Month: February 2025

  • Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

    Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilir ki, məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

    Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.

  • ЦИК Азербайджана рассмотрел жалобы по муниципальным выборам

    Центральная избирательная комиссия (ЦИК) Азербайджана провела очередное заседание в связи с муниципальными выборами, состоявшимися 29 января 2025 года.

    Как сообщает Oxu.Az, в повестку дня заседания был включен вопрос о рассмотрении обращений, адресованных ЦИК в связи с муниципальными выборами.

    На заседании были рассмотрены заявления о нарушениях закона, допущенных в день голосования на избирательных участках 81-го Имишлинского, 82-го Имишли-Саатлинского, 85-го Физули-Агджабединского, 86-го Агджабединского, 56-го Шабран-Хачмазского и 67-го Сабирабадского избирательных округов. Обращения были направлены в избирательные комиссии этих округов для расследования на основании соответствующих статей Избирательного кодекса.

    Председатель ЦИК Мазахир Панахов сообщил, что в комиссию поступило 16 жалоб, связанных с результатами выборов.

    Напомним, в выборах приняли участие 1 млн 874 тыс. 810 избирателей, а явка составила 31.45%.

  • MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb – ARAŞDIRMA APARILIR

    Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclası keçirilib.

    İclasın gündəliyinə bələdiyyə seçkisi ilə əlaqədar MSK-ya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

    İclasda 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 56 saylı Şabran-Xaçmaz, 67 saylı Sabirabad seçki dairələrində səsvermə günü həmin dairələrin məntəqələrində qanun pozuntularına yol verilməsi ilə bağlı daxil olan iddialara baxılıb.

    Müraciətlər Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, araşdırılması üçün həmin dairələrin seçki komissiyalarına göndərilib.

    MSK sədri Məzahir Pənahov bildirib ki, seçkinin nəticələri ilə bağlı komissiyaya 16 şikayət daxil olub.

    Xatırladaq ki, seçkidə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
    //oxu.az

  • Артист Энвер Гасанов переведен в Реабилитационный центр

    Народный артист Энвер Гасанов сегодня был переведен из медицинского центра “Хазар”, где проходил лечение, в Реабилитационный центр.

    Об этом АПА сообщили члены его семьи.

    Народный артист ранее был госпитализирован из-за проблем со здоровьем.

  • Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb

    Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzinə köçürülüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin ailə üzvləri məlumat veriblər.

    Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.

  • ВС РФ взяли под контроль Крымское в Донецкой области

    Подрaзделения грyппировки вoйск “Центр” в результате aктивных нaступательных дeйствий взяли под контроль населенный пункт Крымское в Донецкой области.

    Об этом сообщили в Минобороны России.

    В ведомстве уточнили, что также нанесено поражение живой силе и технике четырех механизированных, мотопехотной, аэромобильной бригад Вооруженных сил Украины и бригады нацгвардии в районах населенных пунктов Новоалександровка, Дзержинск, Дружба, Лысовка, Славянка, Барановка, Новоандревка и Котлино Донецка.

    “Прoтивник пoтерял до 570 вoеннослужащих, два танка, в том числе Leopard прoизводства ФРГ, четыре боевые бронированные машины, девять пикапов и три орудия полевой артиллерии”, – добавили в российском оборонном ведомстве.

  • Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiyanın “Mərkəz” hərbi qruplaşmalarının bölmələri Donetsk vilayətinin Krımskoye yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, həmçinin Donetskin Novoaleksandrovka, Dzerjinsk, Drujba, Lısovka, Slavyanka, Baranovka, Novoandrevka və Kotlino yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin dörd mexanikləşdirilmiş, motoatıcı, aeromobil briqadasının və Milli Qvardiya briqadasının canlı qüvvəsi və texnikasına zərbələr endirilib.

    “Düşmən 570-ə qədər hərbçisini, iki tankını, o cümlədən Almaniya istehsalı olan “Leopard”ı, dörd ədəd döyüş zirehli maşını, doqquz pikap və üç səhra artilleriya qurğusunu itirib”, – deyə nazirlikdən bildirilib.

  • Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər

    Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs ediliblər.

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

    Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

    Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

    Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Лесные пожары в Калифорнии поддались огнеборцам спустя 25 дней

    После 25 дней напряженной борьбы с огнем в американском штате Калифорния, пожары в Лос-Анджелесе, в частности в районах Пасифик-Палисейдс и Итон, наконец взяты под контроль.

    Об этом сообщил Департамент лесного хозяйства и противопожарной защиты Калифорнии.

    Пожары, начавшиеся 7 января, уничтожили более 37 тыс. гектаров земли – 23 тыс. в Палисейдс и 14 тыс. в Итоне. Более 16 тыс. строений были повреждены или полностью разрушены. 29 человек погибли – 12 в Палисейдс и 17 в Итоне.

    Экономические потери от этих пожаров, по прогнозам, превысят 250 млрд долларов. Это бедствие также затронуло европейские перестраховочные компании. Некоторые из крупнейших в мире, такие как Swiss Re, Munich Re, Hannover Re и SCOR, ожидают убытки в размере от 50 до 220 млн евро.

    По предварительным данным, причиной пожаров в Калифорнии стала сухая и очень ветреная погода.

  • Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı

    ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanvarın 7-də başlayan Poliseyds və İton yanğınları 25 gün sonra nəzarət altına alınıb.

    Median.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Kaliforniya Meşə və Yanğından Mühafizə Departamentindən məlumat verilib.

    Məlumata görə, yanğın Poliseydsdə 23 000, İtonda isə 14 000 hektar ərazini külə çevirib, ümumi olaraq 16 000-dən çox tikili yararsız hala düşüb. Yanğınlar zamanı Poliseydsdə 12, İtonda 17 nəfər olmaqla ümumilikdə 29 nəfər həyatını itirib. İqtisadi itkilərin isə 250 milyard dolları keçəcəyi gözlənilir. Hadisə maliyyə baxımından Avropadakı təkrarsığorta şirkətlərini də vurub.

    Dünyanın ən böyük təkrarsığorta şirkətləri arasında yer alan “Swiss Re” 160 milyon avro, “Munich Re” 220 milyon avro, “Hannover Re” 180 milyon avro və “SCOR” 50 milyon avro məbləğində zərər görə bilər.