Month: March 2025

  • Almaniya suriyalılara yardım üçün 300 milyon avro ayıracaq

    Almaniya suriyalılara yardım üçün BMT vasitəsilə əlavə 300 milyon avro ayırmağı vəd edir.

    Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

    Onun sözlərinə görə, bu vəsaitin yarısından çoxu ölkədəki keçid hökumətinin iştirakı olmadan həyata keçiriləcək layihələrə yönəldiləcək.

    Nazir qeyd edib ki, vəsait ərzaq, tibbi xidmətlər və sığınacaqla təminat, həmçinin əhalinin xüsusilə həssas təbəqələri üçün müdafiə tədbirlərinə sərf olunacaq.

    A.Berbok əlavə edib ki, İordaniya, Livan, İraq və Türkiyədəki suriyalı qaçqınlar və onları qəbul edən icmalara da dəstək göstəriləcək.

    Almaniya XİN rəhbəri Suriyanın dinc gələcəyini təmin etmək üçün inklüziv siyasi prosesin vacibliyini bir daha vurğulayıb.

    “Avropalılar olaraq biz Suriya xalqının dəstəklənməsi, eləcə də azad və dinc Suriya üçün vahid cəbhədən çıxış edirik”, – o bildirib.

  • “Çelsi” yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir

    İngiltərənin “Çelsi” klubu yayda 7-8 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

    London təmsilçisi maliyyə yükünü azaltmaq və yeni oyunçular almaq niyyətindədir.

    “Zadəganlar” üçün prioritet hücumçu transferidir.

    Satışa çıxarılanlar isə əsasən icarədəki futbolçular olacaq. “Aston Villa”nın formasını geyinən Aksel Disasi, “Bornmut”da çıxış edən Kepa Arrisabalaqa və Almaniya təmsilçisi “Borussiya”nın (Dortmund) formasını geyinən Karni Çukvuemeka klubun planlarına daxil deyil.

    Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 49 xalla beşinci pillədə qərarlaşıb.

  • Названы рабочие дни в центрах ASAN на Новруз и Рамазан

    В связи с празднованием Новруза и Рамазана центры Службы ASAN и ASAN kommunal временно приостановят свою работу.

    Офисы будут закрыты для граждан 20, 21, 22, 23, 24, а также 29, 30 и 31 марта.

    С 25 по 28 марта центры продолжат обслуживать граждан в обычном порядке.

    Служба ASAN №1 в городе Сумгайыте ограничила количество предоставляемых услуг в связи с проведением ремонтных работ. Ожидается, что ремонт завершится 7 апреля, после чего центр возобновит полноценную деятельность.

  • Bayramla əlaqəli “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günlərinin müddəti açıqlanıb

    Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24 həmçinin 29, 30 və 31 martda “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

    Mərkəzlərdə 25, 26, 27, 28 martda isə iş günü olacaq.

    Qeyd edək ki, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək.

  • В последний вторник перед Новрузом в Азербайджане ожидается до 31 градуса тепла

    В Баку и на Абшеронском полуострове 18 марта ожидается преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, будет преобладать юго-западный ветер, который к вечеру сменится умеренным северо-западным.

    Температура воздуха ночью составит 8-13, днем – 25-30° тепла. Атмосферное давление снизится с 754 до 750 мм ртутного столба, относительная влажность воздуха ночью составит 60-70, днем – 45-50%.

    В районах Азербайджана пройдет в основном без осадков, однако к ночи в некоторых местах ожидаются кратковременные дожди, не исключается град, в горных районах выпадет мокрый снег. Ночью и утром местами возможен туман. Будет преобладать временами усиливающийся западный ветер.

    Температура воздуха ночью составит 9-14, днем – 26-31° тепла, в горах ночью 4-9, днем – 20-25° тепла.

  • İlaxır çərşənbənin hava proqnozu açıqlanıb

    Azərbaycanda martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.

  • В Азербайджане проведут очередной эпизоотологический мониторинг против птичьего гриппа

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) 7-11 апреля проведет очередной эпизоотологический мониторинг против птичьего гриппа.

    Об этом сообщает Median.Az со ссылкой на агентство.

    В ходе мониторинга, помимо водно-болотных угодий, прибрежных зон и других территорий охотничьих хозяйств и национальных парков, будет проведен общий осмотр диких птиц. В целях выявления возбудителя заболевания будут отлавливаться дикие птицы, а также взяты пробы у домашней птицы, содержащейся на некоторых действующих в республике промышленных птицеводческих предприятиях различного масштаба и в семейных хозяйствах в разных районах и городах.

    В ходе мониторинга будут проведены исследования взятых образцов.

  • Azərbaycanda quş qripinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək

    Azərbaycanda quş qripi xəstəliyinə qarşı aprelın 7-11-də epizootoloji monitorinq keçiriləcək.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq.

    Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

    Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq AQTA və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək.

    Tədbir müddətində götürülmüş nümunələr isə Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.

  • Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib

    Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.

    “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.

    O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

    Zubir 2018/2019 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Zubir 7 il ərzində 179 çempionat (46 qol), 23 kubok (5 qol) və 98 avrokubok (15 qol) qarşılaşmasında iştirak edib.

  • Bakıda məktəbin mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilən direktor müavininə hökm oxunub

    Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Elsevər İslamovun 20 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
    Xatırladaq ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.

    İttihama görə, Natiq Mehdi saat 23:00 radələrində iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.

    Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub.