Month: March 2025

  • Mask: İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq

    İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq

    Bu barədə amerikalı iş adamı İlon Mask bildirib.

    Maskın fikrincə, əsas sual, texnoloji inkişafın hazırkı səviyyəsinin Yerdən tədarükün dayandırıldığı halda belə, Marsda insan sivilizasiyasının avtonom mövcudluğunu və inkişafını təmin etmək üçün yetərli olub-olmayacağıdır. Onun sözlərinə görə, əks halda Mars yox olacaq.

    Qeyd edək ki, Mask martın 15-də Starship kosmik gəmisi ilə insanabənzər robot Optimusu Marsa göndəriləcəyini elan edib.

  • Египет ежемесячно теряет $800 млн из-за ситуации в Красном море

    Египет каждый месяц теряет $800 млн из-за ситуации с Суэцким каналом, спровоцированной событиями в Красном море.

    Об этом заявил президент страны Абдель Фаттах ас-Сиси, слова которого в Facebook привел его официальный представитель Мухаммед аш-Шинави.

    “Страна несет ежемесячные убытки в размере $800 млн из-за снижения доходов от Суэцкого канала из-за ситуации в этом регионе”, – подчеркнул египетский лидер.

    При этом президент Египта отметил, что, по его оценке, его страна “продолжает уверенно развиваться, несмотря на все проблемы, с которыми сталкивалась на протяжении последних 15 лет”. Свою уверенность в этом ас-Сиси объяснил, в частности, тем, что несколько дней назад Международный валютный фонд одобрил новый транш экономической помощи Египту, поскольку египетская экономика “демонстрирует позитивные показатели”.

    Доходы Египта от эксплуатации Суэцкого канала до начала нового витка эскалации на Ближнем Востоке достигали $10 млрд. Денежные поступления от канала являются одной из основных доходных статей египетского бюджета и важным источником пополнения казны валютой. Однако с осени 2023 года Египет теряет прибыль от использования канала, поскольку многие суда вынуждены были менять маршруты, опасаясь обстрелов со стороны отрядов мятежного йеменского движения “Ансар Аллах” (хуситы). Так, в текущем 2024-2025 финансовом году (заканчивается в июне) Египет, как ожидают власти, потеряет около $7 млрд.

  • Misir Qırmızı dənizdəki hadisələrə görə hər ay 800 milyon dollar itirir

    Misir Qırmızı dənizdəki hadisələrin doğurduğu Süveyş kanalı ilə bağlı vəziyyətə görə hər ay 800 milyon dollar itirir.

    Bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

    “Ölkə bu regiondakı vəziyyətlə əlaqədar Süveyş kanalından əldə edilən gəlirlərin azalması səbəbindən aylıq 800 milyon dollar itki ilə üzləşir”, – Misir lideri vurğulayıb.

    Onun fikrincə, ölkəsi son 15 ildə üzləşdiyi bütün problemlərə baxmayaraq, inamla inkişaf etməkdə davam edir.

    Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik başlamadan öncə Misir Süveyş kanalının istismarından ildə 10 milyard dollar gəlir əldə edib. Kanaldan gələn pul vəsaitləri Misir büdcəsinin əsas gəlir mənbələrindən biri və xəzinə üçün mühüm xarici valyuta mənbəyidir.

  • Gələn il “Oskar” mükafatının veriləcəyi tarix açıqlandı

    Gələn il üçün “Oskar” mükafatları mərasiminin baş tutacağı tarix açıqlanıb.

    98-ci tədbirin 2026-cı ilin martın 15-də keçiriləcəyi məlum olub.

    Komediya ustası Konan O’Brayen yenidən gecəyə aparıcılıq edəcək.

