Month: February 2025

  • Кабинет министров утвердил порядок сертификации услуг в сфере воздушного движения

    Кабинет министров утвердил “Правила сертификации поставщиков услуг воздушного движения, а также организаций, участвующих в проектировании, производстве или техническом обслуживании систем, их составных частей”.

    В связи с этим премьер-министр Азербайджана Али Асадов подписал новое постановление.

    Согласно постановлению, документ разработан в соответствии с законом “Об авиации”.

    Контроль за выполнением требований постановления осуществляет государственное агентство гражданской авиации Министерства цифрового развития и транспорта.

    Сертификация состоит из следующих этапов и проводится в течение 90 дней:

    – этап перед подачей заявки;

    – апелляция и предварительная оценка;

    – проверка документов;

    – оценка инструментов, услуг и оборудования поставщика услуг;

    – выдача или отказ в выдаче сертификата соответствия.

  • Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib

    Nazirlər Kabineti “Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər bu qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir. Qaydada istifadə olunan anlayışlar həmin qanunla, digər normativ hüquqi aktlar və Qaydada nəzərdə tutulmuş digər sənədlərlə müəyyən edilmiş mənaları ifadə edir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

    Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 gün müddətində aparılır:

    – müraciətdən əvvəlki mərhələ;

    – müraciət və ilkin qiymətləndirmə;

    – sənədlərin yoxlanılması;

    – xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;

    – uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.

  • МИД: Заявления Декотиньи свидетельствуют о незаинтересованности Парижа в мире на Южном Кавказе

    Заявления посла Франции в Армении Оливье Декотиньи являются очередным доказательством незаинтересованности Парижа в устойчивом мире в регионе Южного Кавказа.

    Об этом говорится в комментарии пресс-секретаря МИД Азербайджана Айхана Гаджизаде.

    “Декотиньи в очередной раз поставил под сомнение легитимность действий Азербайджана, положивших конец оккупации и сепаратизму на своих суверенных территориях. Он вновь обвинил Азербайджан в оккупации территорий Армении, поддержал милитаризацию этой страны и искаженно интерпретировал решения Международного суда. Кроме того, он выступил в поддержку инициативы Армении о “неполном мире” и сделал ряд других абсурдных заявлений. Все это – очередное доказательство, что Париж искажает реалии и не заинтересован в устойчивом мире в регионе”, – заявил Гаджизаде, комментируя интервью французского дипломата Общественному радио Армении.

    Представитель МИД подчеркнул, что заявления посла раскрывают подлинный характер намерений Парижа и его политики в регионе как во время конфликта, так и в постконфликтный период.

    Гаджизаде отметил, что МИД Франции не в состоянии заставить Декотиньи сосредоточиться на развитии армяно-французских отношений, который вместо этого ведет клеветническую кампанию против Азербайджана. Это провал французской внешней политики, подчеркнул он.

    Представитель МИД также коснулся заявления Декотиньи о том, что мирный договор между Баку и Ереваном должен основываться на принципах Алматинской декларации. “Французский посол тем самым пытается заставить забыть о сохраняющихся территориальных претензиях Армении к Азербайджану и многолетней оккупации азербайджанских территорий. А необоснованные заявления о том, что Азербайджан якобы должен ответить на возвращение четырех сел Газаха, которые 33 года находились под армянской оккупацией, это яркий пример неуважения Парижа к нормам и принципам международного права. Если французская сторона заинтересована в мире и стабильности в регионе, она должна положить конец подобным абсурдным подходам и заявлениям”, – говорится в заявлении Гаджизаде.

  • Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib

    Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin növbəti dəfə Azərbaycan ərazilərinin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi iddialar barədə yerli medianın sualına cavabında deyib.

    O bildirib ki, səfirin Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar sərgiləməsi də bu nümayişin bir parçasıdır:

    “Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir. Səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir”.

    XİN sözçüsü onu da qeyd edib ki, sülh müqaviləsinin Almatı bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir:

    “Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir. Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır”.

  • В Баку из незаконного оборота изъято около 20 кг наркотиков

    В Баку из незаконного оборота изъято около 20 кг наркотиков.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство внутренних дел.

    Всего с начала года сотрудниками полиции на территории Насиминского района Баку выявлен 61 факт незаконного оборота и продажи наркотических средств, изъято почти 20 кг запрещенных веществ. Установлено, что 15 задержанных организовали сбыт наркотиков в отдельных местах на территории района.

    Также был задержан ранее судимый 32-летний Эршад Нагиев. При нем было обнаружено и изъято более 2 кг марихуаны и гашиша, обогащенных психотропными веществами. Задержанный заявил, что приобрел наркотики через гражданина Ирана, с которым познакомился в социальной сети, и намеревался осуществить их продажу.

    По фактам проводятся расследования.

  • Bakıda əməliyyat keçirilib, 20 kiloqram narkotik dövriyyədən çıxarılıb

    Bakının Nəsimi rayonunda əməliyyat keçirilib, 20 kiloqram narkotik dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, rayon ərazisində polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb. Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.

    Həmçinin keçirilən digər əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • МИД Франции осудил нападение на генконсульство РФ в Марселе

    МИД Франции осудил нападение на генконсульство России в Марселе, где произошли взрывы.

    Об этом заявили в пресс-службе ведомства в ответ на запрос ТАСС.

    “Франция осуждает любые посягательства на безопасность дипломатических представительств”, – заявили в МИД.

  • Fransa XİN Rusiya konsulluğuna hücumu pisləyib

    Fransa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumu pisləyib.

    Bu barədə TASS-ın sorğusuna cavab olaraq idarənin mətbuat xidməti məlumat yayıb.

    “Fransa diplomatik nümayəndəliklərin təhlükəsizliyinə hər hansı qəsdi pisləyir”, – XİN-dən bildirib.

    Xatırladaq ki, Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində partlayışlar baş verib.

  • За два года около 100 человек обратились для добровольного донорства органов

    В Азербайджане за последние два года около 100 человек обратились для добровольного донорства органов.

    Об этом заявила председатель правления Координационного центра по донорству органов и трансплантации Егана Аббасова на пресс-конференции.

    По ее словам, несмотря на проводимую разъяснительную работу, число желающих стать донорами остается невысоким.

    Напомним, в истории азербайджанского здравоохранения впервые была проведена трансплантация органов умершего донора. Операции стали первыми такого рода не только в стране, но и на Кавказе.

  • Son iki ildə 100-ə yaxın şəxs könüllü donor olmaq üçün müraciət edib

    Azərbaycanda son iki ildə 100-ə yaxın şəxs könüllü donor olmaq üçün müraciət edib.

    Bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, bu sahədə aparılan təbliğat işlərinə baxmayaraq, son iki ildə cəmi 100-ə yaxın şəxs könüllü donor olmaq üçün müraciət edib.

    Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində orqan donorluğu və transplantasiyası sahəsində ilkə imza atılıb.

    Meyit donorun orqanları transplantasiya edilib. Bu, Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.