Три человека погибли, еще пять пострадали в результате обрушения строящейся автомагистрали в Южной Корее.
Об этом сообщило агентство Yonhap.
Инцидент произошел в городе Чхонан. Другие подробности произошедшего пока не приводятся.
Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева принимает участие в IV Эр-Риядском международном гуманитарном форуме, который начал свою работу 24 февраля.
Как передает АЗЕРТАДЖ, Лейла Алиева, представленная на мероприятии по приглашению руководителя Центра спасения и гуманитарной деятельности имени короля Салмана (ЦСГД) Абдуллы ар-Рабии, выступила на панели “Глобальное гуманитарное волонтерство: перспективы и цели”, где рассказала о гуманитарных проектах, реализуемых Фондом Гейдара Алиева в Азербайджане и других странах.
Лейла Алиева подчеркнула глобальное значение вопросов повестки дня форума и заявила, что в результате успешной политики, проводимой после восстановления независимости Азербайджана, из государства, получающего гуманитарную помощь, оно превратилось в государство-донор. Она отметила, что Фонд Гейдара Алиева как крупнейшая неправительственная организация региона с 2004 года осуществляет масштабные гуманитарные проекты. Подчеркнув деятельность фонда по ряду направлений, Лейла Алиева заявила, что проекты в области образования, здравоохранения и социальной сферы охватывают международный уровень, эта деятельность высоко ценится организациями и странами-партнерами.
Вице-президент Фонда Гейдара Алиева отметила, что Азербайджан имеет успешную модель волонтерской деятельности и добавила важность развития волонтерских программ в решении существующих гуманитарных проблем.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də işinə başlayan 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiənin dəvəti ilə Forumda təmsil olunan Leyla Əliyeva “Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər” adlı paneldə çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə məlumat verib.
Ər-Riyad şəhərində iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanın himayəsi altında, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda münaqişələr zamanı humanitar diplomatiya, fövqəladə hallarda media və kommunikasiya strategiyası, süni intellektin humanitar yardım fəaliyyətində rolu, beynəlxalq hüquq çərçivəsində humanitar yardım sahəsində mövcud problemlər və gələcək imkanlar müzakirə edilir.
Leyla Əliyeva forumun gündəliyindəki məsələlərin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra aparılan uğurlu siyasət nəticəsində humanitar yardım alan dövlətdən donor dövlətə çevrildiyini bildirib. Heydər Əliyev Fondunun regionun nəhəng qeyri-hökumət təşkilatı kimi 2004-cü ildən genişmiqyaslı humanitar layihələr həyata keçirdiyini qeyd edib. Fondun bir sıra istiqamətlərdə fəaliyyətini önə çəkən Leyla Əliyeva təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Leyla Əliyeva müasir dünyada iqlim dəyişiklikləri kimi böhrana diqqət çəkərək ətraf mühitin və təbiətin qorunması istiqamətində, eləcə də aclığın aradan qaldırılması kimi problemlə üzləşən ölkələrə yardım sahəsində güclərin səfərbər olmasının vacibliyini vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, fevralın 24-25-də keçirilən forumda bir sıra ölkələrin yüksək səviyyəli rəsmiləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Uşaq Fondu və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, donor təşkilatlar, beynəlxalq ekspertlər və tədqiqatçılar təmsil olunur.
Сегодня на зеленых полях Европы пройдет ряд интересных футбольных матчей.
В турецкой Суперлиге “Антальяспор” примет “Бешикташ”, “Кыркларелиспор” – “Коджаэлиспор”, а “Сивасспор” – “Бодрумспор”. Все три матча начнутся в 16:00 (здесь и далее – по бакинскому времени).
В Английской Премьер-лиге “Брайтон” встретится с “Борнмутом”, “Кристал Пэлас” – с “Астон Виллой”, а “Вулверхэмптон Уондерерс” – с “Фулхэмом”. Начало всех игр – в 23:30. Матч “Челси” – “Саутгемптон” состоится в 00:15.
В итальянской Серии А “Интер” примет на своем поле “Лацио”. Стартовый свисток матча прозвучит в полночь.
В испанской Ла Лиге мадридский “Атлетико” станет гостем “Барселоны”. Встреча начнется в 00:30.
25 февраля
Турецкая Суперлига
16:00 “Антальяспор” – “Бешикташ”
16:00 “Кыркларелиспор” – “Коджаэлиспор”
16:00, “Сивасспор” – “Бодрумспор”
Английская Премьер-Лига
23:30 “Брайтон” – “Борнмут”
23:30 “Кристал Пэлас” – “Астон Вилла”
23:30 “Вулверхэмптон Уондерерс” – “Фулхэм”
26 февраля
Испанская Ла Лига
00:30 “Барселона” – “Атлетико”
Английская Премьер-Лига
00:15 “Челси” – “Саутгемптон”
Италия Серия А
00:00 “Интер” – “Лацио”.
Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
Median.Az xəbər verir ki, Türkiyə Kuboku “Antalyaspor” “Beşiktaş”ı, “Kırklarelispor” “Kocaelispor”u, “Sivasspor” isə “Bodrumspor”u qəbul edəcək. Hər üç görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
İngiltərə Premyer Liqasında “Brayton” “Bornemut” ilə, “Kristal Palas” “Aston Villa” ilə, “Vulverhempton” isə “Fulhem” ilə üz-üzə gələcək. Hər üç görüş 23:30-da başlayacaq. “Çelsi” “Sauthempton” matçı isə gecə yarısı 00:15-də start götürəcək.
İtaliya A seriyasında “İnter” doğma meydanda “Latsio”nu qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə gecə yarısı səsləndiriləcək.
İspaniya La Liqasında isə əzəli rəqiblər üz-üzə gələcək. “Atletiko Madrid” səfərdə “Barselona”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 00:30-da keçiriləcək.
