Month: February 2025

  • Президент Азербайджана поздравил эмира Кувейта

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо эмиру Государства Кувейт Шейху Мишаалю аль-Ахмеду аль-Джаберу ас-Сабаху.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    Рад от своего имени и от имени народа Азербайджана передать Вам и в Вашем лице всему Вашему народу сердечные поздравления и наилучшие пожелания по случаю 25 Февраля – национального праздника Государства Кувейт.

    Мы придаем особое значение азербайджано-кувейтским межгосударственным отношениям. Нас радует динамика развития наших дружеских отношений и сотрудничества, основанных на добрых традициях. Высокий уровень политических связей играет важную роль в наполнении новым содержанием нашего взаимодействия во всех сферах. Отдельно хотел бы подчеркнуть наше тесное сотрудничество в рамках международных организаций.

    Уверен, что благодаря совместным усилиям сотрудничество между нашими странами будет и впредь развиваться и крепнуть как в двустороннем, так и в многостороннем порядке в интересах двух народов.

    В столь знаменательный день желаю Вам долгих лет жизни, крепкого здоровья, успехов в делах, дружественному народу Кувейта – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Küveyt əmrinə təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan dostluq münasibətlərimizin və əməkdaşlığımızın inkişaf dinamikası bizi sevindirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı ayrıca vurğulamaq istərdim.

    Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram”

  • Heydər Əliyev prospektində yolun bir hissəsi çökdü

    Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

    İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.

    Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.

    Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.

    Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.

  • Bakıda 16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ

    22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo” həmin spirtin hansı marka olduğunu müəyyən edib.

    Əldə edilən məlumata görə, bu, “Starlyuks” əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir. O da məlum olub ki, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsulun apteklərə satışı əldən həyata keçirilir.

    Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

    Sabunçu rayonu ərazisində, konkret “Sabunçu bazarı” deyilən yerdə yerləşən apteklərdə ən çox satışı həyata keçirilən texniki spirt isə “Starlyuks”dur. Hansı ki, bunu ən çox alanlar tüfeyli həyat tərzi sürənlərdir. Həmin şəxslər bu spirtə su qataraq onu qəbul edirlər. Baxmayaraq ki, üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunub.

    Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.

    Xatırladaq ki, Sabunçudan sonra eyni səbəbdən daha bir nəfərin – Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb. Məlumata görə, A.Akşurin dostunun evində spirt qəbul edib. Bununla da, son 3 gündə bu məhsulu içərək ölənlərin sayı 16-ya çatıb.

  • Sabiq bələdiyyə sədrinin oğluna məxsus fabirikin 300 min borcu var

    “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb.

    Qaynarinfo-nun məlumatına görə, sözügedən fabrikin 3 saylı Ərazi Vergilər İdarəsinə 292.157,21 AZN vergi borcu yaranıb.

    Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan fabrikin direktoru Bəhram Əliyev Elxan oğludur.

    Xatırladaq ki, Bəhram Əliyev 10 il əvvəl “Mercedes” markalı maşınla 45 yaşlı şəhər sakini İmran Vaqif oğlu Əliyevi vuraraq öldürmüşdü. O, Quba bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur.

  • Prezident: Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik

    Biz bu gün (Pakistanın Baş naziri ilə – red.) müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes forumunda deyib.
    “Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, biz digər sahələrdə də çox böyük potensial görürük.

  • “Mançester Yunayted” pula qənaət etmək üçün stadion işçilərinin yeməyini kəsdi

    “Mançester Yunayted” rəhbərliyi stadionun işçilərinin yeməkxanasını bağlamaq qərarına gəlib.

    Median.Az bu barədə “The Guardian”a istinadən xəbər verir.

    Mənbənin sözlərinə görə, “Old Trafford” işçiləri üçün pulsuz nahar iş günü ərzində meyvə paylanması ilə əvəz olunacaq. Yeməkxana bu həftənin sonuna qədər tamamilə bağlanacaq.

  • İşə qəbul vaxtı sınaq müddəti nədir və kimlərə şamil edilmir?

    Bir çox müəssisədə işçi işə götürülmədən əvvəl işə nə qədər yararlı olduğunu, şirkət daxili tələblərə uyğun olub-olmadığını yoxlamaq üçün müəyyən sınaq müddəti təyin olunur. Bu, müəssisə rəhbərinin verdiyi qərara əsasən, bir həftə, on gün və ya bir ay olur. Lakin işçilərin sınaq müddəti ilə bağlı qaydalar Əmək Məcəlləsinə uyğun tənzimlənməlidir.

    Valyuta.az işçilərin sınaq müddəti ilə bağlı Əmək Məcəlləsinə uyğun tənzimlənməli olan qaydaları təqdim edir:

    – Əmək Məcəlləsinin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

    – Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. – Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Əmək Məcəlləsində sınaq müddəti müəyyən edilməyən hallar da göstərilib. Əmək müqaviləsi bağlanılarkən aşağıdakı şərtlərə əsasən sınaq müddəti müəyyənləşdirilə bilməz:

    – yaşı 18-dən az olan şəxslərlə;

    – müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

    – hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

    – təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

    – iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə; tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. [92] İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi isə aşağıdakı qaydalarla tənzimlənir:

    – Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

    – Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

    – Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

    – Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

  • Qarlı hava bu avtomobillərə tələbatı artırdı – Cüzi bahalaşma var

    Əlverişsiz hava şəraiti bəzi avtomobillərə marağı artırıb.

    Qar səbəbindən 4 çəkən avtomobillərin qiymətində cüzi, müvəqqəti artım müşahidə olunub.

    Qarlı havada əsasən yolsuzluq avtomobillərinin (SUV), tam ötürücülü (4×4 və ya AWD) nəqliyyat vasitələrinin və pikapların qiyməti artır və tələbat çoxalır. Bu tip maşınlar qarlı və sürüşkən yollarda daha yaxşı idarəolunma və təhlükəsizlik təmin etdiyi üçün insanlar onları daha çox almağa və ya icarəyə götürməyə meyilli olur.

    Qarlı və sürüşkən hava şəraitində aşağı mühərrikli maşınlara tələb adətən azalır. Bunun əsas səbəbi onların gücünün və çəkiş qabiliyyətinin qış şəraitində yetərli olmamasıdır. Xüsusilə, ön ötürücülü və mühərrik həcmi kiçik olan avtomobillər dik və sürüşkən yollarda problemlərlə qarşılaşa bilər.

    Qış şərtlərinə uyğun olan xüsusi təchizatlı avtomobillər, məsələn, qış təkərləri və qızdırılan sistemləri olan sedan və hetçbek modelləri də müəyyən qədər daha çox tələb görür. Xüsusilə soyuq iqlimi olan bölgələrdə qış aylarında bu cür avtomobillərin qiymətində artım müşahidə edilir.

    Qeyd edək ki, ölkədə havaların sadəcə 1,2 gün qarlı keçdiyinizi nəzərə alsaq bu bahalaşma müvəqqəti xarakter daşıyır.
    //milli.az

  • Xarici vətəndaş Azərbaycanda qurduğu şirkəti bağladığını elan etdi

    “H-A-H Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir.

    Valyuta.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 89, mənzil 18 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, nizamnamə kapitalı 50 min manat olan şirkət bu ilin fevral ayında dövlət qeydiyyatına alınıb.

    Qanuni təmsilçisi Khan Sadakat Alıdır.