Month: March 2025

  • Əfsanəvi şahmatçı Bakıda seans keçəcək

    Əfsanəvi şahmatçı, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıda seans keçəcək.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

    55 yaşlı qrossmeysterin aprelin 27-də eyni anda ölkənin istedadlı şahmatçıları ilə seansı gözlənilir.

    Qeyd edək ki, hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

  • Qusarda istirahət mərkəzinin fəaliyyəti dayandırıb – VİDEO

    Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb və fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib.

    Bunlarla yanaşı obyekt ilkin yanğınsöndürmə vasitələri ilə də tam təmin edilməyib, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, təxliyə planı mövcud deyil və istirahət mərkəzinin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Nazirlik qeyd edib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Nəticədə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • В Азербайджане возбуждены уголовные дела по фактам нанесения ущерба экологии

    В Азербайджане выявлены случаи незаконной вырубки деревьев, в результате которых природе нанесен ущерб на сумму более 65 тыс. манатов.

    Как сообщает Median.Az со ссылкой на Генеральную прокуратуру, проведено расследование фактов экологических правонарушений в четырех районах и одном городе страны.

    Установлено, что в селах Шенлик (Агджабединский район), Гязли и Гёйтепе (Исмаиллинский район), на территории муниципалитета Хагани в Гёйгёльском районе, а также в Бинагадинском районе Баку и в лесных угодьях Бейлагана незаконно вырублено 224 дерева и кустарника.

    По данным прокуратуры, ущерб причинен как лесному фонду, так и территориям, не входящим в него. В связи с этим возбуждены уголовные дела по ряду статей Уголовного кодекса, в том числе за незаконное уничтожение зеленых насаждений, нарушение правил землепользования и превышение должностных полномочий. Материалы переданы профильным органам для дальнейшего расследования.

  • Təbiətə 65 min manatdan çox ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb

    Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayonu və 1 şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

    Araşdırmalar zamanı Ağcabədi rayonu Şənlik kəndində, İsmayıllı rayonu Qəzli kəndi ilə Göytəpə kəndi arasında yerləşən yaşıllıq ərazidə, Göygöl rayonu Xəqani bələdiyyəsinə məxsus torpaq sahəsində, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi 5 ünvanında meşə fonduna daxil olmayan, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Beyləqan rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 224 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 65 min manatdan çox ziyan vurulması müəyyən edilib.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 222-3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

  • Минздрав призывает население соблюдать меры предосторожности в праздничные дни

    Весной в связи с нестабильными погодными условиями отмечается заметный рост респираторных заболеваний, а также случаев сезонного гриппа.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство здравоохранения Азербайджана.

    В обращении отмечается, что в связи с совпадением праздников Новруз и Рамазан в этом году, в ближайшие недели ожидается организация праздничных мероприятий и других массовых мероприятий.

    Кроме того, учитывая, что в настоящее время большинство людей соблюдают пост, то в их ежедневном режиме питания происходят определенные изменения. Так, употребление слишком большого количества пищи или одновременный прием разных продуктов питания во время ифтара может оказать существенное воздействие на организм человека.

    “В целях охраны здоровья населения страны, предотвращения возникновения различных заболеваний, связанных с пищевыми расстройствами, и распространения инфекционных заболеваний Министерство здравоохранения Азербайджана рекомендует во время массовых мероприятий и в местах скопления людей в предстоящие праздничные и выходные дни использовать индивидуальные средства защиты дыхательных путей, а также соблюдать общие гигиенические требования и др. Кроме того, в этот период года для укрепления иммунной системы организма важно включать в ежедневный рацион продукты, богатые витаминами и минералами”, – говорится в сообщении ведомства.

  • Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

    Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.

    Müraciətdə qeyd olunub ki, bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir:

    “Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir”.

    Nazirlik ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edib.

    “Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir”,- məlumatda vurğulanıb.

  • Новая Зеландия продлила действие санкций в отношении России до марта 2028 года

    Новая Зеландия продлила действие санкций в отношении России до 17 марта 2028 года.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении новозеландского МИД.

