Month: February 2025

  • Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb – Rayonlar üzrə siyahı

    Ötən il Azərbaycanda təxminən 254,5 min nəfər pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alıb.

    Yeniavaz.com xəbər verir ki, bu məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
    Açıqlanan məlumatda bildirilir ki, pulu olmadığı üçün ərzaq məhsullarını nisyə almaq məcburiyyətində qalan ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,5%-ə bərabər olub.
    Qeyd edək ki, 2024-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyon 180,8 min nəfər olub. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfərin düşdüyünü nəzərə alsaq, ölkədə təxminən 2 milyon 407 min ev təsərrüfatı olur. Ev təsərrüfatlarının 2,5%-i isə təxminən 60 min 175-ə bərabərdir. Bu da o deməkdir ki, 2024-cü ildə Azərbaycanda təxminən 254,5 min nəfər pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alıb.
    Məlumat üçün bildirək ki, pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alan ailələrin (ev təsərrüfatları) sayı ən çox Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alan ailələrin sayı ümumi ailələrin 3,2%-ni təşkil edib.
    Azərbaycanda iqtisadi rayonlar üzrə nisyə ərzaq alan ailələrin ümumi ailələrə nisbəti aşağıdakı kimi olub:
    Bakı şəhəri – 1,2%;
    Naxçıvan MR – 1,6%;
    Abşeron-Xızı – 2%;
    Dağlıq Şirvan – 3%;
    Gəncə-Daşkəsən – 2,5%;
    Qarabağ – 2,7%;
    Qazax-Tovuz – 2,6%;
    Quba-Xaçmaz – 3,2%;
    Lənkəran-Astara – 2,8%;
    Mərkəzi Aran – 2,6%;
    Mil-Muğan – 3%;
    Şəki-Zaqatala – 2,8%;
    Şərqi Zəngəzur – 2,7%;
    Şirvan-Salyan – 3%.

  • Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? – AÇIQLAMA

    “Nazimin şüuru açıqdır. Şükür Allaha artıq danışa da bilir”.

    Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Nazim Pişyarinin yaxın dostu, aparıcı Kamran Həsənli deyib.
    Kamran Həsənli sənətçinin səhhəti ilə bağlı yayılan bəzi xəbərlərin doğru olmadığını bildirib:
    “Vəziyyəti stabil olaraq qalır. Süni nəfəs aparatına qoşulması haqda deyilənlər doğru deyil. Mərkəzi Klinik Xəstəxanada reanimasiyadadır. Təəssüf ki, gedib görə bilmirəm. Çünki yanına ailəsindən başqa heç kəs buraxılmır. Amma tez-tez ailə yaxınları, xüsusilə də oğlu ilə əlaqədəyəm. Onun sözlərinə görə şüuru açıqdır, az da olsa danışa bilir. Dua edək ki, tezliklə daha da yaxşı olsun”.
    Xatırladaq ki, Nazim Pişyari ötən gün işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

  • Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib

    Özbəkistanın “Centrum Air” aviakompaniyasına məxsus təyyarə Türkmənistanda məcburi eniş edib.

    APA NOVA24-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə Fərqanəyə uçan təyyarənin mühərrikində texniki problem yaranıb.
    Təyyarə Marı şəhərinin hava limanı üzərində dövrə vurandan sonra eniş edib.

  • Hikmət Hacıyev İrana getdi – Mühüm görüşlər keçirdi

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

    Bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

    Qeyd edilib ki, Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

  • Казахстан вошел в тройку лидеров по кибербезопасности в рейтинге ООН

    Казахстан вошел в тройку лидеров по кибербезопасности в рейтинге ООН.

    Как передает Median.Az со ссылкой на казахстанские СМИ, об этом заявил председатель комитета по информационной безопасности Минцифры Руслан Абдикаликов.

    По его словам, в ближайшие годы перед страной стоит амбициозная цель – войти в группу Tier 1 (Role-modeling), что предполагает лидерские позиции в сфере цифровой безопасности.

    “В последние годы мы внедрили ряд значимых инициатив: платформу Bug Bounty, сервис контроля доступа к данным, интеграцию более 220 государственных систем с платформой защиты информации. Искусственный интеллект сегодня играет ключевую роль в выявлении уязвимостей, предотвращении атак и защите граждан”, – отметил он.

    Среди ключевых инициатив, Абдикаликов отметил запуск Центра исследования вредоносного кода и киберполигона для подготовки специалистов, расширение программы “Киберщит-2”, введение функции “СТОП-КРЕДИТ” на eGov, присоединение к международным конвенциям по защите персональных данных.

  • Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub

    Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündə yer alıb.

    Median.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsinin sədri Ruslan Abdikalikov bildirib.

    Onun sözlərinə görə, yaxın illərdə ölkənin qarşısında rəqəmsal təhlükəsizlik sahəsində lider mövqeləri nəzərdə tutan Tier 1 (Role-modeling) qrupuna daxil olmaq kimi iddialı hədəf durur.

    “Son illərdə biz bir sıra mühüm təşəbbüslər həyata keçirmişik: Bug Bounty platforması, məlumatlara çıxışa nəzarət xidməti, 220-dən çox dövlət sisteminin informasiya mühafizəsi platforması ilə inteqrasiyası. Süni intellekt bu gün boşluqların aşkarlanmasında, hücumların qarşısının alınmasında və vətəndaşların qorunmasında aparıcı rol oynayır”, – o qeyd edib.

    R.Abdikalikov əsas təşəbbüslər arasında Zərərli Kodların Tədqiqat Mərkəzinin və mütəxəssis hazırlığı üçün kiberpoliqonun açılmasını, “Kiberqalxan-2” proqramının genişləndirilməsini, eGov-da “STOP-KREDİT” funksiyasının tətbiqini, şəxsi məlumatların qorunması üzrə beynəlxalq konvensiyalara qoşulmanı qeyd edib.

  • Турецкие военные ликвидировали на севере Ирака двух террористов

    Вооруженные силы Турции провели очередную антитеррористическую операцию на севере Ирака.

    Как передает Report, об этом сообщили в пресс-службе турецкого оборонного ведомства.

    Отмечается, что в зоне операции “Пендже-килит” были ликвидированы два члена террористической организации РКК.

    В Министерстве национальной обороны Турции добавили, что антитеррористические операции будут продолжены.

  • Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçiririb.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Pənçə-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvü öldürülüb.

    Məlumata görə, terrorçulara qarşı əməliyyat davam edəcək.

  • СМИ: Израиль освободил 183 заключенных палестинцев

    183 палестинца были освобождены из израильских тюрем в рамках четвертого этапа обмена заложниками между Израилем и палестинским радикальным движением ХАМАС.

    Об этом сообщает Al Jazeera.

    Ранее палестинские боевики освободили трех израильских заложников.

    Соглашение о прекращении огня между Израилем и ХАМАС вступило в силу 19 января. Движение обязалось освободить взятых в заложники израильтян в обмен на выдачу палестинских заключенных. На третьем этапе произойдет обмен телами погибших.

  • İsrail 183 fələstinli məhbusu azad edib

    İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girov mübadiləsinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarından 183 fələstinli azad edilib.

    Bu barədə “Al Jazeera” məlumat yayıb.

    Daha əvvəl Fələstin yaraqlıları üç israilli girovu azad ediblər.

    İsrail və HƏMAS arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib. Hərəkat fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovları azad etməyi öhdəsinə götürüb. Üçüncü mərhələdə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçiriləcək.