Türkiyədə Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Month: February 2025
-
Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildirilib.Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı məlum deyil. -
Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun
Ofis şəraitində çalışan hər bir şəxs xroniki yorğunluqdan əziyyət çəkir. Buna səbəb gün ərzində çox oturmaq, eyni nöqtəyə baxmaqdır.
Median.Az xəbər verir ki, xroniki yorğunluq zamanla müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Hər gün aşağıdakıları təkrarlamaqla yorğunluğu aradan qaldırmaq mümkündür:· Gündə 1 dəfə içərisinə limon şirəsi tökülmüş və 1 xörək qaşığı bal qatılmış su için.· Hər səhər ən az 20 dəqiqə təmiz havada gəzin.· Hər axşam yatmazdan əvvəl 1 stəkan isti süd için.· Həftədə 3 dəfə içərisinə dəniz duzu tökülmüş su ilə vanna edin.· Pişikotu dəmləyib, gündə 2 dəfə için. (Axsam.az) -
Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb
Venesuela ABŞ-dən deportasiya edilən venesuelalı qanunsuz miqrantları geri qaytarmağa razılaşıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
Bununla yanaşı, geri qaytarılanlar arasında “Tren de Araqua” bandasının üzvləri də var.
Yanvarın 30-da ABŞ hökuməti 600 min venesuelalı miqrantı deportasiyadan qoruyan proqramın vaxtını uzatmayıb. -
Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma
Yeni bir araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda demans riskini azalda bilər, lakin bu, yalnız şəkərsiz, kofeinli qəhvəyə aiddir.
Lent.az-ın məlumatına görə, qəhvə istehlakı ilə demans riski arasında əlaqə Böyük Britaniyada 40-69 yaş arasında olan 200.000-dən çox insanın tibbi məlumatlarının təhlili zamanı aşkar edilib.Tədqiqatçılar bu insanların nə qədər tez-tez qəhvə içdiklərini, həmçinin tədqiqata başladıqdan sonra doqquz il ərzində onlara demans diaqnozu qoyulub-olmadığını araşdırıblar.Tədqiqat məqaləsində deyilir: “Kofeinli qəhvənin, xüsusilə də şəkərsiz qəhvənin istehlakı Alzaymer, eləcə də Parkinson xəstəliyinin inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Bununla belə, şirinləşdirilmiş qəhvə üçün belə bir əlaqə müşahidə edilməyib”.
Tədqiqat iştirakçıları istehlak etdikləri qəhvə miqdarına görə beş qrupa bölünüblər: kofe içməyənlər, gündə 0-1 stəkan içənlər, 1-2 stəkan, 2-3 fincan və 3 stəkandan çox içənlər.Gündə 3 stəkandan çox qəhvə içən qrupda demensiyanın ən az rastlanması qeydə alınıb. Ümumilikdə, müntəzəm qəhvə içənlərin qəhvə içməyənlərlə müqayisədə Alzaymer xəstəliyinə tutulma riski 34%, Parkinson xəstəliyinə tutulma riski 37% və neyrodegenerativ xəstəliklərdən ölmə riski 47% daha az idi.Tədqiqatçılar kofeinin beyinə qoruyucu təsir göstərə biləcəyini, şəkər və süni dadlandırıcıların isə onun faydalarını zəiflədə biləcəyini irəli sürürlər. Ancaq bu fərziyyələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var. -
ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. -
Bakı-Quba yolunda ağır qəza – Avtobus yük maşını ilə toqquşdu
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.Nəticədə sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
Faktla bağlı araşdırma aparılır. -
“Qarabağ” yenə gerilədi
UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.
Azərbaycan təmsilçisi “Qarabağ”ın Avroliqada “Olimpiakos”a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib.Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.
“Neftçi” 8.000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah“, “Sumqayıt” 4.000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3.925 xalla 329-cu yeri paylaşırlar.Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla “Real Madrid” liderlik edir. -
Paşinyan Trampdan rədd cavabı aldı
Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla görüş təşkil etməyə çalışsa da buna nail ola bilməyib.
Bu barədə “Hraparak“ qəzeti yazı dərc edib.Bildirilib ki, bu prosesə Ermənistanın Xarici İşlər Nazirliyi, eləcə də “Respublikaçılar” partiyasından olan ermənipərəst senatorlar cəlb edilib, lakin bütün səylər nəticəsiz qalıb.
Bundan başqa qəzetin iddiasına görə, ABŞ-dəki Erməni diasporunun əksər nümayəndələri N. Paşinyanla görüşməkdən imtina edib. -
9 yaşlı uşaq zəhərlənib öldü
Şamaxı sakini naməlum səbəbdən zəhərlənmə ilə xəstəxanada ölüb.
Median.Az APA-ya istinadən verir ki, bu gün 2016-ci il təvəllüdlü Şamaxı sakini Maksud İman oğlu Cəbrayıllı ağır zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır. -
Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər
Yaxın üç gündə Kamçatkada Bezimyannı vulkanının güclü püskürməsi baş verə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupu öz saytında məlumat yayıb.Onların sözlərinə görə, vulkanın aktivliyində artım qeydə alınıb ki, bu da intensiv qaz və buxar emissiyası ilə müşayiət olunur. Peyk görüntüləri ötən gecə vulkan üzərində böyük bir istilik anomaliyasının müşahidə edildiyini göstərir.“Vulkan yaxın üç gün ərzində baş verə biləcək güclü partlayışa hazırlaşır”, deyə məlumatda qeyd edilir.Mütəxəssislər vulkan püskürməsi halında kül emissiyalarının dəniz səviyyəsindən 10-15 km yüksəkliyə qalxa biləcəyi barədə xəbərdarlıq ediblər.Bezimyannı vulkanı Ust-Kamçatski rayonunun Klyuçi kəndindən 40 kilometr aralıda yerləşir. Onun hündürlüyü 3 km-dir. Bezimyannınin sonuncu püskürməsi 2024-cü ilin iyulunda baş verib.Yanvarın 28-də Kamçatka vulkanı ərazisində bir gündə 79 seysmik hadisə qeydə alınıb.









