Month: February 2025

  • Pakistan və Banqladeş yarım əsr sonra əlaqələri bərpa etdilər

    Banqladeş və Pakistan 1971-ci ildə suveren benqal dövlətinin elan edilməsindən sonra kəsilmiş ikitərəfli ticarət əlaqələrini bərpa ediblər.

    Median.Az bu barədə “The Times of India” nəşrinə istinadla xəbər verib.

    İlk gəmi 25 min ton düyü ilə Pakistanın Kasim limanından Banqladeşə yola düşüb. Bu, fevralda Dəkkə və İslamabad arasında Pakistan Ticarət Korporasiyasının kanalları vasitəsilə 50 min ton düyü tədarükü haqqında müqavilənin imzalanmasından sonra baş verib.

    İkinci eyni həcmdəki partiya isə ölkəyə martın əvvəlində tədarük ediləcək.

    Banqladeş və İslamabaddan bildirilib ki, Pakistan düyüsünün ixracının başlaması iki dövlət arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və ticarətin bərpası yolunda müsbət addım olub.

  • “TikTok”da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu

    Abşeronda evlənəcəyi qadının evindən oğurluq edən şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü R.T. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, R.T. “TikTok” sosial şəbəkəsi vasitəsilə A.S. adlı qadınla tanış olub. Onların tanışlığı sevgi münasibətinə çevrilib. A.S. təqsirləndirilən şəxsin onunla evlənəcəyinə inanıb, Xırdalan şəhərində yerləşən evinə dəvət edib.

    R.T. həmin mənzildəki masanın üzərinə qoyulmuş əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, 510 manat dəyərində 300 ABŞ dollarını, yataq otağındakı paltar dolabında olan karton qabın içərisindən bir cüt çəkisi 8,2 qram olan 750 əyarlı, 820 manat dəyərində qızıl sırğanı, bir cüt çəkisi 4,8 qram olan 585 əyarlı, 336 manat dəyərində qızıl sırğanı, bir ədəd çəkisi 1,4 qram olan 585 əyarlı, 168 manat dəyərində qızıl üzüyü, bir ədəd çəkisi 1,3 qram və üzərində 1,2 qram çəkisi olan qızıl kulonla birlikdə 585 əyarlı, 211 manat dəyərində qızıl boyunbağını, bir ədəd çəkisi 1,47 qram olan 585 əyarlı, 102,9 manat və bir ədəd çəkisi 0,7 qram olan 585 əyarlı, 49 manat dəyərində iki ədəd qızıl qolbağı oğurlayıb.

    Təqsirləndirilən şəxs qadının evindən oğurladığı pulları və qızıl əşyalarını girov qoyub götürdüyü pulların bir hissəsini öz ehtiyaclarına, digərini isə internet vasitəsilə oynadığı mərc oyunlarına xərcləyib.

    Məhkəmənin qərarı ilə R.T.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • Rusiya ordusu Xarkovda yeni yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya ordusu Xarkov vilayətinin Topoli yaşayış məntəqəsində nəzarəti ələ keçirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Bildirilir ki, “Qərb” qoşun qruplaşmasının bölmələri sözügedən yaşayış məntəqəsini tutublar:

    “Qərb” qoşun qruplaşmasının bölmələri taktiki vəziyyəti yaxşılaşdıraraq Topoli yaşayış məntəqəsində nəzarəti ələ keçiriblər”.

  • Ağcabədidə sərxoş kişi ünvanı səhv saldı, qadının evinə girdi

    Ağcabədi rayonunda qonşu qadının evinə girən sərxoş kişi həbs edilib.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Murad (adlar şərti verilib – red.) sərxoş vəziyyətdə öz evinin ünvanını səhv salıb və qonşusunun evinə girib. Ev sahibi – Nərminə adlı qadınla aralarında mübahisə yaranıb. Qadın çağırılmamış qonağı evdən qovan zaman əlbəyaxa olublar. Murad ev sahibinə xəsarət yetirib.

    Murad izahatında göstərib ki, zərərçəkmiş şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Evə gələn zaman sərxoş olduğu üçün ünvanı səhv salıb, həmin vaxt Nərminə onu təhqir etdiyi üçün aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Nərminə məni vurmaq istədi. Mən isə onun əlindən çıxaraq qaçdım. Törətdiyim əməldən peşmanam”.

    İş üzrə izahat verən Nərminənin ifadəsinə görə, Murad onun yaşadığı evə gəlib: “Sərxoş olduğu üçün mənə əl-qol atdı. Çölə çıxmaq istədim, məni tutaraq pilləkəndən yerə yıxdı. Şalvarımı və koftamı çıxarmaq istədi. Mən isə onu itələyərək çölə çıxdım və səs-küy saldım. Bundan sonra Murad qaçaraq getdi”.

    Hüquq-mühafizə orqanları tərəfindən Muradın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol yazılıb. İş baxılması üçün rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.

  • Bakı Şəhər İcra Hakimiyyəti son 5 ildə yolların qardan təmizlənməsi üçün aldığı duza nə qədər pul xərcləyib?

    Son günlər ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.

    Avtomobillərin hərəkətinin çətinləşməsindən sonra paytaxtın əsas yollarında sürət həddi endirilib. Eləcə də bütün tablolarda “buzlu yol” işarəsi qoyulub və sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

    Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq hər bir istiqamətdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilib. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrini birləşdirən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülüb.

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) isə kommunal strukturların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpildiyini və bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsinin cəlb edildiyini açıqlayıb.

    İqtisadiyyat.az son beş ildə BŞİH tərəfindən qış mövsümündə yollarda qarın-buzun əridilməsində istifadə üçün nəzərdə tutulan texniki duzdan nə qədər alındığını və buna nə qədər vəsaitin xərcləndiyini araşdırıb.

