Month: February 2025

  • Necə tez və effektli qərar verək? – Oxunmalı kitablar

    İşə qəbul vakansiyalarında ən çox olunan tələblərdən biri də tez və effektiv qərar qəbul etmə bacarığının olmasıdır. Fikir versək, güclü liderlərin çoxunda bu bacarıq var. Maraqlıdır, bu bacarıq iş həyatımıza necə təsir edir? Effektiv və cəld qərar verməyi necə bacaraq?

    Valyuta.az sizin üçün qərar vermə bacarığının iş həyatımıza təsirini, tez və effektiv qərar vermək yollarını araşdırdı.

    Qərar vermək iş həyatında müvəffəqiyyət üçün çox əhəmiyyətlidir. İş yerində verilən qərarlar həm təşkilatın ümumi iş performansını, həm də fərdi işçilərin motivasiyasına və məhsuldarlığına təsir edir. Demək ki, iş həyatında daha uğurlu olmaq üçün tez və effektiv qərar qəbul etməyi bacarmaq lazımdır. Qərarların tez verilməsi bəs etmir, eyni zamanda düzgün qərar vermək lazım olur. Çünki tez və düzgün verilən qərar məhsuldarlığın effektini artırır, işin daha sürətli və səmərəli aparılmasına kömək edir. İşçilər qərarları tez qəbul etdikdə, layihələr daha sürətli irəliləyir və iş yeri daha məhsuldar olur.

    Düzgün qərar vermək liderlərin imkanlarını genişləndirir

    Tez qərar vermə bacarığı liderlərin dəyişən bazar şərtlərinə və yeni imkanlara sürətlə uyğunlaşmalarını təmin edir. Bu, şirkətlərin bazar lideri olmasına və yeni imkanlardan yararlanmasına kömək edir. Beləliklə, qərar vermə prosesində doğru seçimlər etmək, riskləri əvvəlcədən görə bilmək və onlara qarşı hazırlıqlı olmaq işin gələcəyini təhlükəsiz edir. Düzgün qərar verən lideri olan işçilərin daha çox motivasiya olmasına səbəb olur. Çünki işçilər liderlərin qərarları açıq və səmərəli qəbul etdiyini görürlər, bu da onların işə olan bağlılığını artırır. Təsirsiz qərarlar isə gələcəkdə böyük problemlərə yol aça bilər.

    Necə tez və effektiv qərar verə bilərik?

    Tez və effektli qərar vermək üçün əvvəlcə hansı məsələnin daha vacib olduğunu müəyyənləşdirmək lazımdır. Prioritetləri təyin edərək daha sürətli qərar qəbul etmək olar. Hər bir qərarın işin hədəfləri ilə nə dərəcədə əlaqəli olduğunu müəyyənləşdirmək vacibdir. Qərar qəbul edərkən məqsədyönlü yanaşın. Hədəfləri müəyyən edin və qərarları bu hədəflərə uyğun olaraq qəbul edin. Çoxsaylı seçimlər arasında ən az riskli olanı tez seçmək ən doğrusudur. Tez qərar vermək üçünsə doğru məlumatlara sürətli şəkildə çatmaq ən əhəmiyyətli məlumatları toplayaraq sürətlə təhlil etmək və yalnız əsas məlumatları seçmək düzgün məlumatları seçmək lazımdır.

    Təşviş yanlış qərarlar gətirir

    Bəzi insanlar qərar qəbul edərkən təşvişə düşürlər. Bu isə düzgün qərar verməyi gecikdirə, ya da səhv qərar verməyə səbəb ola bilər. Lakin emosional vəziyyətə hakim olmaq vacibdir. Öz emosiyalarınızı idarə etməyi öyrənin, bu, daha soyuqqanlı qərarlar verməyə kömək edəcəkdir. Təzyiq altında olsa da, soyuqqanlı qalmağa çalışın və uzun müddətli nəticələri nəzərə alaraq qərar verin. Bəzi qərarlar təkbaşına vermək yerinə, komanda ilə müzakirə etmək daha doğru ola bilər. Çoxsaylı fikir və yanaşmalar, ən yaxşı qərarı tapmağa kömək edə bilər. Qərar vermə bacarığını təkmilləşdirmək üçün təcrübənizdən istifadə edin. Hər səhv, gələcəkdə daha sürətli və düzgün qərar qəbul etməyə kömək edəcəkdir.

