Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda “26 Fevral. Xocalı soyqırımı” sözləri yer alıb.

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun “Qalatasaray”ı məhkəməyə verəcəyi bildirilir.
Median.Az “Haber Global”a istinadən xəbər verir ki, “Qalatasaray”ın “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo ilə bağlı açıqlamasından sonra onun cəbhəsi də hərəkətə keçib.
“Haber Global”ın idman direktoru Sercan Hamzaoğlunun məlumatına görə, “Qalatasaray” klubunun açıqlamasından sonra “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo vəkilləri ilə görüşüb.
Mourinyo “Qalatasaray”ı məhkəməyə vermək qərarına gəlib.
“Qalatasaray” Joze Mourinyonun ehtiyat oyunçular skamyasına “meymun kimi tullanır” deməsinin ardından irqçilik ittihamı ilə prokurorluğa cinayət işi açılacağını açıqlayıb.
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Median.Az Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Bəhruz Nuriyev küçəsində yerləşən binalardan birində qeydə alınıb.
Məlumata görə, Rahib İsmayılov eyni evdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla mübahisə edib. Bir müddət sonra mübahisənin bitməsinə baxmayaraq, R.İsmayılov həmin şəxslərə yatdıqları yerdə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
“Hadisə gecə saatlarında olub. Təxminən 4-ə qalmış mühafizəçi zəng edib dedi ki, bıçaqlanma hadisəsi baş verib. Eşitdiyimə görə, mübahisə qab yumaq üstündə düşüb. Polis əməkdaşlarından öyrəndim ki, həmin şəxs əvvəllər də bıçaqlanma hadisəsinə görə 7 il həbsdə olublar”, – deyə binanın komendantı Nemət Babayev deyib.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən R.İsmayılov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətraflı süjetdə:
Polşa Rusiya aviasiyasının müşahidə olunan fəallığı ilə əlaqədar hərbi təyyarələri havaya qaldırıb.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi ilə əlaqədar Polşa hava məkanında hərbi aviasiya fəaliyyətə başlayıb.
Qeyd olunub ki, Polşa ordusu yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat sistemlərini də hazır vəziyyətə gətirib.
Polşa Silahlı Qüvvələri bu tədbiri sonuncu dəfə fevralın 1-də tətbiq edib.
///report
Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu qayda rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.
Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.
Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.
Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiya ödənilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir.
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 (üç) misli məbləğində birdəfəlik ödəniş verilir.
Birdəfəlik ödəniş yaşadığı inzibati ərazi vahidini dəyişən rotasiya olunana yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
Bu Qaydanın 3.1-ci bəndinə uyğun ödənilən birdəfəlik ödəniş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir.
Bu Qaydaya uyğun olaraq kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.
Bu Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir.
Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.
Taekvondoçuların Olimpiya Oyunlarına lisenziya qazanmaq qaydaları dəyişdirilib.
Bunu Dünya Taekvondo Federasiyasının Mətbuat Xidməti açıqlayıb.
Qurum Olimpiya reytinq xallarının hesablanması qaydasını dəyişib. Reytinq əvvəlki kimi 4 illik dövrü deyil, “Paris-2024″dən sonra hər biri 2 ili əhatə edən iki mərhələdən ibarət olacaq. Bu dəyişiklik Beynəlxalq Olimpiya Komitəsinin (BOK) daha ədalətli və dinamik sıralama sisteminin yaradılması ilə bağlı tövsiyələrinə uyğunlaşdırılıb.
Yeni sistemə əsasən, reytinq xalları hər il 50% azalacaq. Bu xallar hər iki illik tsiklin sonunda sıfırlanacaq.
Birinci mərhələ 2024-cü ilin iyulundan 2026-cı ilin iyununa qədər, ikinci mərhələ isə 2026-cı ilin iyulundan 2028-ci ilin iyununa qədər olan dövrü əhatə edir.
Taekvondoçu 2024-cü ilin oktyabrında 40 xal qazanarsa, həmin xallar 2024-cü ilin noyabr ayının reytinqində əks olunacaq. Bir il sonra – 2025-ci ilin noyabrında 50% azalaraq 20 xala bərabər sayılacaq.
2026-cı ilin iyulunda ikinci mərhələ başladıqda əvvəlki xallar silinəcək. 2025-ci ilin oktyabrında əldə edilən reytinq xalları da 2026-cı ilin iyununa qədər qüvvədə qalacaq.
Birinci mərhələdə qazanılan xalları ikinci dövrdə Qran-pri yarışlarında sıralamanı müəyyən etmək üçün istifadə olunacaq. Bir sözlə, ilk mərhələdəki qazanc növbəti dövrdə Qran-pri turnirlərində vəsiqə qazanmaq və DÇ-yə qatılmaq üçün əhəmiyyət daşıyır.
İkinci mərhələdəki reytinq xalları Olimpiya vəsiqələrini müəyyən edəcək. 2028-ci ilin yanvarında dərc olunan Olimpiya reytinqlərinə əsasən hər çəki kateqoriyasında ilk beş yeri tutan idmançılar “Los-Anceles-2028″ə birbaşa vəsiqə qazanacaqlar. Olimpiya sıralamaları isə 2028-ci ilin iyun reytinqinə əsasən müəyyənləşəcək.
Bununla belə, eyni ölkədən ikidən çox idmançı ilk üçlüyü başa vurarsa, Qran-pri Seriyasının yeri ən yüksək reytinqli idmançıya, qalan yerlər isə başqa ölkənin növbəti ən yüksək reytinqli idmançısına veriləcək.
“Böyük dəbilqə” seriyasının çempionunun da Olimpiyaya vəsiqə alması meyarları dəyişib. Əvvəlki illərdə burada 1-ci yeri tutan idmançı Olimpiya reytinqində də ilk “beşliy”ə daxil olsaydı, lisenziya növbəti ən yüksək reytinqli taekvondoçuya verilirdi. Yeni sistemə əsasən, bu yer “Böyük dəbilqə”də 2-ci olan idmançıya veriləcək. Əgər 2-ci olan idmançı da “beşlik”də yer alıbsa, həmin yer Olimpiya reytinqində növbəti ən yüksək yeri tutan idmançıya veriləcək.
Qeyd edək ki, digər lisenziyalar Olimpiya Təsnifat Turnirlərində sahiblərini tapacaq.
Hava daşımalarında baqaja və yükə vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.
Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydası, Azərbaycan Respublikasının daxili daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja və ya yükə görə daşıyıcının məsuliyyət həddi müəyyənləşib.
Qərara əsasən, hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına, habelə əmlakına vurulmuş zərərə görə daşıyıcının məsuliyyəti və məsuliyyətinin həddi Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Daşıyıcı hava gəmisinin bortunda minmə və ya düşürülmə əməliyyatları zamanı sərnişinin həyat və sağlamlığına vurulan zərərə görə qanunvericilik çərçivəsində məsuliyyət daşıyır.
Sərnişinin ölümü və ya sağlamlıq vəziyyətinin pisləşməsi onun hər hansı xəstəliyindən irəli gəldikdə daşıyıcı buna görə heç bir məsuliyyət daşımır.
Daşıyıcı zərərin qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü və ya belə tədbirlərin görülməsinin qeyri-mümkün olduğunu sübut edə bilməzsə, baqajın və ya yükün hava daşımalarına qəbul edildikdən sonra sərnişinə, yükalana və ya onların baqajı və ya yükü qəbul etmək səlahiyyəti verdiyi şəxslərə təhvil verilməzdən əvvəl itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır. İtirilmə, əskik gəlmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin bortunda və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər baqajın keyfiyyət və ya qüsurundan irəli gələn nəticədirsə, daşıyıcı məsuliyyət daşımır. Qeydiyyata alınmamış baqaja, o cümlədən şəxsi əşyalara münasibətdə, daşıyıcı o halda məsuliyyət daşıyır ki, zərər onun və ya onun əməkdaşlarının, yaxud nümayəndələrinin səhvi ucbatından vurulmuş olsun. Daşıyıcı qeydiyyata alınmış baqajın itirildiyini təsdiq edərsə və ya qeydiyyata alınmış baqaj çatmalı olduğu tarixdən etibarən 21 (iyirmi bir) gündən sonra çatmayıbsa, sərnişinin daşıyıcıya münasibətdə daşıma müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsinə icazə verilir.
Baqajın və yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı onların həqiqi dəyəri miqdarında, lakin bu Qaydalarda qeyd edilən normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş həddən artıq olmamaqla məsuliyyət daşıyır.
Baqajın və yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı aşağıdakı qaydada kompensasiya ödəyir:
– hava daşımalarına qəbul edilən dəyəri bəyan edilmiş baqajın, yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə – onların bəyan edilmiş dəyəri məbləğində;
– hava daşımalarına qəbul edilən dəyəri bəyan edilməmiş baqajın, yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsinə görə – 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiya ilə müəyyən edilmiş xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Xüsusi borcalma hüququnun məbləği itirilmənin, əskik gəlmənin və zədələnmənin aşkar edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır.
