Month: February 2025

  • 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı

    “World Vision International” (“Dünyaya baxış”) beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin külli miqdarda vergi borcu yaranıb.

    Musavat.com xəbər verir ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən bu təşkilatın 590 min manat vergi borcu var.

    Qeyd edək ki, “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi 30 il müddətində ölkədə müxtəlif layihələr həyata keçirib.

    Təşkilat Azərbaycanda fəaliyyətə ilk olaraq 1994-cü ildə məcburi köçkün və qaçqınlara BMT-nin Ümumdünya Ərzaq Proqramının ərzaq yardımı ilə başlayıb. Ardınca sığınacaqların tikilməsi və bərpası, icmaların təşkilatlanması, mikromaliyyə, inklüziv təhsil və digər inkişafyönümlü layihələr həyata keçirib.

    Təşkilat bir çox icra hakimiyyətləri, nazirliklər, rəsmi qurumlarla birgə əməkdaşlıq çərçivəsində çoxsaylı sosial layihələr həyata keçirib.

    Qeyd edək ki, təşkilatın direktoru və qanuni təmsilçisi Giorgi Devidzedir.

  • Dünyanın ən zəngin 10 insanı – “Forbes”

    Dünyanın ən zəngin insanları siyahısı hər zaman diqqət mərkəzindədir.

    Bu il texnologiya liderləri siyahıda dominantlıq edərək, sərvətlərini ağlasığmaz həddə çatdırıblar. İlon Mask (Elon Musk) zirvədəki yerini qoruyaraq, sərvətini 421,6 milyard dollara yüksəldib.

    Siyahıda “Amazon”un qurucusu Ceff Bezos (Jeff Bezos) və “Oracle”un təsisçisi Larri Ellison (Larry Ellison) da öz yerlərini möhkəmləndiriblər. Moda və lüks sənayesinin liderlərindən olan Bernard Arno (Bernard Arnault) isə ailəsi ilə birlikdə reytinqdə texnologiya nəhənglərinə meydan oxumağa davam edir.

    Valyuta.Az dünyanın ən zəngin 10 insanının siyahısını təqdim edir.

    1. İlon Mask (Elon Musk) – 421,6 milyard dollar

    2. Ceff Bezos (Jeff Bezos) – 250,1 milyard dollar

    3. Mark Zukerberq (Mark Zuckerberg) – 237,9 milyard dollar

    4. Lerri Ellison (Larry Ellison) – 213,4 milyard dollar

    5. Bernar Arno (Bernard Arnault) və ailəsi – 189,2 milyard dollar

    6. Lerri Peyc (Larry Page) – 167,6 milyard dollar

    7. Serqey Brin (Sergey Brin) – 159,8 milyard dollar

    8. Uorren Baffet (Warren Buffett) – 146,2 milyard dollar

    9. Amansio Orteqa (Amancio Ortega) – 123,3 milyard dollar

    10. Stiv Ballmer (Steve Ballmer) – 122,9 milyard dollar

  • Əhalinin banklara nə qədər kredit borcu var? – Rəqəmlər

    Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi 8,4 milyard manat təşkil edib.

    Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu, bir ay əvvələ nisbətən 22,1 milyon manat və ya 0,3%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 1,5 milyard manat və ya 21,7% çoxdur.

    Bu o deməkdir ki, Azərbaycanda əhalinin banklara olan borcunun həcmi son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artıb.

    Bundan başqa, hesabat dövründə bankların ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat və ya 1,1%, 2024-cü ilin əvvlinə nisbətən isə 616,3 milyon manat və ya 17% çoxdur.

    Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 0,4% və ya 109,5 milyon manat artaraq 27,5 milyard manat olub.

    Kredit portfelinin strukturu:

    ı) biznes kreditləri – 53,8% (14,787.2 mln. manat);
    ıı) istehlak kreditləri – 30,7% (8,445 mln. manat)
    ııı) ipoteka kreditləri – 15,5% (4,245.5 mln. manat).

    Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,3 milyard manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

    Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,5% təşkil edib.

  • Израиль освободил более 180 палестинских заключенных

    Власти Израиля освободили 183 палестинских заключенных в рамках соглашения о перемирии с радикальным палестинским движением ХАМАС.

    Об этом сообщает The Times of Israel.

    Отмечается, что часть освобожденных палестинцев доставили на Западный берег Иордана, а часть – в сектор Газа.

    30 января из тюрем Израиля освободили 110 палестинских заключенных.

    Утром 1 февраля ХАМАС отпустил трех израильских заложников. Представители Красного Креста сопроводили израильтян к месту дислокации военных Армии обороны Израиля и ШАБАК в секторе Газа, после чего они пересекли границу еврейского государства и направились в пункт первоначального приема.

  • İsrail 180-dən çox fələstinli məhbusu azad edib

    İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində 183 fələstinli məhbusu azad edib.

    Bu barədə “The Times of Israel” nəşri məlumat verib.

    Azad edilən fələstinlilərin bir hissəsinin İordan çayının qərb sahilinə, bir hissəsinin isə Qəzza zolağına aparıldığı qeyd edilib.

    Yanvarın 30-da İsrail həbsxanalarından 110 fələstinli məhbus azad edilib.

    Fevralın 1-i səhər HƏMAS üç israilli girovu azad edib. Qızıl Xaç Komitəsinin nümayəndələri israilliləri Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin və “Şabak”ın dislokasiya yerlərinə qədər müşayiət ediblər, daha sonra onlar yəhudi dövlətinin sərhədini keçərək ilkin qəbul məntəqəsinə gediblər.

  • Ограничение на движение транспорта на проспекте Бабека снято

    Ограничение на движение транспортных средств по путепроводу в направлении центра столицы, введенное в связи с проведением ремонтных работ на проспекте Бабека в Низаминском районе Баку, снято.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел (МВД).

  • Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb

    Nizami rayonu, Babək prospektində yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

  • Когда в РФ начнет работать режим высылки незаконных мигрантов?

    С 5 февраля в России начнет работать режим высылки незаконных мигрантов.

    Об этом сообщил председатель Госдумы Вячеслав Володин в своем Telegram-канале.

    “Те, кто не соблюдает законодательство Российской Федерации или утратил право на легальное пребывание здесь, не должны находиться в нашей стране”, – заявил он.

    По словам Володина, данная мера направлена на повышение безопасности. Он добавил, что будет введена административная ответственность за нарушение правил въезда в страну и выезда из РФ. Закон также затронет оказание услуг для мигрантов, включенных в реестр контролируемых лиц.

  • Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir

    Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejimi işə başlayacaq.

    Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında xəbərdarlıq edib.

    Onun sözlərinə görə, bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib.

    Qeyd edək ki, deportasiya rejimi – Rusiyada qanunsuz olan, yaxud qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.

    Bundan əvvəl bildirilmişdi ki, Rusiyada miqrantların uşaqları rus dili testindən keçə bilməyəcəyi və məktəbə qəbul ola bilməyəcəyi təqdirdə onlara cərimə tətbiq ediləcək.

    Həmçinin mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.

  • В Баку временно изменена схема движения по маршруту №41

    В связи с прокладкой канализационной линии на улице Тельмана Кялбиева в поселке Бинагади Бинагадинского района Баку с 3 февраля до завершения работ движение по улицам Т.Кяльбиева и Зангезур будет ограничено.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Агентством наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    В связи с ограничением будет временно изменена схема движения автобусов регулярной маршрутной линии №41.

    Автобусы будут следовать по улицам Н.Мустафаева, Г.Рамазанова, Ф.Гурбанлы и Хангызы до улицы Араз.