Month: February 2025

  • Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb

    Niderlandın Məlumatların Mühafizəsi İdarəsi şəxsi məlumatların Çinə ötürülməsi ilə bağlı araşdırmaya başlayıb. Proses “DeepSeek” çatbotunun görünüşü fonunda başladılıb.

    Bu barədə Niderlandın ANP agentliyi məlumat yayıb.

    İdarə rəhbərliyinin fikrincə, “DeepSeek” istifadəçiləri Çinin yeni məhsulundan istifadə edərkən çox ehtiyatlı və diqqətli” olmalıdırlar. “İnsanlar özləri özlərindən bu proqrama şəxsi və digər həssas məlumatları həqiqətən daxil etmək istədiklərini soruşmalıdırlar”, – təşkilatdan bildirilib.

  • Трамп оставляет за собой право изучить вариант вывода войск из Сирии

    Президент США Дональд Трамп оставляет за собой право изучить возможность вывода американских войск из Сирии.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила пресс-секретарь Белого дома Кэролайн Ливитт.

    “Вчера президенту был задан этот вопрос, и он ответил на него. Как главнокомандующий вооруженными силами США он оставляет за собой право пересмотреть дислокацию войск за рубежом в любой момент”, – сказала она на брифинге для журналистов. Ей был задан вопрос, рассматривает ли Трамп возможность вывода войск из Сирии.

  • Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır

    ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların qoşunlarının Suriyadan çıxarılması imkanlarını araşdırmaq hüququnu özündə saxlayır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

    “Dünən prezidentə bu sual verildi və o, cavablandırdı. ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq, hər an xaricdəki qoşunların yerləşdirilməsinə yenidən baxmaq hüququnu özündə saxlayır”, – o brifinqdə deyib. Ondan Trampın Suriyadan qoşun çıxarmağı düşünüb-düşünmədiyi soruşulub.

  • 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

    Rusiya müharibənin 1074-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

    “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 652 təyyarəsi, 283 helikopteri, 42 095 PUA-sı, 590 zenit-raket kompleksi, 20 984 tank və digər zirehli texnikası, 1 511 reaktiv yaylım atəş sistemi, 21 100 artilleriya və minaatanı, 31 097 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

  • В Губе произошло землетрясение

    В Губе произошло землетрясение магнитудой 3.2.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при НАНА.

    Согласно информации, подземные толчки были зарегистрированы в 14 км к юго-западу от Губинской станции в одноименном районе.

    Очаг землетрясения залегал на глубине 13 км. Подземные толчки не ощущались.

  • Qubada zəlzələ oldu

    Qubada 3,2 maqnitudada zəlzələ olub.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

    Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

  • Qəbələdə yük avtomobili yanıb

    Qəbələ rayonunda yanğln hadisəsi qeydə alnıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda “Ford” markalı yük avtomobilinin kabinəsi və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub

    Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edib.

    Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

    Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımından isə 3,2 min ton (13,8%) azdır.

    2024-cü ildə meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 3,84%-ni təşkil edib.

    Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvvə və tərəvəz ixrac olunub. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8 min ton (5%) azalıb.

    Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-ə bərabər olub.

    Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri 51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%) artıb.

    Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34% təşkil edib.

  • Su polisi əməliyyat keçirdi: saxlanılan var

    Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədov saxlanılıb.

    Bildirilir ki, həmin şəxsdən qanunsuz olaraq ovlanmış ümumilikdə 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb

    Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.

    Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.

    Bundan başqa Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

    Araşdırmalar aparılır.