Month: March 2025

  • Что произошло сегодня утром на станции метро “Кёроглу”? – ВИДЕО

    Сегодня утром на входе станции метро “Кёроглу” образовалась давка.

    Многим пассажирам не разрешили войти на станцию.

    Пресс-секретарь ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов заявил Oxu.Az, что на станции метро “Кёроглу” нет технических проблем, связанных с инфраструктурой.

    “Наблюдалась высокая плотность пассажиров. Для обеспечения безопасного передвижения в метрополитене предусмотрены дополнительные механизмы контроля. В целом вся инфраструктура метро, включая поезда, находится в исправном состоянии”, – сказал он.

  • Metronun “Koroğlu” stansiyasında nə baş verib? – VİDEO

    Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasının giriş hissəsində sıxlıq yaranıb.

    Bir çox sərnişinə stansiyaya girməyə icazə verilməyib.

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun “Koroğlu” stansiyasında infrastrukturla bağlı texniki xarakterli problem yoxdur.

    “Sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir”.

  • Как Армения готовится к войне: кадры боевых позиций – ВИДЕО

    Армения, которая завершила согласование мирного договора с Азербайджаном, готовится к войне.

    Общественное телевидение (İTV) провело съемки на условной границе между Нахчыванской Автономной Республикой и Арменией.

    На кадрах можно отчетливо увидеть, что армянская сторона проводит инженерно-укрепительные работы на боевых позициях.

    Представляем соответствующее видео:

  • Ermənilər müharibəyə hazırlaşırlar – Postlardan görüntülər (VİDEO)

    Bakı ilə sülh danışıqlarını yekunlaşdıran Ermənistanda müharibəyə hazırlıqlar gedir.

    İrəvanın müharibəyə hazırlaşması barədə saysız-hesabsız sübutlar var.

    İctimai TV bu günlərdə Naxçıvanın Ermənistanla şərti sərhədində çəkiliş aparıb.

    Kanal erməni postlarını lentə alarkən onların mühəndis-istehkam işləri həyata keçirdiyinin şahidi olub.

    Həmin görüntüləri təqdim edirik:

  • Mixail Saakaşviliyə yeni həbs cəzası verildi

    Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili əlavə olaraq 4.5 il həbs cəzasına məhkum edilib.

    Bu barədə “TV Pirveli” məlumat verib.

    Bildirilir ki, Tbilisi məhkəməsi onu 2021-ci ilin payızında səkkiz ildən sonra gizlicə ölkəyə qayıtdığı zaman dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.

    Qeyd edək ki, hazırkı hökm keçmiş dövlət başçısı üçün artıq dördüncü olub. Üçüncü hökm 12 martda elan edilmişdi – Saakaşvili büdcə vəsaitlərinin böyük miqdarda mənimsənilməsi işi üzrə doqquz il həbs cəzası almışdı. Bu, keçmiş prezidentin 2021-ci ildən bəri digər iki iş üzrə – deputat Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Girgvlianinin qatillərinin əfv edilməsi ilə bağlı çəkdiyi altı illik cəzaya üç il əlavə etdi.

    İstintaqda hələ də 2007-ci ildə Tbilisidəki nümayişin güc tətbiq edilərək dağıdılması və iş adamı Badri Patarkatsiviliyə məxsus olan “Imedi” telekanalının ələ keçirilməsi ilə bağlı daha bir iş qalır.

  • В Баку продолжается суд над армянами, обвиняемыми в военных преступлениях

    В Бакинском судебном комплексе проходит судебное заседание по уголовному делу лиц, обвиняемых в военных преступлениях против Азербайджана.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Отметим, что лица армянского происхождения обвиняются в преступлениях против мира и человечности, военных преступлениях, включая ведение агрессивной войны, геноцид, принудительное переселение населения, преследования, пытки, грабеж и другие незаконные действия, совершенные государством Армения и её вооруженными силами, а также так называемой “нагорно-карабахской республикой”, созданной Арменией на оккупированных территориях Азербайджана, и её незаконными вооружёнными формированиями.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давида Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

    Ötən prosesdə təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarına cavab veriblər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Sahibsiz itlər məktəbin həyətində məskən salıb: Uşaqlar təhlükədə – VİDEO

    Son günlər Mingəçevirdəki sahibsiz itlər sakinlər üçün ciddi təhlükə yaradıb.

    Küçə itlərinin uşaqlara hücum etdiyi 17 saylı məktəbin həyətini özlərinə məskən seçdiyi bildirilib.

    Sakinlərin sözlərinə görə, sahibsiz itlər dəfələrlə azyaşlılara hücum edərək onları qorxudub.

    Mingəçevir Şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən isə bildirilib ki, itlərin çoxu ərazidə yaşayan sakinlərə məxsusdur.

    Ətraflı Baku TV-nin süjetində:

  • Hande Erçel ilkə imza atdı

    Son olaraq Barış Arduç ilə baş rolları paylaşdığı “Rüzgara Bırak” filmi ilə gündəmə gələn Hande Erçelin yeni layihəsi bəlli olub.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, Erçelin yeni filminin süjetini özünün yazdığı ortaya çıxıb.

    Aktrisanın yeni ekran partnyoru Metin Akdülger olacaq. İkili “İki Dünya Bir Dilek” adlı filmdə bir araya gələcək.

    Filmin ssenarisini isə Elçin Muslu yazacaq.

    10 apreldə çəkilişlərə başlanacaq filmdə Hande Erçel “Bilge” adlı vəkili canlandıracaq.

    Beləliklə də, Hande ilk dəfə öz yazdığı hekayə əsasında çəkilən filmdə baş rolda oynayacaq.

    Filmdə Hüseyn Avni Danyal, İdil Fırat, Mert Ege Ak, Rami Narin, Eylül Su Sapan, Nazlıcan Demir və Serkan Tınmaz kimi adlar rol alacaq.

  • Bakıda xüsusi internat məktəblərindən birində vaxtı bitmiş dərmanlar, digərində ərzaqlar aşkarlandı

    İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəzdindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb.

    Planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.

    Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

    Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.