Month: February 2025

  • Tərtərdə kənddən silahlar aşkarlanıb

    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 “Kalaşnikov” avtomatı və 5 tüfəng tapılaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • “Formula 1”-ə ayrılan pulların mənimsənilməsi ilə bağlı keçirilən məhkəmə istintaqı yekunlaşıb

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim edib.

    Çingiz Mehdiyevin vəkili deyib ki, zərərçəkmiş kimi tanınan “Formula 1”-in nümayəndələri məhkəmədə iştirak etmir, müəyyən sənədlər tələb edilsə də, təqdim etmirlər:

    “Formula 1-də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmayıb. Xüsusən sərəncam verən şəxslər dindirilmədir. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingiz Mehdiyevin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. İlkin vəsatətimiz qeyd olunan mütəxəssis rəyi ilə bağlıdır. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı sadə səhvlərə yol verilib, Həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik”.

    Dövlət ittihamçısı vəkilin vəsatətinə münasibət bildirərək qeyd edib ki, əgər, gömrük bəyannamələri əsas götürülməyibsə, bununla bağlı sübutlar da təqdim edilməməlidir. İttihamçı məhkəməyə vəsatətin təmin olunmamasını təklif edib.

    Hakim heyəti yerində müşavirə keçirərək vəsatəti təmin etməyib.

    Vəkillər digər vəsatətlərində Hesablama Palatasının Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 2015-2018-ci ildə apardığı audit yoxlamasının nəticələrinin məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş ediblər.

    Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, bu vəsatət əvvəlki proseslərin birində verilib: “Təqdim edilən vəsatətlərdə təkrarçılığa yol verilməməlidir”.

    Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Vəkillər məhkəmə istintaqının yekunlaşdırılması ilə razı olmayıblar. Belə ki, onlar məhkəmə tərkibinə etiraz edəcəklərini deyiblər.

    Məhkəmənin növbəti iclası martın 3-ə təyin olunub.

    Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

    Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
    //report

  • Лавров: РФ готова вести переговоры и с Украиной и с Европой

    Россия готова вести переговоры и с Украиной, и с Европой, но боевые действия будут прекращены только при результате, устраивающем РФ.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил глава МИД РФ Сергей Лавров на пресс-конференции по итогам переговоров с главой МИД Турции Хаканом Фиданом.

    Он подчеркнул, что вариант с “замирением сразу” и прекращением огня по линии соприкосновения без конкретных договоренностей Россия не одобрит.

    “Я могу только нашу позицию подтвердить, потому что она не менялась в отличие от позиции самого персонажа которого вы упомянули, который меняет ее гораздо чаще, чем зеленые майки. Позицию европейских стран тоже трудно понять потому что и у них она достаточно неустойчивая. На этом фоне выделяется позиция США. Она заявлена последовательна, она не призывает просто сразу же замириться, оставить линию соприкосновения, а потом думать, что делать. Мы всегда подчеркивали, что такой вариант нас не устроит”, – сказал Лавров.

  • Lavrov: Rusiya Ukrayna və Avropa ilə danışıqlar aparmağa hazırdır

    Rusiya həm Ukrayna, həm də Avropa ilə danışıqlara aparmağa hazırdır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

    Onun sözlərinə görə, hərbi əməliyyatlar yalnız nəticə Rusiya Federasiyasını qane edəcəyi təqdirdə dayandırılacaq.

    O vurğulayıb ki, Rusiya konkret razılaşmalar olmadan “dərhal barışıq” və təmas xətti boyunca atəşkəs variantını bəyənməyəcək.

  • Завтра в Азербайджане ожидается 25 градусов мороза

    25 февраля в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром в некоторых частях полуострова местами не исключается снег.

    Будет преобладать северо-западный ветер, который днем сменится юго-западным.

    Температура воздуха ночью составит 5-8° мороза, днем – 2-6° тепла. Атмосферное давление – 764 мм ртутного столба, относительная влажность воздуха ночью составит 70-75, днем – 55-65%.

    В большинстве районов Азербайджана осадков не ожидается, однако ночью и вечером в некоторых горных районах выпадет снег. Местами прогнозируется туман. Будет преобладать умеренный западный ветер.

    Температура воздуха ночью составит 4-9° мороза, днем – 1-6° тепла, в горах ночью 13-18, в высокогорных районах – 20-25, днем – 5-10° мороза.

    На дорогах сохранится гололед.

  • Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək

    Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

    Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.

    Yolların buz bağlaması davam edəcək.

  • СМИ: Рядом с консульством РФ в Марселе произошел взрыв

    Взрыв, предположительно, произошел вблизи консульства России в Марселе (Франция).

    Об этом сообщают французские СМИ.

    Пострадавших нет.

    На место происшествия прибыли пожарные и полицейские.

    СМИ отмечают, что неизвестные бросили в сад на территории консульства два сосуда с зажигательной смесью. Рядом с местом происшествия был обнаружен угнанный автомобиль.

  • KİV: Rusiyanın Marseldəki konsulluğu yaxınlığında partlayış olub

    Rusiyanın Marseldəki (Fransa) konsulluğu yaxınlığında partlayışın baş verdiyi ehtimal edilir.

    Bu barədə Fransa mətbuatı məlumat yayıb.

    Hadisə yerinə yanğınsöndürənlər və polis gəlib.

    KİV qeyd edir ki, naməlum şəxslər konsulluğun ərazisindəki bağçaya içərisində yandırıcı qarışıq olan iki butulka atıblar. Hadisə yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb.

  • Sumqayıtda kişi meyiti aşkarlanıb

    Sumqayıt şəhərində kişi meyiti aşkar edilib.

    Hhadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

    1960-cı il təvəllüdlü Elşən Şahmalı oğlu Əkbərovun meyiti küçədə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Səbail” çempionatda 50-ci heç-heçəsini edib

    “Səbail” Azərbaycan çempionatlarında 50-ci heç-heçəsini edib.

    Median.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunda gerçəkləşib.

    228-ci matçına çıxan Bakı klubu “Araz-Naxçıvan”la qolsuz “sülh”ə imza atıb. “Səbail” evdə 27, səfərdə 23 bərabərliyə nail olub.

    Qeyd edək ki, “Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la keçirilən səfər görüşünə təsadüf edib – 0:0.