Month: February 2025

  • “Trabzonspor”dan “Qalatasaray” və “Fənərbağça” ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ

    “Trabzonspor” “Fənərbağça” və “Qalatasaray”la oynayacaqları matçları Slavko Vinçiçin idarə etməsini istədiklərini açıqlayıb.

    Median.Az “Ntvspor”a istinadən xəbər verir ki, klub rəsmiləri ədalətli oyun prinsipləri üçün Slavko Vinçiçin idarəçiliyini tələb ediblər.

    “Biz ədalət üçün bərabərlik istəyirik!

    Futbolun ədalətini qorumaq, rəqabətin bərabər və ədalətli şəraitdə həyata keçirilməsini təmin etmək, idmanın ruhuna uyğun olaraq meydanda səylərin mükafatlandırılmasını təmin etmək, bütün maraqlı tərəflərin ümumi məsuliyyətidir.

    Bu çərçivədə kritik matçların nəticəsinə birbaşa təsir edə biləcək səhvlərin qarşısını almaq üçün “Fənərbağça” ilə səfər matçlarında və “Qalatasaray”la ev matçlarında təcrübəli və ən əsası ədalətli idarəçilik nümayiş etdirəcəyinə inandığımız Slavko Vinçiçin idarəçiliyini tələb edirik.

    Türkiyə Futbol Federasiyasını futbolun ədalətli idarə olunması üçün lazımi addımları atmağa və bu kritik qarşılaşmaların idmanın ruhuna uyğun idarə olunması üçün məsuliyyət daşımağa dəvət edirik”, – deyə “qaradənizlilər”in bəyanatında deyilir.

  • Стало известно о состоянии подорвавшегося на мине в Ходжалинском районе

    Лечение Наги Иманова, подорвавшегося на мине 21 февраля 2025 года в селе Улубаба Ходжалинского района, продолжается в хирургическом отделении, его состояние оценивается как стабильное.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что Наги Новруз оглу Иманов (1963 г.р.) был госпитализирован 21 февраля в 20:40 в отделение неотложной медицинской помощи Бардинской центральной районной больницы.

    “У него диагностировали взрывную травму, травматическую ампутацию 1/3 правой голени и постгеморрагический шок тяжелой степени”, – говорится в информации.

    Отметим, что Н.Иманов является военнослужащим запаса Вооруженных сил.

  • Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı

    “Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində minaya düşən Nağı İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Qeyd edilib ki, 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov fevralın 21-də saat 20:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “Ona partlayış travması, sağ baldırın aşağı üçdəbirinin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib”.

    Qeyd edək ki, N.İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış hərbçisidir.

  • Завтра некоторые улицы и проспекты Баку будут закрыты

    В связи с 33-й годовщиной Ходжалинского геноцида на некоторых улицах и проспектах будут введены ограничения на движение транспорта.

    Об этом сообщили в Управлении государственной дорожной полиции города Баку.

    Так, ограничение вводится для обеспечения комфортного, бесперебойного и безопасного передвижения лиц, чтущих память жертв трагедии.

    “26 февраля с 08:00 и до окончания церемонии будет изменено направление движения автомобилей на улицах Мехди Мехдизаде, Аяза Исмайылова, Сулеймана Везирова и Иззета Оруджова, которые пересекаются, соединяются и параллельны проспекту Ходжалы.

    В этом направлении рекомендуется как можно меньше пользоваться личными автомобилями и отдавать предпочтение общественному транспорту”, – говорится в информации.

  • Sabah Bakının bir prospekti və bəzi küçələri BAĞLI OLACAQ

    Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

    Bildirilib ki hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

    “Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

    Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – deyə müraciətdə qeyd olunub.

  • Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı

    Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb.

    Həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Из-за снежной погоды пострадали около 400 человек

    На сегодняшний день в Республиканский центр экстренной и неотложной медицинской помощи обратились 292 человека (135 женщин и 157 мужчин), пострадавшие из-за снежной погоды.

    В ответ на запрос Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что из них 269 человек были госпитализированы с различными травмами в соответствующие лечебные учреждения.

    “Из обратившихся 23 была оказана помощь на месте”, – говорится в сообщении.

  • Qaralı havada 400-ə yaxın şəxs xəsarət alıb

    Qarlı hava şəraiti ilə əlaqədar indiyə kimi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 135-i qadın, 157-si kişi olmaqla, 292 nəfərin müraciəti qeydə alınıb.

    Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.

    “Onlardan 269 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 23 nəfərə yerində yardım olunub”, – deyə məlumatda bildirilir.

  • В ОЗА раскритиковали главу МИД Армении за оправдание военных преступников

    Община Западного Азербайджана (ОЗА) осудила высказывания министра иностранных дел Армении Арарата Мирзояна, пытавшегося оправдать находящихся под судом в Азербайджане военных преступников.

    В заявлении ОЗА отмечается, что в своей речи на заседании высокого уровня 56-й сессии Совета ООН по правам человека, прошедшем 24 февраля, Мирзоян сделал заявления, противоречащие концепции прав человека и мешающие усилиям по восстановлению мира в регионе.

    В общине подчеркнули, что попытка главы МИД Армении поставить под сомнение справедливый суд над виновными в Ходжалинском геноциде, особенно в его годовщину, является неуважением к памяти жертв трагедии 25-26 февраля 1992 года.

    “Первостепенной обязанностью Армении в области прав человека должно быть обеспечение мирного, безопасного и достойного возвращения западных азербайджанцев, насильно изгнанных из своих родных краев”, – говорится в заявлении.

    ОЗА требует от правительства Армении прекратить неконструктивную политику, создать условия для возвращения азербайджанцев, подвергшихся этнической чистке, и предпринять реальные шаги для достижения мира.

  • Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib

    Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup erməni hərbi cinayətkarına haqq qazandıran fikirlərinə münasibət bildirib.

    İcma bu barədə bəyanat yayıb.

    “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 24-də BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasındakı çıxışında, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirib.

    A.Mirzoyanın ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir.

    A.Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi öz ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

    Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal etmiş və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdur. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə edilir. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir.

    Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil. Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edirik, – deyə bəyanatda bildirilib.