    Kitablar effektli qərar verməyə kömək edir

    Tez və effektli qərar vermək üçün yazılmış bəzi kitablar var. Həmin kitabları oxuyaraq gələckdə daha tez və düzgün qərar verə bilən liderlərdən ola bilərsiniz. Məsələn, ” Daniel Kahnemanın yazdığı “Thinking, Fast and Slow” kitabında insanların sürətli qərar vermə bacarığının zəif tərəfləri və necə yaxşılaşdırılacağı barədə geniş müzakirə aparılır. Rolf Dobellinin “The Art of Thinking Clearly” kitabı insanların qərar vermə zamanı qarşılaşdıqları ümumi təhrifləri və səhvləri izah edir. Kitab qərar vermə bacarığını inkişaf etdirmək istəyənlər üçün çox faydalıdır. Chip Heath, Dan Heathın “Decisive: How to Make Better Choices in Life and Work” kitabı qərar vermə prosesini daha yaxşı idarə etməyin yolları və insanların qarşılaşdığı qərar zəifliklərini aradan qaldırmaq üçün praktiki yanaşmalar təqdim edir.

  • Avtomobillərə etibarnamələrin verilməsində yenilik

    Azərbaycanda bir neçə notariat xidməti “mygov” rəqəmsal hökumət platformasına inteqrasiya edilib.

    Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

    Məlumata görə, vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:

    Nəqliyyatdan istifadə etibarnaməsi:

    Nəqliyyatdan istifadə etibarnaməsi bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini idarə etmək və ümumilikdə ondan istifadə etmək hüququnu verməsini nəzərdə tutur.
    Vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnaməni üçüncü şəxslərə video təsdiqləmə prosesi ilə rəqəmsal qaydada verə bilərlər. Bu xidmətin istifadəsi zamanı avtomobil məlumatlarının daxil edilməsi, hər iki tərəfin əlaqə məlumatlarının təqdim edilməsi, video vasitəsilə təsdiqlənmə və ödənişin edilməsi tələb olunur.

    Nəqliyyata sərəncam etibarnaməsi:

    Bu etibarnamə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (satma, bağışlama, ipoteka və s.) kimi səlahiyyətləri digər şəxsə ötürməyə imkan verir. İstifadəçilər “Nəqliyyata sərəncam etibarnaməsi” xidməti vasitəsilə nəqliyyat vasitələrinə aid xüsusi səlahiyyətlər təyin edərək etibarnamə verə bilərlər. Proses avtomobil məlumatlarının daxil edilməsini, xüsusi səlahiyyətlərin seçilməsi, video təsdiqlənmə və ödənişin edilməsini əhatə edir.

    Qurumlarda təmsilçilik etibarnaməsi:

    Bu xidmət istifadəçilərə müxtəlif qurumlarda özlərini təmsil etmək üçün başqalarına etibarnamə verməyə imkan verir. Prosesdə təmsilçinin məlumatlarının təqdim edilməsi, təmsil olunacaq qurumların seçilməsi, video vasitəsilə təsdiqlənmə və ödəniş mərhələləri mövcuddur. Bu, vətəndaşların müxtəlif qurumlar qarşısında nümayəndəlik hüquqlarını təhlükəsiz şəkildə başqasına həvalə etməsini təmin edir.

    Etibarnamələrə xitam:

    “mygov” platforması üzərindən istifadəçilər əvvəlki etibarnamələrini rəqəmsal qaydada ləğv edə bilərlər. Bu xidmət xüsusi etibarnamənin seçilməsi, hüquqi izahatlarla tanışlıq, video təsdiqlənmə və ödəniş edilməsini əhatə edir. Bu, istifadəçilərə əvvəlki etibarnamələrinin statusuna tam nəzarət imkanı yaradır.

    Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən artıq “mygov” platformasından istifadə edərək də yararlana bilərlər.

  • Azərbaycan yumurtanı hansı ölkələrə və neçəyə satır? – Siyahı

    Ötən il Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 880,5 min dollar olan 83 milyon 880 min ədəd yumurta ixrac edilib.

    Yumurta ixracı 3 ölkəyə – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İraqa olub.

    Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 8,2 sent (13,9 qəpik) olub.

    Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə yumurta ixracı 2 dəfəyə yaxın artıb. Belə ki, 2023-cü ildə Azərbaycan xaricə 3 milyon 395 min dollar dəyərində 48 milyon 544,6 min ədəd yumurta ixrac edib. Bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 17% az – 7 sent (11,9 qəpik) olub.

    Onu da bildirək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətə ixrac edilib:

    Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə);
    Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə);
    İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).

    ©yeniavaz

  • Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər

    Son 5 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.

    Dünyanın ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də (“Qlobal Süd Məhsulları Ticarəti”) 18 fevral tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 378 dollar (1 kq 7,4 dollar və ya 12,6 manat) olub.

    Qeyd edək ki, 5 ay əvvəl – oktyabr ayının əvvəlində bu göstərici 6 407 dollar (1 kq 6,4 dollar və ya 10,9 manat) olub. Rəqəmlərdən də göründüyü kimi son 5 ay ərzində kərə yağının qiyməti təxminən 15,6% artıb.

    Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağına olan tələbatı daxili istehsal hesabına təmin edə bilmir. İl ərzində Azərbaycanda təxminən 45 min ton kərə yağından istifadə olunur və bunun 18 min tonu (40%-i) xaricdən idxal edilir. Bu səbəbdən xarici bazarlarda kərə yağının qiymətinin artması daxili bazarda qiymətlərə təsir edir. Son 5 ayda xaricdən idxal edilən kərə yağının marketlərdəki orta pərakəndə satış qiyməti 21 manatdan 22,6 manata yüksəlib.
    //valyuta.az

  • Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 10 mart və 1 aprel tarixləri isə iş günləri olacaq. Bəs altıgünlük iş həftəsində çalışan işçilər üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək? “vergiler.az”ın sualına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.

    Altıgünlük iş həftəsində istirahət günlərinin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarla 2025-ci ilin istehsalat təqviminə əsasən, iş və istirahət günlərinin tarixləri müəyyən olunub. Qərarın 1 nömrəli əlavəsində 2025-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərinin tarixləri açıqlanıb.

    Kollegiyanın qərarına əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.

    Beləliklə, altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

    Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);

    Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).

  • Soyuq günlərdə qaz sərfiyyatını azaltmaq üçün nə etmək lazımdır?

    Soyuq havalarda evlərdə istilik sistemlərinin daha intensiv işləməsi qaz sərfiyyatını artırır.

    Qış aylarında qazın çox istifadə olunması həm ailə büdcəsinə, həm də enerji sərfiyyatına mənfi təsir göstərir. Ancaq bəzi sadə tədbirlər alaraq, qaz sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

    Mütəxəssislər soyuq günlərdə qaz sərfini minimuma endirmək üçün aşağıdakı qaydalara əməl etməyinizi tövsiyyə edirlər:

    – Soyuq havalarda ən çox qaz itkiləri pəncərə və qapılardan baş verir. Hava sızmaları istiliyin ətraf mühitə yayılmasına səbəb olur və istilik sistemini daha çox işlədir. Bunun qarşısını almaq üçün pəncərələrə termoizolyasiya lentləri və ya pəncərə rezinləri tətbiq etmək, həmçinin qapı altlarına sızdırmaz bantlar yerləşdirmək lazımdır. Bu sadə tədbirlər, evin istiliyini qorumağa kömək edəcək.