    Məlum olub ki, son beş ildə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən 15 000 tona yaxın texniki duz alınıb və bu satınalmalara 1,8 milyon manata yaxın vəsait sərf olunub.

    Belə ki, ötən ilin noyabrın 1-də “FƏZA-F” şirkətindən 2 000 ton texniki məqsədli emal edilməmiş xam duz alınıb və qurum bunun müqabilində şirkətə 248 036 manat vəsait ödəyib.

    İdarə 2023-cü ilin avqustun 9-da 2300 ton texniki duzun satın alınmasına görə “FİDAN-TN” şirkətinə 262 199,54 manat ödəniş edib.

    2022-ci ilin avqustun 19-da isə qurum tərəfindən 2300 ton texniki duz sifariş edilib və sifarişi çatdıran “FƏZA-F” şirkətinə 298 702,84 manat ödənilib.

    Sanitariya və Texniki Təmizlik İdarəsi 2020 və 2021-ci illərdə 4 dəfə texniki duz sifariş edib.

    Belə ki, İdarə 2021-ci ilin avqustun 11-də 5 000 ton xam duzun alınmasına görə “Fidan-TN” şirkətinə 599 971 manat, həmin ilin dekabrın 17-də “Ramin-AŞ” şirkətindən 1 560 ton xam duzun alınmasına görə isə şirkətə 190 320 manat ödəniş edib.

    2020-ci ilin oktyabrın 7-də qurum tərəfindən “Şamxal- MQ” şirkətindən 1 400 ton duz alınıb və buna görə şirkətə 154 000 manat ödəyib. Həmin ilin dekabrın 22-də 350 ton duza görə fiziki şəxs Ağayev Fizuli Telman oğluna 42 000 manat ödəniş edilib.

    ©iqtisadiyyat.az

  • Şahbaz Şərif iyulda yenidən Azərbaycana səfər edəcək, Şuşaya gedəcək

    Pakistanın Baş naziri Şahbaz Şərif iyul ayında yenidən Azərbaycana səfər edəcək.

    Bunu Prezident İlham Əliyevlə geniş tərkibli görüş zamanı Baş nazir deyib.

    O, növbəti səfər zamanı Şuşaya da getmək etmək istədiyini vurğulayıb.

  • Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

    2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər evlənib, 19 597 nəfər isə boşanıb.

    2023-cü ildə hər 1000 nəfərə düşən evlilik sayı ortalama 5.3 nisbətində olub.

    Ən çox nikahın qeydə alındığı rayon Xocalıdır. Belə ki, Xocalıda əhalinin hər 1000 nəfərə düşən nikahın ümumi əmsalı 8.5-dir. Nikah sayına görə ən yüksək göstərici Xocalıdan sonra Şuşa və Xocavəndə aiddir. Şuşada nikah bağlayanların ümumi əmsalı ortalamadan 2.2 vahid çoxdur, Xocavənddə isə bu göstərici 7.4-dür. Onu da qeyd edək ki, boşanmaların sayına görə də Qarabağ bölgəsi liderliyə sahibdir.

    Evliliklərin çox olduğu digər rayonların siyahısında Kəlbəcər, Qobustan və Yardımlını da göstərmək olar. Kəlbəcərdə hər 1000 nəfərə düşən evlilik nisbəti 6.8, Qobustanda 6.7, Yardımlıda isə 6.6-dır.

    Nikah sayının ən az olduğu rayon isə Abşerondur. Belə ki, burada evlilik sayı ortalamadan çox aşağı – 2.7 nisbətindədir, Abşerondan sonra isə 2023-cü ildə nikahın ümumi əmsalının az olduğu digər rayon boşanmaların ən çox olduğu Naftalan rayonudur. Naftalanda evlilik hər 1000 nəfərə 3.7 nisbətində düşür, üçüncü yerdə isə Naxçıvan Muxtar Respublikasının 3.8 nisbəti ilə Ordubad rayonu gəlir.

    Ölkənin ən böyük şəhərlərində isə nikaha daxil olanların nisbətində fərqlər müşahidə olunur. Paytaxt Bakıda əhalinin hər 1000 nəfərinə düşən evlilik nisbəti 5.6-dırsa, bu göstərici Gəncədə 4.2, Sumqayıtda isə 3.8-dir.

    ©modern.az

  • Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA – 44 min manatdan çox ziyan vurulub

    Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Saatlı, İsmayıllı, Quba, Qusar rayonları və Sumqayıt şəhəri ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, həmçinin Saatlı rayonu Qara Nuru kəndi, İsmayıllı rayonu Xankəndi kəndi, Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində, Quba rayonu Quba-Xudat magistral avtomobil yolunun cənub hissəsində meşə fonduna daxil olmayan ümumilikdə 215 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 44 min manatdan çox ziyan vurulması müəyyən edilib.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1-ci ( ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

  • Делегация Пакистана посетила штаб ВМС Азербайджана

    Делегация Академии военно-морских сил Пакистана посетила штаб ВМС Азербайджана.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    Делегацию возглавил замначальника академии Эхсан Ахмед Хан. Её принял первый заместитель командующего ВМС Азербайджана Теймур Муршудов.

    Он отметил, что ВМС Пакистана занимают особое место среди партнеров, с которыми сотрудничают азербайджанские военно-морские силы. На встрече состоялся обмен мнениями по ряду вопросов, представляющих взаимный интерес.

    Затем Ахмед Хан оставил запись в “Книге почетных гостей”.

  • Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib

    Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyasının rəis müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Azərbaycan HDQ-ni ziyarət ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi, birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistanın dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.

    Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, “Şərəf kitabı”nı imzalayıb. Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.