    Gecə 200-dən çox ölkədə canlı olaraq yayımlanacaq.
    //azxeber

  • Təhlükə altında yaşayan sakinlərin problemi niyə həll edilmir? – VİDEO

    Vəlvələçay Qubanın Təngəaltı kəndini iki hissəyə ayırır. Yaşayış məntəqəsini birləşdirən yeganə körpünün dayaqlarını isə sel suları yuduğundan o, qəzalı vəziyyətdədir.

    Sakinlər köpüdən keçməyin onlar üçün təhlükəli olduğunu, buna görə də bəzən çayın içi ilə hərəkət etdiklərini deyirlər.

    “Kimsə rəhmətə gedəndə insanlar suya girib, cənazəni bellərində o taya keçirməli olurlar”, – deyə sakin narazılıq bildirib.

    Ətraflı Baku TV-nin süjetində:

  • Sabiq baş həkim vəfat etdi

    Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən məlumat verir ki, o 69 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, C.Nəzərov dörd il öncə korrupsiyada ittiham olunaraq həbs edilmişdi.

    Prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etsə də, hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməmişdi.

  • Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək – SƏRƏNCAM

    Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamda bildirilib ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.

    “Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir”, – Sərəncamda vurğulanıb.

    Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının ölkədə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrlar hazırlanmasında rolunu nəzərə alaraq qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

  • 25 yaşlı qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI

    Sabunçuda 25 yaşlı Xumar Həsənlini qətlə yetirməkdə ittiham edilən əri Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hadisənin baş vermə səbəbi ər-arvad arasındakı qısqanclıq olub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Bəxtiyar Vəliyev yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə marketdən aldığı meyvə bıçağı ilə 11 zərbə vurub.

    Xumar həm də Bəxtiyarın əmisi qızı olub. Onların evlilikdən iki azyaşlı övladı var imiş.

    Qətlə yetirilən Xumar bir müddət imiş gözəllik salonunda çalışırmış. Ər-arvad arasındakı münasibətlər əvvəl normal olub. Bəxtiyar hadisədən 10 gün əvvəl arvadının başqa şəxslə münasibətinin olmasından şübhələnib.

    “Mən ona telefon işlətməyə icazə vermirdim. Bir gün uşaq mənə dedi ki, anamın telefonu var. Mən də bundan şübhələndim. Başqa şəxslə danışdığını bildim. Hadisə günü uşaqlarla birlikdə Xumarı salondan götürüb evə gəldim. Uşaqlar maşından düşüb evə getdilər. Xumardan telefonu alıb danışdığı şəxsin kim olduğunu soruşdum. Şəklini ona göstərdim. Həmin vaxt telefonda oğlanla əylənən yerdə çəkilən videosu da var idi. Xumar həyəcanlanıb heç nə deyə bilmədi. Maşından düşüb qaçanda arxasınca gedib çatdım. Neçə bıçaq vurduğumu xatırlamıram”, – deyə Bəxtiyar ifadəsində göstərib.

    Onun sözlərinə görə, Xumarı vuranda uşaqlar yanında olmayıb.

    Bəxtiyar əməlindən peşman olduğunu bildirib.

    Məhkəmənin hökmü ilə xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

  • Три человека стали жертвами пожара в Баку: среди погибших – ребенок

    В частном доме, расположенном в Сабунчинском районе Баку, произошел пожар.

    Об этом Oхu.Az сообщили в Министерстве по чрезвычайным ситуациям.

    Согласно полученной информации, загорелись легковоспламеняющиеся конструкции одноэтажного трехкомнатного дома общей площадью 80 кв.м.

    В ходе осмотра места происшествия были обнаружены и переданы соответствующим органам обгоревшие тела трех человек, в том числе одного ребенка.

    Близлежащие строения защищены от огня. Пожар ликвидирован.

  • Bakıda FACİƏ: Üç nəfər yanaraq həlak oldu – Biri UŞAQDIR

    Bakı şəhərinin Sabunçu rayonunda üçotaqlı evdə yanğın olub.

    Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı biri uşaq olmaqla üç nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.