılması üzrə tədbirlərin məcmusu;

    1.1.4.minatəmizləmə fəaliyyəti – qeyri-texniki və texniki tədqiqat, təmizləmə və keyfiyyətə nəzarətlə əlaqədar görülən işlər;

    1.1.5. minatəmizləmə fəaliyyətinə dair tələblər (bundan sonra – tələblər) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, minatəmizləmə fəaliyyətinə dair ümumi norma və qaydaların əks olunduğu sənəd;

    1.1.6.minatəmizləmə fəaliyyəti üzrə icraçı (bundan sonra – icraçı) – minatəmizləmə ilə əlaqədar fəaliyyət planı əsasında minatəmizləmə fəaliyyətinə cəlb edilən dövlət orqanı (qurumu), habelə bu Qanuna uyğun olaraq müqavilə əsasında minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və ya hüquqi şəxs;

    1.1.7. minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurum (bundan sonra – səlahiyyətli qurum) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

    1.1.8.minatəmizləmə ilə əlaqədar fəaliyyət planı (bundan sonra – fəaliyyət planı) – səlahiyyətli qurum və icraçılar üçün minatəmizləmə fəaliyyəti ilə əlaqədar konkret tapşırıqları müəyyən edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənəd;

    1.1.9. minatəmizləyən – minatəmizləmə fəaliyyətini bilavasitə təhlükəli ərazilərdə həyata keçirən şəxs;

    1.1.10. partlayıcı sursat – kütləvi qırğın silahları və onların sursatları istisna olmaqla, mina, partlayış üçün hazır vəziyyətə gətirilmiş, o cümlədən silahdan atılaraq, buraxılaraq və ya uçan vasitədən atılaraq partlaması nəzərdə tutulmuş, lakin partlamamış və ya qismən partlamış sursat, o cümlədən kasset sursat, istifadə edilməmiş, döyüş vəziyyətinə gətirilmiş və ya gətirilməmiş halda tərk edilmiş partlamamış sursat, əldədüzəlmə partlayıcı qurğular və ya onların partlayıcı tərkib hissələri;

    1.1.11. standart əməliyyat prosedurları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tələblərə və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq müəyyən edilən və minatəmizləmə fəaliyyətinin texniki xüsusiyyətlərini əks etdirən təlimatlar toplusu;

    1.1.12. texniki tədqiqat – fiziki müdaxilə edilməklə təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər;

    1.1.13. təhlükəli ərazi – partlayıcı sursatların olması ehtimal edilən ərazi;

    1.1.14. təmizləmə – təhlükəli ərazidə aşkar edilmiş partlayıcı sursatların çıxarılması, zərərsizləşdirilməsi və məhv edilməsi;

    1.1.15. zərərçəkmiş – partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar bədən xəsarəti almış və (və ya) psixoloji yardıma ehtiyacı olan və (və ya) maddi zərər dəymiş şəxs.

    1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

    Maddə 2. Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

    Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

    Maddə 3. Bu Qanunun tətbiq dairəsi

    3.1. Bu Qanun Azərbaycan Respublikasında mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil edilir.

    3.2. Bu Qanun Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilmir.

    2-ci fəsil

    MİNA ƏLEYHİNƏ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ

    Maddə 4. Mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri

    4.1. Mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:

    4.1.1. əhalinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi, sosial və ekoloji inkişafa şəraitin yaradılması məqsədilə partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılması;

    4.1.2. minatəmizləmə fəaliyyətinin təhlükəsiz və səmərəli təşkili üçün normativ hüquqi bazanın formalaşdırılması;

    4.1.3. təhlükəli ərazilərdə həyat və sağlamlıq üçün təhlükənin olması barədə əhalinin məlumat almaq hüququnun təmin edilməsi;

    4.1.4. zərərçəkmişlərə qanunla müəyyən edilmiş dəstək tədbirlərinin göstərilməsi və minatəmizləyənlərə təminatların verilməsi.

    Maddə 5. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə

    5.1. Minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), habelə fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilir.