    – Evdə istilik sisteminin düzgün işləməsi qaz sərfiyyatını birbaşa təsir edir. Hər il, xüsusən qışa hazırlıq dövründə, kombi və digər istilik cihazlarını texniki xidmətə vermək vacibdir. Həmçinin, radiatörlərin üzərində toplanan toz və kirləri təmizləmək lazımdır ki, istilik daha effektiv şəkildə yayılsın.

    – Evin istiliyini hər zaman çox yüksək saxlamaq, qaz sərfini artırır. Yatarkən və ya evdə olmadığı zamanlarda istilik sistemini 2-3 dərəcə aşağı salmaq, həm də rahatlığınızı pozmadan qazı azaltmaq üçün faydalıdır. İdeal olaraq, evin temperaturu gündüz saatlarında 20-21°C, gecə isə 17-18°C arasında olmalıdır.

    – Bəzi evlərdə istilik yalnız müəyyən sahələrdə daha çox hiss olunur. Bu halda, istilik cihazlarının qarşısını kəsən mebel və pərdələr istiliyin yayılmasını maneə törədir. Radiatörləri və kombini ən yaxşı şəkildə istifadə etmək üçün mebelin yerləşdirilməsinə diqqət etməlisiniz.

    – Termostat istifadə edərək, evin temperaturunu avtomatik şəkildə tənzimləmək mümkündür. Termostat, evin temperaturu müəyyən bir həddə çatdıqda istilik cihazlarını söndürür və yenidən lazım olduqda aktivləşdirir. Bu, istilik sisteminin dayanıqlı işləməsini təmin edir və qaz sərfiyyatını optimallaşdırır.

    – Soyuq havalarda pəncərə və qapıların üzərinə əlavə olaraq qalın pərdələr asmaq, həm istiliyin evdə qalmasına kömək edir, həm də qaz sərfiyyatını azaldır. Pərdələr gecə saatlarında istiliyi qorumağa və gündüz saatlarında isə gün işığından istifadə edərək əlavə istilik təmin etməyə kömək edəcək.

    – Yalnız müəyyən otaqları isidmək, evin digər hissələrində soyuqluğa səbəb olur və bu, qaz sərfiyyatını artırır. Evin hər bir hissəsinin bərabər şəkildə istilənməsini təmin etmək, istilik sisteminin daha effektiv işləməsinə kömək edəcək. Əlavə olaraq, daha böyük otaqları istiləndirmək üçün fanlardan istifadə edə bilərsiniz.

    – Ev və iş yerində qazlı cihazlardan (peç, su qızdırıcıları, pirotexniki cihazlar və s.) istifadə etməyi minimuma endirmək də qaz sərfiyyatını azaldır. Bu cihazları yalnız ehtiyac olduqda istifadə etmək, daha səmərəli enerji istifadəsinə səbəb olacaq.

    – Evin damında, divarlarında və döşəmələrində izolyasiya tədbirləri görmək, istilik itkilərinin qarşısını almağa kömək edir. İzolyasiya təbəqəsi əlavə edərək, evin istiliyini uzun müddət qorumaq mümkündür, bu da qaz sərfini azaldır.
    //valyuta.az

  • Kimlər pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər? – AÇIQLAMA

    Vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl, öz pensiya kapitallarının bir hissəsindən istifadə edə biləcəklər. Bununla bağlı Milli Məclisin komitə iclasında müzakirələr aparılır.

    Millət vəkili Vüqar Bayramov deyir ki, mövcud qaydalara görə, vətəndaşlar pensiya kapitalından yalnız pensiya yaşına çatan zaman istifadə edə bilirlər. Ancaq təklif olunur ki, pensiya kapitalının bir hissəsini vətəndaşlar səhiyə, təhsil və digər zəruri xərclərinə yönəldə bilsinlər. Bu imkanları özündə ehtiva edən təklif layihəsi milli məclisdə hazırda müzakirə edilir.

    Millət vəkilinin sözlərinə görə, bu mexanizm pensiya kapitalından səmərəli şəkildə istifadəyə gətirib çıxaracaq. Vətəndaşların pensiya kapitalına və yığımlara marağını artıracaq. Rəsmi iş yerləri və əməkhaqları da real göstəriləcək

    Vüqar Bayramov deyir ki, mövcud qaydalara görə, vətəndaşlar pensiya kapitalından yalnız bildirib ki, bu istiqamətdə imkanının yaradılması kapitalın istifadəsində səmərəlilik baxımından vacib amildir.

    Daha ətraflı videomaterialı təqdim edirik:

  • Yeni “iPhone”ların qiyməti artacaq

    iPhone 17 seriyasının 2025-ci ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

    Phone Arena xəbər verir ki, insayderlər premium və əsas modellərin daha bahalaşacağını bildirirlər.

    İT sektorunda dəqiq maliyyə proqnozları ilə tanınan Bank of America analitiki Vamsi Mohanın sözlərinə görə, Apple Trampın tariflərini kompensasiya etmək üçün iPhone qiymətlərini 9 faiz artıracaq. Ace şirkəti artıq noutbukların qiymətində 10 faiz artım elan edib.

    Analitik qeyd edib ki, “iPhone”ların 85 faizi Çində, digər 15 faizi isə Hindistanda istehsal olunur. ABŞ hökumətinin məhdudiyyətlərinə görə, Apple ya bu xərcləri öz üzərinə götürməli, ya da müştərilərə ötürməli olacaq. Birinci halda, Mohan şirkətin hər səhmə görə 26 sent zərər görəcəyini proqnozlaşdırır.

    Apple Trampın tariflərini müştərilərə ötürsə, ən ucuz iPhone 17 799 dollar əvəzinə 870 dollara başa gələ bilər, iPhone 17 Pro isə sələfindən təxminən 100 dollar baha olmaqla 1089 dollardan başlayacaq. iPhone 16e-nin əsassız yüksək qiymətinin iPhone 17-nin bahalaşmasının səbəblərindən biri olduğu bildirilir.

    Apple 2017-ci ildə “iPhone”un Pro versiyaları üçün “standart” qiyməti 999 dollar səviyyəsində müəyyən edib və hələ də ona riayət edir. Baza “iPhone”ların qiyməti sonuncu dəfə 2020-ci ildə iPhone 12-nin buraxıldığı zaman yenidən işlənib.

    Bütün iPhone 17 modellərinin 24MP ön kamera və 120Hz ekran alacağı gözlənilir. Apple gələcək modellərin dizaynında da əsaslı dəyişikliklər edəcək.

    Apple seriyadakı Plus modelini əvəz edəcək “iPhone 17 Air”i də hazırlayır. Cihazın cəmi 5,5 millimetr qalınlığında olduğu deyilir və bu, “Apple”ın indiyə qədərki ən nazik telefonudur.
    //lent.az

  • Bayramdan sonra qiymətlər necə dəyişəcək? – Hava yağışlı olsa…

    Bazar iqtisadiyyatına təsir edən amillərdən biri də bayramlardır. Bayramdan əvvəl bir çox sahələrdə yaxşı alış-veriş olur, qiymətlər qalxır. Bəs bayramdan sonra iqtisadiyyatda nə baş verir?

    İqtisadçı ekspert Rauf Qarayev Valyuta.az bildirdi ki, bayramdan əvvəl təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə əlverişli mühit yarandığına görə sahibkarlar bundan istifadə etməyə çalışırlar: “İstifadə etmə metodları müxtəlifdir. Bəzi sahibkarlar qiymətləri qaldırır, bəziləri qiyməti aşağı salır. Ümumi götürsək, qiymət artımına getmək xüsusiyyətini bütün sahibkarlara aid etmək olmaz. Bildiyiniz kimi bayramlardan əvvəl bir çox kampaniyalar keçirilir və qiyməti yüksək olan məhsulların qiyməti aşağı salınır, xüsusi endirimlər edilir”

