Month: March 2025

  • Hava kəskin dəyişəcək, temperatur 18 dərəcə enəcək – XƏBƏRDARLIQ

    Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, martın 18-dən 19-a keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

    Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.

  • Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı – ANBAAN GÖRÜNTÜLƏR (VİDEO)

    Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, həmin şəxsdən 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. S.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub.

    O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

  • Суд продлил арест Руфата Сафарова

    В Бинагадинском районном суде рассмотрено ходатайство следственного органа и представление прокуратуры о продлении меры пресечения в отношении правозащитника Руфата Сафарова

    Как сообщает Report, ходатайство было удовлетворено и принято решение о продлении срока предварительного заключения до 3 мая.

    Отметим, что Р.Сафаров был задержан 3 декабря 2024 года. Ему предъявлено обвинение по статье 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) и 221.1 (хулиганство), а также 127 (умышленное причинение менее тяжкого вреда здоровью) УК АР.

  • Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

    Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə sözügedən vəsatət təmin olunub.

    Belə ki, onun barəsində olan həbs qətimkan tədbirinin müddətinin mayın 3-ə qədər uzadılması ilə bağlı qərar verilib.

    Qeyd edək ki, Rüfət Səfərov ötən ilin dekabr ayının 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.

  • Attraksionlarda yoxlama aparılıb

    Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Agentliyin əməkdaşları vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyətini araşdırır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verirlər.

    Bildirilir ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

    İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.

    Həmçinin həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilir.

  • Азербайджан запустил необходимые процедуры для начала первых поставок яиц в США

    Азербайджан запустил необходимые процедуры для начала первых поставок столовых яиц в Соединенные Штаты.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    В агентстве отметили, что Азербайджан начнет экспорт столовых яиц в США впервые в истории двусторонних торговых отношений. В настоящее время ведется работа по выполнению необходимых процедур для начала поставок, добавили в агентстве.

    Стоит отметить, что в ноябре 2023 года АПБА достигло соглашения с российской службой “Россельхознадзор” о начале экспорта азербайджанской птицеводческой продукции, в частности столовых яиц, в Россию. С того времени экспорт яиц в РФ уже ведется.

    Кроме того, благодаря переговорам АПБА с Министерством сельского хозяйства Китая, а также ряду рабочих мероприятий, Азербайджан получил разрешение на экспорт мяса птицы в Китай.

  • Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

    Ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statuslarının əldə edilməsi ölkəmizdə istehsal olunan bir çox qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanın yüksək patogen quş qripi virusundan azad statusunun təsdiq edilməsi quşçuluq məhsullarının ixracı üçün geniş imkanlar açır.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Belə ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanıb. AQTA tərəfindən Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

    Bütün bunlarla yanaşı, ilk dəfə olaraq Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılır. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilməkdədir.

    Qeyd edək ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracının daha da genişləndirilməsinə səbəb olub. İxracın artması bu sahədə qida təhlükəsizliyi nəzarəti sisteminin inkişafının və Azərbaycanda sənaye quşçuluğunun beynəlxalq standartlara uyğun olmasının göstəricisidir.

    Agentlik yerli istehsal qida məhsullarının xarici bazarlara çıxış imkanlarının artırılması, ixrac potensialının genişləndirilməsi istiqamətində sahibkarlıq subyektlərinə dəstəyini bundan sonra da davam etdirəcək.

  • Пограничники Азербайджана пресекли контрабанду 46 кг наркотиков из Ирана

    Предотвращена контрабанда крупной партии наркотических средств из Ирана в Азербайджан.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-центр Государственной пограничной службы (ГПС).

    Так, 12 марта в результате пограничных поисковых и оперативных мероприятий, проведенных на служебной территории пограничного отряда “Горадиз” командования пограничных войск ГПС, была предотвращена контрабанда марихуаны общим весом 46.1 кг из Ирана в Азербайджан.

    По факту продолжаются оперативно-следственные мероприятия.

  • İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alındı

    Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Belə ki, mart ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 46 kiloqram 100 qram narkotik vasitə marixuananın İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bakıda 65 yaşlı kişi faciəli şəkildə öldü

    Bakıda kişi su quyusunda boğulub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib.

    Qəsəbə sakini 65 yaşlı Mais Muxtar oğlu Orucov həyətindəki su quyusuna düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.