Month: February 2025

  • “İnterAz”ın rəhbəri Mətləb Bağırovun cəzası BƏLLİ OLDU

    SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Mətləb Bağırov üç il Jurnalistika və Kütləvi İnformasiya Vasitələri sahəsində fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Mətləb Bağırovun vəkili çıxışında deyib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: “Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin”.

    Xatırladaq ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov 2023-cü ilin yanvar ayının 30-da həbs olunub.

    Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham irəli sürülüb.

  • СМИ: Главы МИД ЕС утвердили 16-й пакет санкций против РФ

    Главы МИД ЕС утвердили 16-й пакет санкций против России.

    Об этом сообщило агентство Reuters со ссылкой на свои дипломатические источники.

    Агентство информировало об этом до завершения прибытия всех министров в Брюссель и начала встречи Совета ЕС, однако это нормальная ситуация, поскольку министры иностранных дел обычно утверждают санкционные пакеты против России по письменной процедуре до начала личной встречи.

    ЕС включил в черный список 48 физических и 35 юридических лиц. Санкции также ввели против 74 судов, якобы входящих в теневой флот РФ.

  • Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQLƏDİ

    Avropa İttifaqı (Aİ) XİN başçıları Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər.

    Bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən xəbər verib.

    Məlumat bütün nazirlərin Brüsselə gəlişi və Aİ Şurasının görüşünün başlamasından əvvəl yayılıb. Lakin bu, normal vəziyyətdir, çünki xarici işlər nazirləri adətən Rusiyaya qarşı sanksiya paketlərini şəxsi görüşdən əvvəl yazılı prosedurla təsdiqləyirlər.

    Aİ “qara siyahı”ya 48 fiziki və 35 hüquqi şəxsi daxil edib. Sanksiyalar həmçinin Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən 74 gəmiyə qarşı tətbiq olunub.

  • Завтра по всему Азербайджану будут выплачены все пенсии с двухмесячной надбавкой

    Государственный фонд социальной защиты населения при Министерстве труда и социальной защиты населения Азербайджана планирует 25 февраля завершить в полном объеме выплату пенсий по всей стране.

    Об этом сообщает Median.Az со ссылкой на фонд.

    “В тот же день будут также выплачены пенсии лицам, имеющим право на льготное пенсионное обеспечение. Все виды пенсий, назначенные до 1 января, проиндексированы и с начала года увеличены на 8.1%, а минимальный размер пенсии с 1 февраля увеличен с 280 манатов до 320-и. Февральские пенсии также будут выплачены с новыми надбавками, а январская надбавка по индексации будет добавлена к февральской пенсии”, – отмечается в информации.

  • Sabah ölkə üzrə bütün pensiyalar ikiaylıq artımla ödəniləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub.

    Bu barədə fond məlumat yayıb.

    “Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8.1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq”, – məlumatda qeyd olunub.

  • Ильхам Алиев и Шахбаз Шариф выступили с заявлениями для прессы

    Президент Азербайджанской Республики Ильхам Алиев и премьер-министр Исламской Республики Пакистан Мухаммад Шахбаз Шариф выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edirlər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU

    Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Elmar Məmmədov və Rəhim Laçınov bir il sınaq müddəti olmaqla üç il müddətində şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıblar.

    Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.

    İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

  • В Наримановском районе Баку возникли перебои в водоснабжении

    В части Наримановского района Баку возникли перебои в водоснабжении из-за аварии на магистральной линии.

    Об этом сообщает Median.Az со ссылкой на Объединенную службу водоснабжения крупных городов при Госагентстве водных ресурсов Азербайджана.

    Согласно информации, подача воды будет восстановлена во второй половине дня.

  • Nərimanov rayonunun bəzi ərazilərində içməli su KƏSİLDİ – Bir gün olmayacaq

    Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, fevralın 25-i günün ikinci yarısından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.