    Bayramdan sonra qiymət enməsi o məhsullarda baş verir ki…

    İqtisadçı deyir ki, bayramdan sonrakı müddətdə sahibkarların bir qismi qiymətlərin qaldırılmasını həyata keçirdikdən sonra qiymətlər enə bilər: “Bəzi gündəlik tələbat mallarında qiymət qalxmış vəziyyətdə qala və ya enə bilər. Əsasən kənd təsərrüfatı məhsullarının qiymətində enmə ehtimalı çox olur. Çünki kənd təsərrüfatı məhsulları mövsümdən asılı olaraq bol və yaxud da kəskin sürətdə azalır. Bu məhsulların qiyməti əsasən hava şəraitindən asılı olur. Hava sərt olanda yığım çətinləşir və qiymət baha olur, hava quraq olanda da su çatışmazlığı yaranır qiymət qalxır. Bu kimi hallarda bayramdan sonra qiymətlərin bahalaşma və yaxud enmə məsələsi kənd təsərrüfatı mallarına təsir edir. Digər ölkələrdən gətirilən gündəlik tələbat mallarında isə çox vaxt enmə olmur, nadir hallarda qiymət enməsi baş verə bilər. Bu da dünya bazarında həmin məhsulun qiyməti enərsə, baş verir. Amma elektronika, paltar kimi mallarda qiymət enməsi və ya qalxmasında müxtəlif səbəblər olur. Məsələn, geyim mallarında yeni mövsümün başlanması ilə, elektron mallarda yeni və fərqli, müasir malların gətirilməsi səbəbindən qiymət dəyişikliyi baş verir”.

    Sahibkarların məqsədləri müxtəlif olduğu üçün qiymət artımı siyasəti də müxtəlif olur

    R.Qarayev düşünür ki, əsasən gündəlik tələbat məhsullarına yönəlmiş sahibkarlar daha çox qiymət artımından istifadə edirlər: “Gündəlik tələbat malları hər kəs üçün lazımlıdır. Ona görə də endirim kampaniyaları az hallarda olur. Bəzi kənd təsərrüfatı məhsulları var ki, onların qiyməti artır və sonra enmə müşahidə olunur. Bu da onu göstərir ki, qiymətlərin qalxması və enməsi burada süni şəkildə həyata keçirilir. Buna nəzarət mexanizmi mövcuddur, bu kimi halların qarşısını almaq üçün qurum var. Bəzi sahibkarlar kütləvi süni qiymət artımı edərək, vətəndaşlarda narazılıq yaradır və bu da dövlət siyasətinə ziyan vurur. Məcburi halda qiymət artımına gedən sahibkarlar da var ki, bu halları nəzərə almaq və güzəştlərin olunmasına baxmaq lazımdır. Bu da süni qiymət artımının qarşısını alacaq bir addımdır”.

  • Moskvada ilk pilotsuz tramvay istifadəyə verilir

    2025-ci ilin payızında Moskvada, Rusiyada ilk dəfə olaraq müntəzəm sərnişin daşımalarını həyata keçirəcək pilotsuz tramvay istifadəyə veriləcək.

    Bu barədə Moskva merinin nəqliyyat və sənaye məsələləri üzrə müavini Maksim Liksutov rəsmi “Telegram” kanalında məlumat verib.

    Bildirilib ki, tramvay tamamilə pilotsuz rejimdə, paytaxtın Stroqino rayonunda fəaliyyət göstərən 10 nömrəli marşrut xətti üzrə hərəkət edəcək. Bununla belə, kabinədə və ya salonda reysi müşahidə etmək və digər vəzifələri yerinə yetirmək üçün bir nəzarətçi olacaq.

    “Bu, unikal bir layihədir. İndiyədək dünyanın heç bir şəhərində bu tip nəqliyyat vasitəsi ilə müntəzəm sərnişin daşımaları təşkil edilməyib”, – deyə Liksutov əlavə edib.

    Bundan əvvəl Moskva metrosunun sxemi ərəb və çin dillərinə tərcümə olunmuşdu. Xarici turistlər üçün nəzərdə tutulan çap olunmuş broşüraları “Jivoye obşeniye” informasiya köşklərindən əldə etmək mümkündür.
    //valyuta.az