Çərşənbə, May 13, 2026
Google search engine
Homeİdman“Qarabağ” yenə gerilədi

“Qarabağ” yenə gerilədi

UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.

Azərbaycan təmsilçisi “Qarabağ”ın Avroliqada “Olimpiakos”a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib.

Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

“Neftçi” 8.000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah“, “Sumqayıt” 4.000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3.925 xalla 329-cu yeri paylaşırlar.
Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla “Real Madrid” liderlik edir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments