Month: February 2025

  • В НИИ травматологии и ортопедии из-за снежной погоды обратились 111 человек

    С 23 февраля в Азербайджане 111 человек получили травмы из-за падений.

    Как сообщает Median.Az со ссылкой на Научно-исследовательский институт травматологии и ортопедии Минздрава, у пострадавших зафиксированы переломы, повреждения запястий и предплечий, сильные боли и отеки.

    Восьми пострадавшим потребовалось хирургическое вмешательство.

  • Qarlı havada 111 nəfər yıxılaraq xəsarət alıb

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

  • В 2025 году военнослужащие азербайджанской армии приняли участие в 20 двусторонних и многосторонних учениях

    В 2025 году военнослужащие азербайджанской армии приняли участие в 20 двусторонних и многосторонних учениях.

    Об этом говорилось на заседании коллегии министерства обороны по итогам 2024 года под председательством министра обороны генерал-полковника Закира Гасанова.

    Было подчеркнуто, что благодаря проведению различных видов военных учений и интенсивных занятий по боевой подготовке была еще более повышена боеспособность войск и профессионализм личного состава.

    Отмечается, что в 2024 году было уделено еще больше внимания мобилизационной подготовке, предприняты серьезные шаги по повышению качества мобилизационных резервов. За прошедший год более 10000 привлеченных на сборы военнообязанных различной специализации повысили свои умения и навыки, и были обучены правилам использования принятого на вооружение оружия и техники. Подчеркивалось, что мероприятия в этом направлении будут продолжены и в нынешнем году.

  • Azərbaycan hərbçiləri 2024-cü ildə 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib

    Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib.

    Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında məlumat verilib.

    İclasda müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd edilib.

    Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

  • “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: Niyyətim iş qurmaq idi

    Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    O bildirib ki, işçilərin əmək haqqısının bir qismi nağd verilib, bir qismi isə kart hesabına köçürülüb:

    “İşçilərin bəziləri əmək müqaviləsi olmadan işləyirdi. Ay sonunda bir neçəsini işlə təmin etdim. İşçilərin maaşlarının bir qismi karta köçürdü, qalanını nağd şəkildə verirdim. Bu müəssisəni yaradanda niyyətim dələduzluq olmayıb, iş qurmaq istəyirdim. Hazırda müəssisəni bağlamışam”.

    Məhkəmənin növbəti iclası martın 10-na təyin olunub.

    Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

    Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

    Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

    “Moon Kids” uşaq bağçasının fəaliyyəti dayandırılıb.

  • DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək

    Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov fevralın 28-i saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

    Bu barədə DMX-dən məlumat verilib.

    Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə fevralın 27-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

    Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycanda olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.

  • Азербайджанские боксеры завоевали 9 медалей на турнире Dracula Open

    Представители Азербайджана завоевали 9 медалей на международном турнире среди молодых боксеров Dracula Open в Румынии.

    Об этом Report сообщили в пресс-службе Федерации бокса Азербайджана.

    Сборная Азербайджана завершила соревнования с участием спортсменов из 23 стран с 4 золотыми, 1 серебряной и 4 бронзовыми медалями.

    В составе команды золото завоевали Билалхабаши Назаров (51 кг), Зидан Гумбатов (54 кг), Субхан Бабаев (57 кг) и Магомед Джафаров (+92 кг).

    Хикмет Мамедов (48 кг) завоевал серебро, Багир Амирханлы (60 кг), Аббасгулу Шадлинский (75 кг), Мирджалал Мирагаев (80 кг) и Гусейн Гусейнли (92 кг) – бронзу.

    Сборная Азербайджана заняла второе место в командном зачете.

  • Azərbaycan boksçuları “Drakula Open”də 9 medal qazanıblar

    Rumıniyada gənc boksçular arasında keçirilən “Drakula Open” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri doqquz medal qazanıblar.

    Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc mükafatla başa vurub.

    Komandanın heyətində Bilalhəbaşi Nəzərov (51 kq) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçu birinci yeri tutub.

    Zidan Hümbətov (54 kq) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Sübhan Babayev (57 kq) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

    Məhəmməd Cəfərov (+92 kq) isə final görüşünün taleyini ilk raundda xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn boksçu yığmanın qızıl mükafat sayını 4-ə yüksəldib.

    Digər boksçulardan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıb.

    “Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci olub.

  • TƏBİB: Из-за снежной погоды 179 человек обратились за скорой медицинской помощью

    На сегодняшний день в Республиканский центр скорой и неотложной медицинской помощи из-за снежной погоды обратились 179 человек.

    Об этом в ответ на запрос Report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Согласно информации, 89 обратившихся – женщины, 90 – мужчины.

    “171 обратившийся госпитализирован с различными травмами в соответствующие медицинские учреждения. Восьми гражданам оказана помощь на месте”, – отметили в TƏBİB.

  • Qarlı havaya görə təcili yardıma müraciət edənlərin sayı 179 nəfərə çatıb

    Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə indiyədək 179 nəfər müraciət edib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, müraciət edənlərdən 89-u qadın, 90-ı kişidir:

    “Müraciət edən 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 8 nəfərə isə yerində yardım edilib”.