Month: February 2025

  • BDYPİ səfərə çıxan sürücülərə müraciət etdi

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərə çıxan sürücülərə müraciət edib.

    Bu barədə BDYPİ məlumat yayıb.

    Bildirilib ki, sürücülərin yol hərəkəti təhlükəsizliyinə diqqətlə yanaşmaları və qaydalara riayət etmələri ilə bağlı bir neçə mühüm məqamı nəzərə almaları vacibdir.

    Həmin məqamları təqdim edirik:

    1. Yol şəraitinə uyğun sürət seçin – havanın və yolun vəziyyətindən asılı olaraq sürət həddinə riayət edin. Hətta normalda təhlükəsiz olan sürət, əlverişsiz hava şəraitində və ya intensivlik çox olan yolda riskli ola bilər;

    2. Yolda diqqətli olun – səfər zamanı diqqətinizi cəmləyin və hər zaman ehtiyatlı sürüş edin. Telefon istifadəsi, yorğunluq və ya digər səbəblər diqqəti yayındırır və qəza riskini artırır;

    3. Təhlükəsizlik kəmərlərini bağlayın – hər bir sərnişin üçün təhlükəsizlik kəmərinin bağlanması vacibdir. Bu, həm sürücünün, həm də sərnişinlərin həyatını qorumağa kömək edir;

    4. Avtomobilinizin texniki vəziyyətini yoxlayın – yola çıxmazdan əvvəl xüsusilə əyləc sistemləri, işıqlandırma və təkərlərin vəziyyətinə diqqət edin;

    5. Yol polisinin tövsiyələrinə əməl edin – yolda hər hansı bir hərəkət məhdudiyyətləri və ya yol vəziyyəti ilə bağlı məlumat aldıqda, dərhal lazımi tədbirləri görərək yol polisi əməkdaşlarının göstərişlərinə riayət edin.

  • Вниманию водителей: на нескольких дорогах Баку ведутся ремонтные работы

    В Баку на нескольких дорогах ведутся ремонтные работы.

    Об этом Median.Az сообщает со ссылкой на информацию, распространенную Центром интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел.

    На пересечении проспекта Зии Буниятова с улицей Ахмеда Раджабли в Наримановском районе и Московском проспекте в Ясамальском районе профильным госучреждением проводится ремонт.

    ЦИУТ рекомендует водителям транспортных средств, движущихся по указанным дорогам в направлении станции метро “Кёроглу” и круговой развязки “Хырдалан”, быть внимательными.

  • Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir neçə yolda təmir işləri aparılır

    Bakıda bir neçə yolda təmir işləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

    NİİM qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və “Xırdalan” dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə diqqətli olmağı tövsiyə edib.

  • Завершился визит президента Гвинеи-Бисау в Азербайджан

    28 февраля завершился официальный визит президента Республики Гвинея-Бисау Умару Сисоку Эмбало в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги обеих стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Гвинеи-Бисау в аэропорту провожали первый заместитель премьер-министра Азербайджанской Республики Ягуб Эйюбов, заместитель министра иностранных дел Ялчин Рафиев и другие официальные лица.

  • Qvineya-Bisau prezidentinin Azərbaycana səfəri başa çatıb

    Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Qvineya-Bisau prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

  • Meta выпустит отдельное приложение с чат-ботом на основе искусственного интеллекта

    Корпорация Meta в скором времени выпустит отдельное приложение с чат-ботом на основе искусственного интеллекта Meta AI.

    Об этом сообщает телеканал CNBC со ссылкой на информированные источники.

    Как отмечает телеканал, чат-бот Meta AI был запущен в сентябре 2023 года. В отличие от конкурентов в лице компаний OpenAI и Perplexity AI Meta в настоящее время позволяет пользоваться своим чат-ботом только через сайт и другие приложения, такие как Facebook и Whatsapp.

    “Скоро Meta AI станет еще одним из самостоятельных приложений компании, занимающейся соцсетями, наряду с Facebook, Instagram и Whatsapp. Компания намерена выпустить отдельное приложение Meta AI во втором квартале (2025 года – ред.)”, – говорится в публикации на сайте CNBC.

    По словам источников телеканала, корпорация также собирается протестировать услугу платной подписки на Meta AI.

  • “Meta” şirkəti “Facebook”, “Instagram” və “WhatsApp” kimi ayrıca tətbiq buraxmağa hazırlaşır

    “Meta” korporasiyası yaxın vaxtlarda süni intellektə əsaslanan “Meta AI” çatbotu ilə ayrıca tətbiq buraxacaq.

    Bu barədə CNBC telekanalı mənbələrə istinadən xəbər verib.

    Qeyd edilir ki, “Meta AI” çatbotu 2023-cü ilin sentyabrında istifadəyə verilib. “OpenAI” və “Perplexity AI” kimi rəqiblərindən fərqli olaraq, “Meta” hazırda öz çatbotundan yalnız veb-sayt və “Facebook”, “WhatsApp” kimi digər tətbiqlər vasitəsilə istifadə etməyə imkan verir.

    “Yaxında “Meta AI” sosial şəbəkələrlə məşğul olan şirkətin “Facebook”, “Instagram” və “WhatsApp”la yanaşı, müstəqil tətbiqlərindən biri olacaq. Şirkət “Meta AI”ın ayrıca tətbiqini ikinci rübdə (2025-ci il – red.) buraxmağı planlaşdırır”, – deyə mənbədən bildirilib.

    Korporasiya, həmçinin “Meta AI” üzrə pullu abunə xidmətini sınaqdan keçirməyi planlaşdırır.

  • İmişlidə sürət yarışı keçirən şəxslər SAXLANILDILAR

    İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri VAZ və BMW markalı avtomobillərlə sürət yarışı təşkil etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

    Sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə F.Quliyev sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.

  • В Баку из автомобиля бизнесмена украли крупную сумму денег

    В Баку из автомобиля бизнесмена украли крупную сумму денег.

    Как сообщает Qafqazinfo, 26 февраля из машины Mercedes, принадлежащей А.Гулиеву, было похищено 90 000 манатов и 20 000 долларов (34 000 манатов – ред.).

    Соответствующая информация поступила в полицию. В результате мероприятий, проведенных сотрудниками Главного управления полиции города Баку, был установлен и задержан подозреваемый в совершении преступления, ранее судимый за подобное деяние Фикрет Джафаров.

    По данному факту проводится расследование.

  • Bakıda biznesmenin avtomobilindən külli miqdarda pul oğurlandı

    Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 26-da A.Quliyevə məxsus “Mercedes” markalı avtomobildən 90 min manat və 20 min dollar (34 min manat) oğurlanıb.

    Hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.