Month: February 2025

  • Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı

    “Avropa İttifaqı ölkələrinin Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək kimi ümumi istəyi yoxdur”.

    Median.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

    “Vahid mövqe olmalıdır, lakin bizdə hazırda belə bir mövqe yoxdur”, – o bildirib.

    Kallasın fikrincə, müsadirə edilmiş Rusiya aktivləri Ukraynanın ehtiyaclarına yönəlməlidir.

    Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə milli vəsaitlərin müsadirəsini oğurluq adlandırıb.

  • Доктор Мясников раскрыл эффективный способ борьбы с болью в горле

    Врач общей практики и телеведущий Александр Мясников в эфире программы “О самом главном” на канале “Россия 1” раскрыл эффективный способ борьбы с болью в горле.

    Об этом сообщает Median.Az со ссылкой на lenta.ru.

    Доктор посоветовал тем, кто столкнулся с сильной болью в горле, полоскать его раствором лизиновой соли кетопрофена. По словам Мясникова, это средство начинает действовать быстро и избавляет от неприятного симптома на восемь часов.

    “Еще в поддержку своих слов скажу, что лизиновая соль кетопрофена входит в клинические рекомендации Министерства здравоохранения России для лечения тонзиллита и фарингита”, – добавил он.

    Еще одним средством, которое помогает справиться с болью в горле, Мясников назвал бензидамин. При этом, как уточнил врач, им надо полоскать чаще, чем лизиновой солью кетопрофена, потому что он действует всего два часа.

  • Boğaz ağrısından xilas edən effektiv üsul açıqlandı

    “Boğazda güclü ağrı hiss edənlərə ketoprofenin lizin duzu məhlulu ilə qarqara etmək məsləhətdir”.

    Median.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı praktik həkim və teleaparıcı Aleksandr Myasnikov boğaz ağrısı ilə mübarizənin effektiv üsulunu açıqlayarkən deyib.

    Onun sözlərinə görə, bu vasitə tez təsir göstərir və xoşagəlməz simptomdan səkkiz saat ərzində xilas edir.

    Boğaz ağrısı ilə mübarizədə kömək edən digər vasitə kimi Myasnikov benzidamini qeyd edib. Lakin həkim vurğulayıb ki, bu vasitə ilə ketoprofenin lizin duzuna nisbətən daha tez-tez qarqara etmək lazımdır, çünki onun təsiri cəmi iki saat davam edir.

  • В Индонезии крокодил утащил 10-летнего ребенка: тело до сих пор не найдено

    В индонезийской провинции Западный Калимантан четырехметровый крокодил напал на десятилетнего мальчика.

    Об этом сообщает CBS News.

    По информации источника, несчастный случай произошел, когда ребенок прыгнул в реку. По словам начальника местной полиции Рахматула Исани Фахри, друг мальчика стал свидетелем того, как крокодил вынырнул и разорвал тело жертвы, после чего утащил его под воду.

    Отец пропавшего мальчика сразу же начал поиски, используя скоростной катер, к поискам вскоре присоединились спасатели. Тем не менее, тело ребенка до сих пор не удалось найти.

    Отмечается, что за последние две недели в этой деревне крокодилы уже дважды нападали на детей. В начале февраля одна из рептилий утащила шестилетнего Кристана Рикардо на глазах у его дяди. Ребенка искали семь дней, но найти останки пока не удалось.

  • İndoneziyada timsah 10 yaşlı uşağı suyun altına apardı: Tapılmır

    İndoneziyanın Qərbi Kalimantan əyalətində uzunluğu dörd metr olan timsah 10 yaşlı oğlan uşağına hücum edib.

    Bədbəxt hadisə uşaq çaya tullananda baş verib.

    Timsah suyun üzünə çıxaraq qurbanının cəsədini parçalayıb, sonra isə onu suyun altına aparıb.