    “Правительство Новой Зеландии продлило действие санкций в отношении России, срок которых истекал 17 марта 2025 года, еще на три года. Решение о продлении действия ограничений было принято в пятницу, 14 марта, и вступило в силу сегодня”, – сказано в сообщении.

    Санкции Новой Зеландии “налагают ряд обязательств на всех граждан этой страны, запрещая или ограничивая определенные виды деятельности, связанной с Российской Федерацией”. Также новозеландцы “обязаны сообщать о любой подозрительной активности”, которая может быть связана с торгово-экономическими отношениями с Россией.

    С марта 2022 года власти Новой Зеландии более 35 раз вводили ограничения в отношении российских предприятий и граждан, и для этого местный парламент даже принял специальный закон, облегчающий реализацию подобных процедур. В общей сложности различные запреты, в том числе торговые и финансовые, коснулись более 1,8 тыс. россиян, включая президента РФ Владимира Путина, членов правительства, руководства Совбеза РФ, депутатов Государственной думы и Совета Федерации и т.д.

    Одновременно ограничения были введены в отношении 400 российских организаций, 20 финансовых учреждений, включая Банк России, 37 медиакомпаний и журналистов, 15 членов ЦИК РФ.

  • Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

    Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-nə qədər uzadıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

    “Rusiyaya qarşı sanksiyaların müddəti 2025-ci il martın 17-də başa çatmalı idi. Yeni Zelandiya hökuməti onların müddətini daha üç il uzadıb. Bu qərar martın 14-də qəbul edilib və bu gün qüvvəyə minib”, – məlumatda qeyd olunub.

    Yeni Zelandiyanın sanksiyaları “bu ölkənin bütün vətəndaşlarının üzərinə bir sıra öhdəliklər qoyur, Rusiya Federasiyası ilə bağlı müəyyən fəaliyyət növlərini qadağan edir və ya məhdudlaşdırır”. Həmçinin yeni zelandiyalılar “Rusiya ilə ticari-iqtisadi münasibətlərlə bağlı ola biləcək hər hansı şübhəli fəaliyyət barədə məlumat verməlidirlər”.

    Yeni Zelandiya hökuməti 2022-ci ilin martından Rusiya müəssisələrinə və vətəndaşlarına qarşı 35 dəfədən çox məhdudiyyətlər tətbiq edib və bunun üçün yerli parlament hətta belə prosedurların həyata keçirilməsini asanlaşdıran xüsusi qanun qəbul edib. Bütövlükdə, müxtəlif qadağalar, eləcə də ticarət və maliyyə qadağaları 1,8 mindən çox rusiyalıya, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, hökumət üzvləri, RF Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Duması və Federasiya Şurasının deputatları və digərlərinə şamil edilib.

    Eyni zamanda, Rusiya Mərkəzi Bankı da daxil olmaqla 400 təşkilat, 20 maliyyə qurumu, 37 media şirkəti və jurnalistə, habelə RF Mərkəzi Seçki Komissiyasının 15 üzvünə də qarşı məhdudiyyətlər tətbiq edilib.

  • “Milan”ın hücumçusu karyerasını “Barselona”da davam etdirə bilər

    “Milan”ın hücumçusu Rafael Leau karyerasını “Barselona”da davam etdirə bilər.

    Futbol agenti Xorxe Mendeş 25 yaşlı portuqaliyalı oyunçunun transferi ilə bağlı Kataloniya klubunun prezidenti Xuan Laporta ilə görüşüb və razılığa gəlib.

    Hazırda tərəflər müqavilənin şərtləri üzərində çalışırlar.

    Qeyd edək ki, R.Leau bu mövsüm “Milan”ın heyətində meydana çıxdığı 39 matçda 10 qola, 9 məhsuldar ötürməyə imza atıb.

  • В Азербайджане найдены 19 человек, числившихся пропавшими без вести

    В Азербайджане в минувшие выходные найдены 19 человек, числившихся пропавшими без вести.

    Об этом сообщили в Министерстве внутренних дел.

    Было отмечено, что 15 и 16 марта в результате мероприятий, проведенных сотрудниками полиции, были найдены и переданы соответствующим органам 19 человек, покинувших место жительства, не уведомив членов семьи.