25 fevral
Türkiyə Kuboku
Saat 16:00, “Antalyaspor” – “Beşiktaş”;
Saat 16:00, “Kırklarelispor” – “Kocaelispor”;
Saat 16:00, “Sivasspor” – “Bodrumspor”.
İngiltərə Premyer Liqası
Saat 23:30, “Brayton” – “Bornemut”;
Saat 23:30, “Kristal Palas” – “Aston Villa”;
Saat 23:30, “Vulverhempton” – “Fulhem”.
26 fevral
İspaniya La Liqası
Saat 00:30, “Barselona” – “Atletiko Madrid”.
İngiltərə Premyer Liqası
Saat 00:15, “Çelsi” – “Sauthempton”.
İtaliya A seriyası
Saat 00:00, “İnter” – “Latsio”.
В большинстве случаев симптом холодных конечностей является следствием прохладной температуры и недостатка физической активности, но он также может свидетельствовать и о серьезных проблемах со здоровьем.
Как передает Median.Az, об этом 24 февраля предупредила врач-кардиолог, функциональный диагност “СМ-Клиника”, к.м.н. Ирина Поляева в беседе с gazeta.ru.
“Сниженный уровень гемоглобина (анемия) в крови также вызывает холодные руки и ноги за счет недостаточного кровоснабжения тканей кислородом. Кроме того, одной из главных причин холодных конечностей является недостаточное кровообращение. Это может происходить из-за сужения сосудов, вызванного, например, атеросклерозом, при котором на стенках артерий накапливается холестерин. Если кровь не может свободно циркулировать к конечностям, они могут ощущаться холодными”, – сказала она.
Некоторые заболевания нервной системы, такие как синдром Рейно, могут вызывать спазмы кровеносных сосудов и приводить к недостатку кровоснабжения организма. Во время таких процессов люди обычно замечают у себя изменение цвета кожи, а также ощущение легкого покалывания.
Əksər hallarda soyuq ətrafların simptomu sərin temperatur və fiziki aktivliyin olmaması ilə əlaqələndirilir, lakin bu, eyni zamanda ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər.
Median.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardioloq-həkimi, funksional diaqnost, tibb elmləri namizədi İrina Polyayeva “Gazeta.Ru” ilə söhbətində xəbərdarlıq edib.
Onun sözlərinə görə, qanda hemoqlobin səviyyəsinin aşağı olması (anemiya) da əllərin və ayaqların soyuq olmasına səbəb olur, çünki toxumalar kifayət qədər oksigenlə təmin olunmur.
“Bundan əlavə, soyuq ətrafların əsas səbəblərindən biri qeyri-kafi qan dövranıdır. Bu, məsələn, ateroskleroz səbəbindən damarların daralması ilə baş verə bilər ki, bu zaman arteriya divarlarında xolesterin toplanır. Əgər qan ətraflara sərbəst şəkildə dolaşa bilmirsə, onlar soyuq hiss oluna bilər”, – deyə o bildirib.
Mütəxəssis bəzi sinir sistemi xəstəlikləri, məsələn, Reyno sindromunun qan damarlarında spazmalara səbəb ola biləcəyini və orqanizmin qan təchizatını azalda biləcəyi barədə xəbərdarlıq edib.
“Belə proseslər zamanı insanlar adətən dərilərinin rənginin dəyişdiyini, eləcə də yüngül sancma hissi keçirdiklərini müşahidə edirlər. Qalxanabənzər vəzin qeyri-kafi fəaliyyəti (hipotireoz) maddələr mübadiləsini ləngidə bilər ki, bu da bədən temperaturunun azalmasına və ətrafların soyuq olmasına gətirib çıxarır. Bu vəziyyətdə yorğunluq, çəki artımı və dərinin quruması kimi digər simptomlar da müşahidə oluna bilər. Şəkərli diabet xəstələrində isə diabetik neyropatiya – sinirlərin zədələnməsi inkişaf edə bilər ki, bu da qan dövranını pisləşdirir və ətraflarda soyuqluq hissi yaradır”, – deyə kardioloq qeyd edib.
O, ətraflarda tez-tez soyuqluq hissi yaranarsa, diaqnostika üçün mütəxəssisə müraciət etməyi tövsiyə edib.
“Qısa müddətli tədbir kimi qan dövranını yaxşılaşdırmaq üçün məşqlər tövsiyə oluna bilər. Bundan əlavə, isti geyim və corab geyinmək, otaqda rahat temperatur saxlamaq da kömək edər. Unutmayın ki, soyuq əllər və ayaqlar təkcə xoşagəlməz simptom deyil, həm də daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu vəziyyəti laqeyd qoymayın və özünüzü diqqətlə izləyin”, – deyə İrina Polyayeva məsləhət görüb.
//oxu.az
В Пираллахинском районе Баку возник пожар в двухэтажном деревянном жилом здании общей площадью 3 500 кв.м.
Об этом Median.Az сообщает со ссылкой на пресс-службу Министерства по чрезвычайным ситуациям (МЧС).
Согласно информации, на горячую линию 112 ведомства поступил вызов о пожаре в здании, расположенном по улице Самеда Вургуна в Пираллахинском районе Баку. На место происшествия были немедленно направлены силы Государственной службы пожарной охраны и Службы спасения особого риска МЧС.
Во время пожара сгорели легковоспламеняющиеся конструкции кровли здания на площади 300 кв.м, конструкции трехкомнатной квартиры общей площадью 100 кв.м на втором этаже, а также конструкции кухни на площади 40 кв.м. другой трехкомнатной квартиры общей площадью 80 кв.м.
Большая часть здания и другие квартиры были защищены от огня.
Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3500 kvadratmetr olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Binanın böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.