Month: March 2025

  • Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi

    Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışlayıb və bunun Cənubi Qafqazda sabitliyin bərqərar olmasına kömək edəcəyini bəyan edib.

    Median.Az-ın Sis.gov.eg nəşrinə istinadən xəbərinə görə, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    Bəyanatda bu proses hər iki ölkənin son illərdəki səylərinin kulminasiyası kimi səciyyələndirilib. Həmçinin hər iki tərəfin ən qısa zamanda sazişi imzalayacağına ümid ifadə edilib.

  • Президент Ильхам Алиев поздравил азербайджанский народ с праздником Новруз

    Президент Ильхам Алиев поздравил азербайджанский народ с праздником Новруз.

    Как передает АЗЕРТАДЖ, в поздравлении говорится:

    “Уважаемые соотечественники!

    Сердечно поздравляю вас с Новруз байрамы, желаю каждому из вас весеннего настроения, здоровья и успехов.

    Священное наследие наших предков – Новруз байрамы, сохранив до наших дней богатую жизненную философию и оптимистическое мировоззрение мудрого азербайджанского народа, стал наглядным примером национально-духовной преемственности. Этот великий народный праздник является торжеством любви к природе, духовной чистоты и красоты, милосердия и доброты. Будучи носителем высших общечеловеческих ценностей, он занимает достойное место среди ценных образцов мирового культурного наследия.

    Как неотъемлемая часть национального мышления, Новруз байрамы сыграл исключительную роль в формировании наших традиционных ценностей. Церемонии Новруза занимают особое место в нашей уникальной духовной сокровищнице, благодаря которой наша страна известна как один из древних центров на перекрестке цивилизаций. Приход весны и сегодня широко отмечается во всех уголках нашей Родины красочными народными празднествами, в соответствии с традициями, оставившими свой след в памяти веков, что является ярким выражением нашей приверженности историко-культурному наследию.

    Новруз байрамы способствует углублению общения между людьми, искренних взаимоотношений в обществе и тесно сплачивает нас в свете идеологии азербайджанства, еще больше укрепляет нашу национальную солидарность. Уверен, что это чувство солидарности в единении с обновляющей атмосферой весны и моральной силой, придающей нам славной Победой, к пятой годовщине которой мы готовимся, обеспечат реализацию на должном уровне всей нашей работы общенародного значения. Наши соотечественники, переживающие радость праздника на наших освобожденных от оккупации исконных землях, всегда будут с энтузиазмом строить и созидать в условиях мира и безопасности под ясным небом, на земле предков, куда они вернулись навсегда.

    Желаю, чтобы наступающий Новруз байрамы принес в каждый дом, к каждому очагу благополучие, счастье, достаток и изобилие.

    С праздником!”

  • Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

    Median.Az President.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.

    Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilib. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

    Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

    Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

    Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

    Bayramınız mübarək olsun!”

  • В Азербайджане имущество 9 закрытых банков будет выставлено на аукцион

    В Бакинском аукционном центре 1 апреля состоятся аукционы по продаже недвижимого имущества находящихся в процессе ликвидации Günay Bank, NBC Bank и Zamin Bank.

    Об этом сообщил ликвидатор банков – Азербайджанский фонд страхования вкладов.

    2 апреля состоятся аукционы Atra Bank, а 9 апреля – Texnika Bank, “Кавказский банк развития”, NBC Bank, AGBank и Bank Standard.

  • Azərbaycanda doqquz bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Aprelin 1-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Günay Bank”, “NBC Bank”, “Zamin Bank” ASC-lərin, aprelin 2-də “Atra Bank” ASC-nin, aprelin 9-da isə “Texnika Bank”, “Qafqaz İnkişaf Bankı”, “NBC Bank” və “AGBank” ASC-lərin, eləcə də “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Məlumata görə, söhbət “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a ünvanında dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən, “NBC Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanında dəyəri 2,3 milyon manat 281,2 kv.metrlik və 500 min manat olan 263 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında dəyəri 491 min manat və 190 min manat olan 216,3 kv.metrlik, 326 min manat olan 143,4 kv.metrlik qeyri-yaşayış sahələrindən, “AtraBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəyəri 1,6 milyon manat olan 436,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 389 min manat olan 185,4 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsindən,”NBC Bank”a məxsus Şamaxı rayonu, Məlhəm kəndində dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evindən, “AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 255 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok B, 5-ci mərtəbə, qapı 1 ünvanında yerləşən dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Bank Standard”a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 412,25 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

  • МИД АР: Отвергаем заявление офиса премьер-министра Армении, искажающее факты стрельбы в приграничье

    Азербайджан категорически отвергает сегодняшнее заявление офиса премьер-министра Армении, которое, наряду с совершенно необоснованными претензиями к АР, искажает реалии и факты стрельбы в приграничных районах.