Daşıyıcı sərnişinlərin, baqajın və ya yükün hava ilə daşınması zamanı gecikmə (ləngimə) nəticəsində baş vermiş bütün zərərə görə məsuliyyət daşıyır. Lakin daşıyıcı özünün və ya əməkdaşlarının, yaxud agentlərinin zərərdən qurtarmaq üçün bütün mümkün, məntiqə uyğun zəruri tədbirləri gördüklərini, yaxud onun və ya onların belə tədbirləri görmək imkanının olmadığını sübut edərsə, ləngimə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır.
Daşıyıcı gecikmənin qarşısıalınmaz qüvvə (fors-major), hava gəmisində sərnişinlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan nasazlığın aradan qaldırılması və ya daşıyıcının iradəsindən asılı olmayan digər hallar nəticəsində baş verdiyini sübut edərsə, gecikmə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır. Daşıyıcı yükə dəymiş zərərin həmin zərərə görə kompensasiya tələb edən şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin diqqətsizliyi, yanlış hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulduğunu sübut edərsə, bu halda daşıyıcı dəymiş zərər həcmində kompensasiya tələb edən şəxs qarşısında məsuliyyətdən tam və yaxud qismən azad olunur.
Daşıyıcı onun təqsiri olmadan, yaxud onun nəzarəti altında olmayan səbəbdən (o cümlədən təbii fəlakət, meteoroloji şərait, qanunsuz müdaxilə aktı, dövlət orqanlarının qərarları, daşıyıcının təsir göstərə bilmədiyi digər fors-major vəziyyətlər) baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir.
Daşıyıcı baqajın itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıda sadalanan hallardan birinin və ya bir neçəsinin nəticəsində baş verdiyini sübut edərsə məsuliyyət daşımır:
– baqajı təhvil verən və ya alan şəxsin təqsiri;
– daşınan əşyaların təbii xüsusiyyətləri;
– baqaj qəbul edilərkən aparılan vizual (zahiri) yoxlama zamanı bağlamanın nəzərə çarpmayan (cızıqlar, xırda batıqlar və zədələr, həmçinin baqajın
funksionallığına təsir etməyən digər xırda zədələr) nöqsanları;
– baqajda olan, daşıma və saxlama zamanı xüsusi şərait və ya ehtiyat tədbirləri tələb edən əşyaların və ya maddələrin əsas xüsusiyyətləri;
– kövrək və tezsınan əşyaların, həmçinin pul, zinət əşyalarının, qiymətli metalların, qiymətli kağızların, dərman vasitələrinın, xidməti sənədlərin və qeydiyyata alınmış baqaj qismində qəbul olunmayan digər əşyaların zədələnməsinə görə.
Daşıyıcı yükün itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıda sadalanan hallardan biri və ya bir neçəsinin nəticəsində baş verdiyini sübut edərsə məsuliyyət daşımır:
– yükə xas olan nöqsan, keyfiyyət və ya qüsur;
– yükün daşıyıcıdan, onun əməkdaşlarından və ya nümayəndələrindən fərqli şəxs tərəfindən qeyri-düzgün qablaşdırılması;
– müharibə aktı və ya silahlı münaqişə;
– yükün göndərilməsi, çatdırılması və ya tranziti ilə bağlı dövlət hakimiyyəti orqanının aktları.
Daşıyıcı yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsi halında baş vermiş zərərə görə zərərə səbəb olmuş hadisə yükün təhvil alındığı andan təhvil verildiyi anadək keçən zaman müddətində baş verdikdə məsuliyyət daşıyır.
Yükgöndərən daşıyıcıya, gömrük, sərhəd və digər xidmətlərə təqdim edilən məlumatların (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və daşımaların həyata keçirilməsini tənzimləyən digər normativ hüquqi aktlarla müəyyən olunan tələblər) düzgünlüyünə və tamlığına, eləcə də verdiyi yanlış və ya natamam məlumatlara görə daşıyıcıya və ya onun məsuliyyət daşıdığı şəxsinə dəymiş zərərə görə məsuliyyət daşıyır.
Daşıyıcı Mülki Məcəlləsi və (və ya) beynəlxalq müqavilələri ilə müəyyən edilmiş hədlərlə müqayisədə özünün məsuliyyət hədlərini artırmaq məqsədilə sərnişinlər, yükgöndərənlər və ya yükalanlarlamüqavilələr bağlamaq hüququna malikdir.