Month: March 2025

  • Çin “DeepSeek” işçilərinə məhdudiyyət qoydu

    Çin hakimiyyəti “DeepSeek” süni intellekt startapı əməkdaşlarının xaricə səfərləri üzərində nəzarəti gücləndirib.

    Median.Az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, “beyin axını”nın qarşısını almaqdan ötrü belə bir addım atılıb.

    “DeepSeek”in ana şirkəti “High-Flyer” bəzi əməkdaşların pasportlarını saxlayaraq, onların ökəni icazəsiz tərk etmək imkanını məhdudlaşdırır.

    Bu tədbirlər Çin hökumətinin süni intellekt sahəsindəki alimlərə və sahibkarlara ABŞ-yə səfərdən çəkinmək tövsiyələri fonunda tətbiq edilib.

  • ABŞ-də cinayətkarlar pitonlarla hədə-qorxu gələrək YDM-i qarət ediblər

    ABŞ-nin Tennessi ştatında dörd cinayətkar kassirlərə piton ilanları hədə-qorxu göstərərək, yanacaqdoldurma məntəqəsini (YDM) qarət edib.

    Bu barədə Median.Az “Baza” “Telegram” kanalına istinadla xəbər verir.

    Bildirilir ki, iki oğlan və iki qız əllərində ilanlarla yanacaqdoldurma məntəqəsinə daxil olub. Kassirlər qorxduqlarından piton ilanlarının zəhərli olmadıqlarını diqqətə almayıblar.

    İnsident nəticəsində qarətçilər 400 dollar dəyərində çətənə yağı götürərək, hadisə yerindən uzaqlaşıblar.

  • Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır

    Yuxu və ya istirahət zamanı ayaqlarda hiss olunan narahatlığın müalicəsində istifadə edilən ropinirol aktiv maddəli dərmanların qumar və cinsi asılılığa səbəb olduğu aşkar edilib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, reseptlə dərman alan xəstələr qeyri-adekvat cinsi istəyə səbəb olan ciddi yan təsirlər barədə həkimlərin onları xəbərdar etmədiyini bildiriblər.

    Milyonlarla insan tərəfindən istifadə edilən bu dərmanlar başgicəllənmə, halsızlıq və ya qusma kimi yan təsirlərə də səbəb ola bilər.

    Lakin bəzi bu tərkibli dərmanların müntəzəm istifadəsi hətta qumar asılılığı ilə nəticələnir.

    Bildirilir ki, ropinirollu dərmanlardan istifadə edənlərin 6-17%-i onlardan mənfi təsirlənir.

  • Qorxunc xəstəliyin gözlənilməz əlaməti: 10 il əvvəldən xəbərdarlıq edir

    Avstraliyalı Freyzerə 41 yaşında Alzheymer diaqnozu qoyulub. Lakin onun xəstəliyinin ilk simptomu 31 yaşında ortaya çıxıb.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, kişi bu xəstəliklə bağlı problemləri daha əvvəldən hiss etməyə başlayıb.

    Hər şey kiçik bir simptomla başlayıb. Freyzer yaxın zamanlarda izlədiyi filmin sonunu xatırlaya bilməyib.

    “Mən onu necə izlədiyimi heç xatırlamırdım. Ümumilikdə isə o vaxtlar çox film izləyirdim. Ona görə də bu, bir qədər qəribə və narahatedici idi”, – deyə kişi danışıb.

    Alimlər belə qənaətə gəliblər ki, fraqmentar yaddaş pozuntuları illər öncə Alzheymer barədə xəbərdaredici əlamət ola bilər.

  • Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu

    Türkiyədə hava limanının Ali Çelikten adlı əməkdaşı yükləri İstanbuldan Afinaya uçan təyyarəyə yükləyərkən həmkarları tərəfindən orada unudulub.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Çelikten içəridə olarkən ekipaj yük bölməsinin qapısını bağlayıb.

    Təyyarə qalxmağa hazırlaşarkən gəncin kömək çağırışları mühərrik səsindən eşidilməyib.

    Xoşbəxtlikdən, Alinin itkin düşdüyü tezliklə aşkar edilib və təyyarə tez bir zamanda geri qaytarılıb.

    Ümumilikdə, gənc 11-12 min metr yüksəklikdə təxminən bir saat yarım ərzində mənfi 25 dərəcə soyuqluqda qalıb.

    Uçuşdan sonra onun ayaqlarını don vurub. Ali hələ də müalicə almağa davam edir. Bu hadisə dekabrın ortalarında baş verib, lakin insident mediaya yalnız indi sızıb.

  • Скончался азербайджанский художник Нагдали Халилов

    На 79-м году жизни ушел из жизни азербайджанский художник Нагдали Халилов.

    О его кончине сообщил основатель Музейного центра “Хазар” Сиявуш Ализаде.

    Нагдали Халил оглу Халилов родился 1 июня 1946 года в Масисском районе (Гемерли) Армении. В 1972 году окончил Художественное училище имени Азима Азимзаде, а в 1980 году – Тбилисскую государственную академию художеств.

    С 1984 года являлся членом Союза художников Азербайджана.

  • Rəssam Nağdəli Xəlilov vəfat etdi

    Rəssam Nağdəli Xəlilov vəfat edib.

    Bu barədə “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib.

    Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

  • Torpaqlara necə çıxarış almaq olar? – VİDEO

    Torpaqlar kənd təsərrüfatı və ya yaşayış təyinatlı ola bilər.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, hər iki halda vətəndaş ilkin sənədləri toplayıb çıxarış üçün təqdim etməlidir.

    Bu sırada ən aktual məsələlərdən biri üzərində ev tikilən torpaqlardır. Bu torpaqların bir çoxunu vətəndaşlar 2007-ci ilədək bələdiyyələrdən alıblar.

    Bununla bağlı ilkin sənəd daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim olunmalıdır.

    2007-ci ildən sonra isə bələdiyyələr torpaqları yalnız hərrac yolu ilə satdığından burada verilən sənəd fərqlidir.

    Ətraflı süjetdə:

  • У входа в магазин в Баку произошел пожар – ВИДЕО

    В Баку произошел пожар.

    Инцидент зафиксирован в вечерние часы перед магазином, расположенным вблизи станции метро “28 Мая”.

    В результате происшествия движение транспорта на данной территории затруднилось.

    В ответ на запрос нашей редакции в Министерстве по чрезвычайным ситуациям (МЧС) сообщили, что у входа в магазин загорелись бытовые отходы на площади 2 кв.м. Возгорание было ликвидировано в короткие сроки.

    Представляем соответствующие кадры:

  • Bakıda mağazada yanğın baş verib – VİDEO

    Bakıda yanğın hadisəsi baş verib.

    Hadisə axşam saatlarında metronun “28 May” stansiyası yaxınlığındakı mağazada qeydə alınıb.

    Nəticədə nəqliyyatın hərəkəti çətinləşib.

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mağazanın girişində 2kv.m. sahədə məişət tullantısı yanıb.

    Yanğın qısa müddətdə söndürülüb.

    Həmin görüntüləri təqdim edirik: