Month: February 2025

  • Bakıda bilyard üzrə ölkə çempionatı keçiriləcək

    Bakıda bilyardın sərbəst piramida növü üzrə ölkə çempionatı keçiriləcək.

    Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq yarışa sabah start veriləcək.

    Turnir 50-80 top formatında keçiriləcək. İdmançılar sərbəst piramida qaydalarına uyğun olaraq güclərini sınayacaqlar. Uğurlu çıxış edənlər finala vəsiqə qazanacaqlar.

    Azərbaycan çempionu olan idmançı ölkəmizi beynəlxalq arenada təmsil edəcək.

    Qeyd edək ki, ölkə çempionatına fevralın 24-də yekun vurulacaq.

  • Azərbaycan Ordusunun polkovniki QƏFİL ÖLDÜ

    Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

    48 yaşlı zabit axşam yatıb və yuxudan ayılmayıb.

    Qeyd edək ki, Azad Mahal oğlu Bağırov 1976-cı il avqustun 16-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.

    1998-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Uzun illər ön xətdə kəşfiyyat bölmələrində xidmət edib. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

    Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. O, bu mükafata Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə layiq görülüb.

    A.Bağırov Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən ehtiyata buraxılmışdı.

  • Azərbaycanda zəlzələ oldu

    Quba rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

    Zəlzələ Quba stansiyasından 20 kilometr cənubda, 3.5 maqnituda qeydə alınıb. Zəlzələ ocağı 39 kilometr dərinlikdə yerləşib.

    Təbii hadisə hiss olunmayıb

  • Aktyor Kənan Yusifovun toyudur

    Bu gün aktyor Kənan Yusifovun toyudur.

    Məclis şəhər restoranlarından birində keçirilir.

    Toyda sənət adamları da iştirak edirlər.

  • Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb

    Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.

    Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən gənc oğlanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

    Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı gənc kosmosdan SİQNAL ALDI – VİDEO

    Uludağ Universitetində təhsil alan azərbaycanlı gənc tələbə İlkin Cəfərzadə Türkiyə Universitetləri arasında bir ilkə imza atıb.

    Həvəskar radio və kosmik rabitə ilə maraqlanan tələbələrdən ibarət komanda yaradan həmyerlimizin məqsədi Beynəlxalq Kosmik Stansiya ilə birbaşa əlaqə quraraq, kosmosdan SSTV siqnallarını qəbul etmək və emal etmək idi.

    İlkinin başçılığı ilə keçirilən layihə 2024-cü ilin 25 dekabrından 2025-ci ilin 5 yanvarına kimi olan bir tarixi əhatə edib. Gecə saat 3-də Kosmik Stansiyanın Türkiyə ərazisi üzərindən keçdiyi vaxt İlkin və onun komandası müşahidə çadırları quraraq özlərinin düzəltdikləri antenlər vasitəsilə səs siqnalları alaraq, onları görüntüyə və şəkillərə çeviriblər. Buna görə qrup Kosmik Stansiyalar Beynəlxalq Radio Həvəskarları təşkilatının mükafatına layiq görülüb.

    Onu da qeyd edək ki, gənc həmyerlimiz qrupun rəhbəri olmaqla yanaşı, həm də burada yeganə azərbaycanlıdır. Komandası ilə fəxr etdiyini deyən İlkinlə biz də fəxr edirik!

  • Bakıda 2, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta – FAKTİKİ HAVA

    Fevralın 21-i saat 21:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir.

    Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır.

    Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

  • 15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər “satan” MKS rəisinə hökm oxundu

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) 20 saylı Mənzil-Kommunal Sahəsinin (MKS) keçmiş rəisi Anar Abbasova hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Anar Abbasova 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Anar Abbasov bundan əvvəl də Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.

    Məhkəmə zamanı məlum olub ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. O, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. Anar Abbasov boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt Şəhər MKTİB-nin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin – çıxarışın veriləcəyini, ikiotaqlı mənzili 15 000 manat, üçotaqlı mənzili 20 000 manat, dördotaqlı mənzili isə 25 000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 000 və 186 000 manat pul alıb. Bir müddət sonra A. Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasova 8 il həbs cəzası verilib.

    Sumqayıt Şəhər Məhkəməsi cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaqla Anar Abbasovun üzərində qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb.

  • В Гяндже взорвался газовый баллон: есть пострадавшие

    В Гяндже взорвался газовый баллон, в результате которого пострадали два человека.

    Как сообщили Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), ими оказались Рустам Аббасов (1958 г.р.) и его брат Гасым Аббасов (1960 г.р.).

    Согласно информации, сегодня, около 17:00 они были госпитализированы в отделение неотложной медицинской помощи больницы имени Аббаса Саххата, функционирующей при Гянджинской городской объединенной больнице.

    “У пострадавших диагностированы термические ожоги второй степени. Их состояние оценивается как средней степени тяжести, лечение продолжается”, – говорится в заявлении структуры.

  • Gəncədə qaz balonu partlayıb: Xəsarət alanların SON DURUMU açıqlandı

    Bu gün Gəncə şəhərində qaz balonu partlayıb.

    1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Məlumatda qeyd olunub ki, saat 17 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:

    “Onlara bədənin II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicələri davam etdirilir”.