Month: February 2025

  • Xocalıda mina partladı: Müharibə iştirakçısı yaralandı

    İşğaldan azad olunmuş ərazidə mina partlayıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

    Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

  • Həbsdə yatan nişanlıya qeyri-adi “yemək”: Qazandan iki telefon çıxdı

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Pentensiar Xidmət məlumat yayıb.

    Bildirilib ki, həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və iki ədəd qulaqcıq aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • ASCO: В связи с ухудшением погоды на Каспии суда были отправлены на якорные стоянки

    В связи с ухудшением погодных условий в акватории Каспийского моря суда были отправлены на якорные стоянки и в укрытия.

    Об этом сообщает Median.Az со ссылкой на ЗАО “Азербайджанское Каспийское Морское Пароходство” (ASCO).

    Суда ASCO, принадлежащие Морскому транспорту и Каспийскому морскому нефтяному флоту, в целях безопасности отошли на якорные стоянки и в безопасные укрытия.

    Кроме того, в связи с ветреной погодой в Азербайджане усилена работа общественного транспорта, принимаются дополнительные меры для обеспечения безопасности пассажиров на вокзалах и станциях, а также ведутся работы по очистке дорог от снега.

  • Hava şəraitinin pisləşməsi ilə bağlı gəmilər sığınacaqlara çəkiliblər

    Xəzəri akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkiliblər.

    Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

    Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkiliblər.

    Bundan başqa, Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkəti gücləndirilib, vağzal və stansiyalarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülür, yolların qardan təmizlənməsi işləri davam etdirilir.

  • Полиция обнаружила в Лерикском районе 10 кг наркотиков

    В Лерикском районе, сотрудники полиции предотвратили контрабанду крупной партии наркотиков, ввезенных в Азербайджан в целях ее дальнейшей продажи в Баку.

    Как передает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел, сотрудники Лерикского районного отдела полиции по подозрению в совершении указанного деяния задержали Зульфугара Сулейманова и Мухаммеда Нагиева.

    У них было обнаружено 10 кг марихуаны. В ходе расследования было установлено, что они получили запрещенные вещества от гражданина Ирана, личность которого устанавливается следствием, и за деньги согласились доставить их по указанным адресам в Баку.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Lerikdə polis tərəfindən 10 kiloqram narkotik aşkarlanıb

    Çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qeyd edilən əməli törədən şəxslər – Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Azərbaycanda yeni dövlət agentliyi yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmanla Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılır.

    Eyni zamanda, “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.

    Müəyyən edilib ki, nazirliyin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

    Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

    Agentliyin fəaliyyətinin təşkil və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, həmçinin Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

    Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün dörd üzvdən – sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılır.

  • Вниманию пассажиров: сегодня автобусы будут работать до 21:30

    В целях обеспечения безопасности в связи с суровыми погодными условиями сегодня на территории города Баку и Абшеронского района автобусы будут работать до 21:30.

    Об этом в ответ на запрос oxu.az заявил пресс-секретарь Агентства наземного транспорта Азербайджана (AYNA) Турал Оруджов.

    “Просим пассажиров учитывать это при планировании поездки. Участникам движения рекомендуем быть осторожными, отдавать предпочтение использованию общественного транспорта в дни, когда сохраняются суровые погодные условия”, – говорится в информации.

  • Sərnişinlərin DİQQƏTİNƏ: Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

    “Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

    “Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik “, – deyə məlumatda bildirilib.

  • В бакинском поселке отключили отопление: ведутся работы

    Из-за кратковременной неисправности, возникшей на Бакинской теплоэлектроцентрали ОАО “Азерэнержи”, температура на принадлежащих ОАО “Азеристиликтеджхизат” линиях, снабжающих теплом часть жилых зданий в поселке Ахмедли, опустилась ниже нормы.

    Как передает Median.Az со ссылкой на ОАО “Азеристиликтеджхизат”, в результате принятых специалистами “Азерэнержи” срочных мер сбой был устранен, в настоящее время ведутся работы по доведению температуры до требуемого уровня.

    Учреждение приносит извинения потребителям за причиненные неудобства.