    5.2. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) aşağıdakılara malik olmalıdırlar:

    5.2.1. həyata keçiriləcək minatəmizləmə fəaliyyəti üzrə hazırlanmış daxili əməliyyat prosedurlarına;

    5.2.2. müvafiq ixtisaslı minatəmizləyənlərə, habelə onların hüquq və vəzifələrini əks etdirən təlimatlara;

    5.2.3. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı əməyin mühafizəsinin, o cümlədən təhlükəsizliyin təmin edilməsi imkanına;

    5.2.4. heyvanların köməyi ilə partlayıcı sursatların aşkarlanması nəzərdə tutulduğu halda bu fəaliyyətin həyata keçirilməsi imkanına;

    5.2.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün vasitə, alət və avadanlıqlara;

    5.2.6. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təhlükəli ərazinin yaxınlığında ixtisaslı tibb işçilərindən və zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın göstərilməsi imkanına.

    5.3. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmalarının qiymətləndirilməsi üçün həmin tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə edilməklə, səlahiyyətli quruma müraciət etməlidirlər. Müraciətə daxil olduğu gündən 30 (otuz) gün müddətində baxılır.

    5.4. Dövlət orqanının (qurumunun) bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edildikdə, müraciətin daxil olduğu tarixdən ən geci 10 (on) gün müddətində müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir. Məlumatda sənədlərdəki uyğunsuzluqlar dəqiq göstərilməlidir. Həmin uyğunsuzluqlar məlumat alındığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırılmalıdır. Bu zaman, bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və uyğunsuzluqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

    5.5. Minatəmizləmə fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslərə münasibətdə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, həmçinin onların idarəetmə, təşkilati və maliyyə-iqtisadi resurslara malik olmalarının müəyyən edilməsi məqsədilə əlaqədar aşağıdakıların mövcudluğu qiymətləndirilir:

    5.5.1. hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına, habelə fiziki şəxslərin vergi uçotuna alınması;

    5.5.2. fiziki və ya hüquqi şəxsin müqavilə üzrə öhdəliklərinin icrası üçün maliyyə imkanlarına malik olması;

    5.5.3. minatəmizləmə fəaliyyəti ilə əlaqədar əvvəl bağlanılmış müqavilə (müqavilələr) üzrə öhdəliklərinin icra vəziyyəti;

    5.5.4. tələblərə uyğun idarəetmə sistemlərinin (o cümlədən risklərin, əməliyyatların, məlumatların, təhlükəsizliyin və keyfiyyətin idarəetmə sistemlərinin) tətbiqi və bunu təmin edəcək təşkilati strukturun formalaşdırılması;

    5.5.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən minatəmizləyənlərin bu Qanunun 12.1-ci maddəsinə uyğun sığortalanmasını təmin etmək imkanı.

    5.6. Fiziki və ya hüquqi şəxslərin bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi səlahiyyətli qurum tərəfindən müraciət daxil olduğu gündən 60 (altmış) gün müddətində həyata keçirilir. Müraciətə bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində nəzərdə tutulan tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə olunur.

    5.7. Müraciətə əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə məlumat müraciətin daxil olduğu tarixdən ən geci 5 (beş) iş günü müddətində müraciət edənə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar dəqiq göstərilməlidir. Həmin çatışmazlıqlar məlumat alındığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırılmalıdır. Bu zaman, bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra bərpa olunur.

    5.8. Bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun olduqları müəyyən edildiyi halda müvafiq olaraq bu Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə müraciət edənin minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, əks halda isə səbəbləri göstərilməklə imtina barədə qərar qəbul edilir və müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir.

    5.9. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

    5.10. Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçirilir və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat verilir.

    5.11. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə haqq ödənilir.

    Maddə 6. Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti

    6.1. Qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından (qurumlarından), fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.

    6.2. Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 (beş) iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

    6.3. Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:

    6.3.1. şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin görülməsi;

    6.3.2. təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələnməsi;

    6.3.3. minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;

    6.3.4. təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;

    6.3.5. təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkili.