    Об этом говорится в комментарии пресс-секретаря Министерства иностранных дел (МИД) Азербайджана Айхана Гаджизаде к заявлению офиса премьер-министра РА о стрельбе на границе.

    “Прекращение обстрелов, о которых заявляет Министерство обороны Азербайджана, а также очевидных провокаций армянских военнослужащих, зафиксированных с помощью видеосъемок, является необходимым условием стабильности.

    Вместо того чтобы демонстрировать добрую волю и положить конец таким провокациям, абстрактные и практически невозможные предложения армянской стороны не имеют под собой никаких оснований, как это было во время почти 30-летней оккупации Арменией азербайджанских территорий. Это напоминает предложения, выдвинутые сопредседателями Минской группы, вместо призывов к прекращению оккупации”, – говорится в заявлении.

    В нем подчеркивается, что если правительство Армении руководствуется мирной повесткой дня, как заявляет офис премьер-министра, то ему следует объяснить, каким образом служит этой повестке массовая милитаризация, включая развертывание наступательных вооружений в приграничных районах:

    “Что касается якобы доброй воли Армении в связи с завершением согласования текста мирного соглашения и установлением межгосударственных отношений между двумя странами, то стоит напомнить о том, как Армения всеми средствами нарушала процесс, несмотря на то, что именно Азербайджан сделал первые шаги с предложением работать над договором еще в начале 2022 года. Отметим также, что, несмотря на многочисленные вызовы, создаваемые Арменией во время переговоров, в том числе отказ вывести с азербайджанских территорий остатки ее армии и поощрение самопровозглашенного режима, установленного на наших территориях, именно благодаря усилиям и мерам Азербайджана удалось достичь сегодняшнего прогресса”.

    В комментарии А.Гаджизаде также отмечено, что несмотря на то, что Армения давно знала о нашем требовании внести изменения в конституцию об исключении территориальных претензий к Азербайджану, игнорирование ею этого призыва вызывает серьезную озабоченность:

    “Еще раз доводим до внимания принципиальную позицию Азербайджана касательно основного условия подписания текста мирного соглашения – внесения изменений в конституцию РА с целью устранения претензий к суверенитету и территориальной целостности Азербайджана. При этом подчеркиваем необходимость официального роспуска устаревшей и нефункциональной Минской группы ОБСЕ и соответствующих структур”.

  • XİN-dən Ermənistan baş nazirinin ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına CAVAB

    “Ermənistan baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik”.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib:

    “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təklifləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır.

    Əgər Ermənistan hökuməti, baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla, kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.

    İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.

    Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş, qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

    30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə, beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

    Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri dörd il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

    Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq”.

  • Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB

    Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, terminal haqqı 200 manatdan 300 manata qaldırılıb.

    Məlumatda qeyd olunub ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, terminalla bağlı məsələnin gömrük orqanına aidiyyəti yoxdur.

    “Digər məsələyə gəlincə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən, 1 fevral 2019-cu ildən mallar gömrük ərazisinə gətirilmədən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir”, – deyə məlumatda bildirilib.

    Sənədin qiymətinə gəlincə isə qurumdan vurğulandı ki, qeyd edilən məbləğ qısa idxal bəyannaməsinə görə, gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sisteminə etibarlı, dayanıqlı və fasiləsiz təqdim edilməsi işinin təşkili üçün alınır və müvafiq təsdiqedici sənəd təqdim olunur.

  • Zərdabda dəfn zamanı dirilən Səriyyə: “İki mələk mənə dedi ki…”

    Tibdə kliniki ölüm deyilən bir anlayış yer alır. Kliniki ölüm üç-altı dəqiqə ərzində yaşanır. Kliniki ölüm nə qədər erkən hiss edilsə, ölən şəxsin həyata qaytarılma şansı o qədər böyük olur.

    Bəzən real həyatda kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn edirlər. Belə hadisələr nadir hallarda yaşansa da, Azərbaycanda da baş verdiyi istisna deyil.

    İllər əvvəl belə nadir hadisə Zərdabda yaşanıb. Rayonun Məmmədqasımlı kəndində Səriyyə adlı qadın dəfn olunduğu zaman anidən oyanıb.

    Median.Az xəbər verir ki, bu barədə sözügedən şəxsin yaxın qohumu İmran Məmmədov Bizim.media-ya danışıb:

    “Hadisə illər əvvəl baş verib. Mənim o zaman yaşım az idi. Səriyyə nənəyə kənd arasında “uzun Səriyyə” deyilirdi. O bir gün dünyasını dəyişdi. Gecə olduğu üçün saxladılar və səhər dəfn olunmağa apardıq. Dəfn zamanı üstünə torpaq töküb, ağac qoyulurdu ki, birdən səs eşidildi. Sən demə Səriyyə Alıyeva sağ imiş”, – deyə kənd sakini bildirib.

    İmran Məmmədov qeyd edir ki, Səriyyə nənə ayılandan sonra bizə o biri dünyanın varlığı barədə danışdı:

    “O deyirdi ki, mən o biri dünyanı görüb gəldim. O dünyanın haqq olduğunu anladım. Qəbirə qoyulan kimi iki mələk qapıdan girib mənə dedi ki, sən 80 yaşa kimi yaşayacaqsan və heç vaxt övladın olmayacaq. Sonra ayıldım ki, üstümə torpaq tökülür”, – deyə müsahibimiz əlavə edib.

    Müsahibimizin dediyinə görə Səriyyə Alıyeva həqiqətən də 80 yaşında dünyasını dəyişib və övladı olmayıb.

    Niyə dünyasını dəyişmiş şəxsin dəfninə tələsirik? Ölən şəxsi bir neçə gün sonra dəfn etmək olmazmı?

    Məsələyə münasibət bildirən Tural İrfan qeyd edib ki, islam dininə görə ölüm dəqiqləşməyibsə, insanı dəfn etmək doğru deyil:

    “Ölünü tez, yaxud gec dəfn etmək barədə Quranda bir şey deyilmir. Amma mahiyyəti budur ki, ölünün ehtiramı aradan getməmiş dəfn etmək lazımdır. Böyük islam hüquqşünası İbn Rüşd və həkim-filosofu İbn Sina isə qətiyyətlə bəyan edib, sübut edirdilər ki, infarktdan, damar tıxanmasından və oxşar problemlərdən vəfat edən insanları 72 saat dəfn etmək olmaz. Onlar mütləq həyata qayıdırlar. Əsasən onlardan qan almaq yolu ilə həyata qaytarmaq mümkündür”, – deyə ilahiyyatçı bildirib.

    Tural İrfan əlavə edib ki, bir çox insanlar da dövrümüzdə tam ölməmiş. yaxud kliniki ölüm halında tələsik dəfn edilirlər:

    “Şəxsən mən bir neçə belə faktla rastlaşmışam. Hətta həkim adama ölüm diaqnozu qoymuşdu, dəfn işləri görülən zaman adam ayılıb həyata qayıtdı. Ucqar rayonlarımızın birindən olan digər bir kişiyə də məşhur paytaxt xəstəxanalarının birində ölüm diaqnozu qoyulub rayona yola salmışdılar. Bir neçə saatlıq səfərdən sonra qəsəbəyə daxil olanda “ölü” dirilərək yanındakı adamlara şiddətli şəkildə acdığını demişdi. Birinci şəxslə də, ikinci ilə də həmsöhbət olmuşam.

    Birinci şəxs həmin hadisədən sonra bir neçə il yaşadı. İkinci isə hazırda rayonlarımızın birində yaşayır. Odur ki, ölüm dəqiqləşməmiş dəfn etmək doğru deyil”, – deyə müsahib qeyd edib.

    İlahiyyatçının fikrincə, ölümü din xadimi yox, tibb mütəxəssisi təyin etməlidir, özü də dəqiq…

    Dəfn etməyə də tələsmək lazım deyil. Peyğəmbərin özünü vəfat etdikdən 2 gün sonra dəfn ediblər. Bunun özü bir nümunə olmalıdır. Bəzi yerlərdə din xadimləri kiminsə öldüyünü eşidən kimi başqa dəfnlərə və yaslara da çatmaq üçün tələsik adamı dəfn etdirirlər ki, qazanc əldə etsinlər. Onlara əhəmiyyət vermək olmaz. Müasir zamanda ölmüş adamı lazım gələndə müxtəlif tibbi müdaxilələrlə uzun müddət də saxlamaq olur. Dində ölünü tez dəfn etmək barədə qəti hökm yoxdur.

  • В Азербайджане резко изменится погода, температура упадет на 18 градусов – ПРЕДУПРЕЖДЕНИЕ

    В ночь с 18 на 19 марта ожидается изменение погодных условий на территории страны. Будет дуть порывистый северо-западный ветер, временами возможны осадки, температура воздуха постепенно снизится на 13-18 градусов по сравнению с предыдущими днями.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    В отдельных местах ожидаются ливни, грозы, град, в горных районах возможен мокрый снег и снег.

    Из-за осадков ожидается повышение уровня воды в реках, на некоторых горных реках Большого и Малого Кавказа возможны кратковременные сели.

    Нестабильная погода на территории страны продлится до 25 марта.