Month: February 2025

  • Lerikdə qar uçqunu nəticəsində 20-yə yaxın kəndin yolu kəsilib

    Lerik rayonunda qar uçqunu olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qarlı-şaxtalı hava şəraiti yollarda problemlər yaradıb.

    Lənkəran-Lerik avtomobil magistralında hazırda problem olmasa da, ucqar dağ kəndlərinə gedən yolların bəziləri qarla örtülüdür. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-yə yaxın kəndin yolu kəsilib. Təhlükəsizliyin təmin olunmasından ötrü Lerik Dövlət Yol Polisi əməkdaşları tədbir görürlər.

    Lerik Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirilib ki, küləkli hava ucqar dağ kəndlərində çətinliklər yaradıb:

    “52 saylı Lerik Yol-İstismar İdarəsi yolları qardan təmizləyir. Dünənə kimi 50-yə yaxın kəndə elektrik enerjisinin verilişi dayanmışdı. Bu gün artıq işlərin 50 faizi görülüb və günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq”.

  • Скончался военнослужащий азербайджанской армии – ФОТО

    Скончался военнослужащий азербайджанской армии.

    В ответ на запрос Oxu.Az в Министерстве обороны Азербайджана сообщили, что у военнослужащего азербайджанской армии Магбета Хатаи оглу Меджидова был диагностирован “молниеносный васкулит” (заболевание, при котором происходит воспаление сосудистой стенки – ред.). Предполагается, что от вышеупомянутого заболевания он и скончался.

    По данному факту проводится расследование.

    Согласно полученной информации, в 2020 году М.Меджидов окончил Художественную гимназию при Азербайджанской национальной консерватории.

  • Hərbi qulluqçumuz vəfat etdi – FOTO

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.

    Məlumatda qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

    Əldə etdiyimiz məlumata görə, M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasından məzun olub.

  • ADY-də yeni təyinat olub

    “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat gerçəkləşdirilib.

    Median.Az ADY-yə istinadən xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

    Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-11-ci illərdə Potsdam Universitetində iqtisadiyyat və biznes, 2011-13-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər, 2016-18-ci illərdə isə Drezden Texniki Universitetində layihələrin idarəedilməsi ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

    Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.

    2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamenti müdirinin müavini olub və müdiri vəzifəsini icra edib.

  • СМИ: Британия запретит въезд всем высокопоставленным политикам из РФ

    Великобритания в рамках очередного пакета антироссийских санкций планирует запретить въезд в страну всем высокопоставленным политикам, чиновникам и менеджерам.

    Об этом сообщает газета The Times.

    По ее данным, Министерство внутренних дел внесет в санкционные списки “всех региональных и федеральных министров, а также директоров и высокопоставленных менеджеров крупных российских компаний”. Ограничительные меры также затронут высокопоставленных чиновников федеральных и государственных ведомств и агентств, менеджмент компаний энергетического и финансового сектора, а также руководство российских СМИ.

    Власти страны объясняют необходимость такого шага намерением усилить политическое давление на российское руководство и “снизить угрозы национальной безопасности”, которые якобы представляют “связанные с Кремлем элиты”. Полный список лиц, подпавших под санкции, будет опубликован Министерством внутренних дел.

  • Britaniya Rusiya siyasətçilərinin ölkəyə girişini qadağan edəcək

    Böyük Britaniya Moskva əleyhinə sanksiyaların növbəti paketi çərçivəsində Rusiyanın bütün yüksək vəzifəli siyasətçilərinin, məmurlarının və menecerlərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

    Bu barədə Median.Az “The Times” qəzetinə istinadla xəbər verir.

    Qəzetin məlumatına görə, Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) Rusiyanın bütün regional və federal nazirlərini, eləcə də bu ölkənin iri şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerlərini sanksiya siyahısına salacaq.

    Məhdudlaşdırıcı tədbirlər federal və dövlət qurumları və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorunun menecment şirkətlərinə, habelə Rusiya KİV-nin rəhbərliyinə şamil ediləcək.

    Hökumət belə bir addımın zəruriliyini Rusiya rəhbərliyinə siyasi təzyiqləri gücləndirmək və milli təhlükəsizliyə təhdidləri azaltmaq niyyəti ilə izah edir. Sanksiyaya düşən şəxslərin tam siyahısı DİN tərəfindən dərc ediləcək.

  • 179 nəfərin öldüyü hava limanı fəaliyyətini bərpa etdi

    Cənubi Koreyada “Jeju Air”təyyarəsinin eniş zamanı idarəetmədən çıxması və 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında uçuşlar bərpa edilib.

    Aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib.

    Hava limanında kommersiya uçuşları təhlükəsizlik yoxlamaları və təkmilləşdirmələr üçün aprelin 18-dək təxirə salınıb.

    Xatırladaq ki, 29 dekabrda Banqkok-Muan marşrutu ilə hərəkət edən “Jeju Air 7C2216” Boeing 737-800 model təyyarəsinin Cənubi Koreyanın Muan şəhərinə eniş zamanı eniş şassisi işə salınmayıb.

    6 ekipajı və 175 sərnişini olan təyyarə Muan Beynəlxalq Hava Limanının eniş zolağına endikdən sonra idarəetmədən çıxaraq divara çırpılıb və 179 nəfər həlak olub.

    Qəzadan yalnız 30 yaşlarında olan qadın ekipaj üzvü və 20 yaşında bir kişi ekipaj üzvü sağ çıxıb.

    Rəsmilər qəzanın təyyarənin şassisındakı nasazlığın səbəb olduğunu, təyyarənin eniş şassisi ilk uçuşda açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib.

    Cənubi Koreyada bu faciəvi hadisədən sonra 7 günlük matəm elan edilib.
    //azxeber.com

  • “Həmin xanım aktrisadır” – “Bu şəhərdə” açıqlama verdi (VİDEO)

    Dünən Bakıda keçirilən “Bu Şəhərdə” konserti başlamazdan öncə tamaşaçılar qəribə hadisənin şahidi olublar.

    Konsert başlamazdan öncə bir xanım həyat yoldaşının başqa bir xanımla konsertə gəldiyini görüb və qəzəblənib.

    Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq ona qışqırıb və suallar verib.

    Qadın həyat yoldaşı ilə konsertə gələn xanımın saçlarını yolub və əlbəyaxa dava edib.

    Tamaşaçılar əvvəlcə bunun qurma olduğunu düşünüblər. Bir az keçəndən sonra isə məsələnin ciddiyətini anlayıblar.

    Daha sonra yayılan görüntülərlə bağlı açıqlama verən “Bu şəhərdə” kollektivi, bunun konsertin bir hissəsi olduğunu açıqlayıb.

    Həmin anların görüntülərini təqdim edirik:

  • Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib

    Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.

  • İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı

    Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti ağırdır.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Fevralın 22-də saat 19:00-da 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

    Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.

    Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, gənc şair Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.