    6.4. İcraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş təhlükəli ərazilər üzrə bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminin məlumat bazasının məlumatlarından istifadə etməklə qeyri-texniki tədqiqat aparır və onun nəticələri əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan texniki tədqiqat planını tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.

    6.5. İcraçı bu Qanunun 6.4-cü maddəsində göstərilən texniki tədqiqat planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat əsasında təmizləmə planı tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.

    6.6. Texniki tədqiqat və təmizləmə bu Qanunun 5.10-cu maddəsinə uyğun olaraq qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetirilir.

    6.7. Aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilir.

    6.8. Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tələblərə uyğun olaraq azı 3 (üç) iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.

    6.9. Bu Qanunun 6.4-cü və 6.5-ci maddələrində nəzərdə tutulan fəaliyyətin nəticələrini əks etdirən hesabatlar təmizləmə planının icrası yekunlaşdıqdan sonra, bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətin nəticəsini əks etdirən hesabat isə partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi işləri başa çatdıqdan sonra ən geci 5 (beş) iş günü müddətində icraçı tərəfindən səlahiyyətli quruma təqdim edilir.

    6.10. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verilir.

    6.11. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir.

    6.12. Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələri) və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilir.

    6.13. Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar bu Qanunun 9.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilməlidir.

    6.14. Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti bu Qanunun 6.2 – 6.12-ci maddələrinin tələbləri nəzərə alınmaqla fəaliyyət planı əsasında həyata keçirilir.

    Maddə 7. Səlahiyyətli qurumun xüsusi təyinatlı nəqliyyat vasitələri

    Səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab edilir.

    Maddə 8. Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət

    8.1. Minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilir.

    8.2. Keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edir.

    8.3. İcraçı 15 (on beş) gün müddətində bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir.

    8.4. Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılır.

    8.5. Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdirilir.

    Maddə 9. Minatəmizləmə fəaliyyəti sahəsində məlumatların toplanılması, idarə olunması və istifadəsi

    9.1. Minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi formalaşdırılır və aparılır.

    9.2. Səlahiyyətli qurum və icraçılar tərəfindən aparılmış qeyri-texniki və texniki tədqiqat, təmizləmə, minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar, partlayıcı sursat qurbanları barədə, habelə bu Qanunda nəzərdə tutulmuş digər məlumatlar minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminə daxil edilir.

    9.3. Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

    Maddə 10. Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə

    10.1. Səlahiyyətli qurum əhali arasında partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici tədbirlər həyata keçirir, o cümlədən partlayıcı sursatların təhlükələri, bununla əlaqədar dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin vəzifələri, təhlükəli ərazilər və həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə bağlı maarifləndirici materialların hazırlanması və yayılmasını təmin edir.

    10.2. İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.

    Maddə 11. Zərərçəkmişlərə dəstək tədbirləri

    11.1. Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstərilir.

    11.2. Əlilliyi müəyyən edilmiş zərərçəkmişlərin hüquqları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.

    3-cü fəsil

    YEKUN MÜDDƏALAR

    Maddə 12. Minatəmizləyənlərin təminatları

    12.1. Minatəmizləyənlərin minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən sığortalanması müvafiq olaraq “Tibbi sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

    12.2. Minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

    Maddə 13. Mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi

    Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

    Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

    Bundan başqa, dövlət başçısı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

  • Azərbaycanda yeni informasiya sistemi yaradılır – Xidmət haqqı tutulacaq

    “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sistemi yaradılacaq və dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

    “e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

  • Ильхам Алиев освободил Руфата Азизова от должности – НОВОЕ НАЗНАЧЕНИЕ

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение об освобождении Руфата Эйваз оглу Азизова от должности ректора Сумгайытского государственного университета.

    Текст документа опубликован на АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства Р.Азизов назначен ректором Азербайджанского государственного университета нефти и промышленности.

  • İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Rüfət Eyvaz oğlu Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.