    Uşağın atası və xilasedicilər dərhal axtarışa başlayıblar, lakin cəhdləri heç bir nəticə verməyib.
    //oxu.az

  • Sevda Ələkbərzadə atasının həbsə düşməsindən DANIŞDI – FOTO / VİDEO

    Əməkdar artist Sevda Ələkbərzadə atasının həbsə düşməsindən danışıb.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, sənətçinin sözlərinə görə, atasının 17 nəfər yalançı şahidləri olub:

    “Atamın həbsə düşməyi bizim üçün stresli idi, uşaq idik. Mənim atamı şərləyib həbs edərkən babamın 40 mərasimi çıxmamışdı, nənəm isə artıq bir övladını itirmişdi. Atamın operatoru var idi, evimizə girib-çıxırdı. Atam həbsdən çıxarkən onun qarşısında diz çökdü və üzr istədi”, – deyə sənətçi bildirib.

    Həmin görüntüləri təqdim edirik:

  • В Сумгайыте юноша совершил опасный маневр: ГДП призывает соблюдать правила дорожного движения (ВИДЕО)

    В последнее время участились случаи, когда молодые люди, схватившись за заднюю часть общественного транспорта, особенно автобусов, скользят по дороге. Такие действия представляют серьезную угрозу для жизни и могут привести к дорожно-транспортным происшествиям (ДТП).

    Об этом заявили в Главном управлении Государственной дорожной полиции (ГУГДП).

    В ведомстве подчеркнули, что подобное поведение не только подвергает опасности самих нарушителей, но и создает риск аварийных ситуаций, отвлекая водителей.

    “Кроме того, это является нарушением правил дорожного движения. Главное управление ГДП призывает всех участников дорожного движения, особенно родителей, предупреждать своих детей о недопустимости таких действий. Соблюдение правил дорожного движения необходимо для общей безопасности!” – говорится в заявлении.

    * * * * *

    В Сумгайыте юноша ради развлечения совершил опасный маневр.

    Соответствующие кадры распространились в социальных сетях.

    Так, он схватился за заднюю часть находящегося в движении пассажирского автобуса и стал скользить по обледенелой дороге.

    Представляем данные кадры:

  • Sumqayıtda gənc buzlanmış yolda təhlükə yaratdı – DYP çağırış etdi (VİDEO)

    “Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Bildiririk ki, bu cür hərəkətlər insan həyatına ciddi təhlükə yaradır və qəza halları ilə nəticələnə bilər”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

    Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər:

    “Eyni zmanada bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!”

    * * * * *

    Sumqayıtda bir gənc əyləncə üçün buzlanmış yolda təhlükəli manevrlər edib.

    Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

    Belə ki, o, hərəkətdə olan sərnişin avtobusunun arxasından tutaraq sürüşüb.

    Həmin görüntüləri təqdim edirik:

  • Yolların buz bağlaması bazarların işinə necə təsir edib? – VİDEO

    Bir neçə gündür davam edən qarlı, şaxtalı hava bazarlara da təsirsiz ötüşməyib. Satan çox, alan isə əvvəlki həftələrlə müqayisədə azdır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların bəziləri şaxtalı, çovğunlu havanın qiymətlərə az da olsa, təsir etdiyini bildirirlər. Kimisi məhsulu Bakı kəndlərindən, kimisi isə bölgələrdən gətirdiyini deyir.

    Bazara, əsasən, bölgələrdən gətirilən ağartı məhsullarının qiyməti dəyişməyib. Onların sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar hazırda alıcı qıtlığı yaşandığından məhsulları elə piştaxtada qalıb.

    “8-ci kilometr” bazarında Şəmkir və Gədəbəy kartofunun kiloqramı 1 manata satılır. Digər bölgələrdən gətirilən eyni məhsul 80-90 qəpikdən təklif olunur. Ağdam soğanının 1 kiloqramı 80 qəpik – 1 manat, badımcan 1 manat 70 qəpik, düyünün 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Kənd toyuğunun qiyməti 7-8 manatdır. Ətin qiyməti isə dəyişməyib.

    Satıcılar havalar isinəndən sonra bazarlarda əvvəlki aktivliyin müşahidə olunacağını bildirirlər.

    Ətraflı süjetdə:

  • Qarlı havaya görə ziyan dəymiş avtomobillərin sayı AÇIQLANDI

    Bu il fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub.

    Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1 496 müraciət daxil olub. Bu müraciətlərin 1 257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti Bakıda qeydə alınıb.

    ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1 496 hadisədən 1 010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.

    “Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur”, – Assosiasiyadan əlavə edilib.