Month: March 2025

  • МИД Ирана приветствует согласование положений мирного договора между Азербайджаном и Арменией

    Иран приветствует согласование положений мирного договора между Азербайджаном и Арменией.

    Как передает Telegram-канал “Свободный Иран”, об этом заявил представитель Министерства иностранных дел (МИД) ИРИ Исмаил Багаи.

    Он назвал соглашение необходимым и важным шагом на пути к достижению прочного мира на Южном Кавказе.

    “Надеемся, что стороны вскоре подпишут мирный договор, разрешив разногласия путем диалога и дипломатии, в результате чего в регионе будет обеспечен прочный мир и стабильность”, – подчеркнул И.Багаи.

  • İran XİN Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə anlaşmanı təqdir edib

    İran Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə olunan anlaşmanı təqdir edir.

    “Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

    O, İranın Ermənistan və Azərbaycan arasında sülh sazişinin müddəalarının razılaşdırılmasını təqdir etdiyini bildirib.

    İran XİN sözçüsü razılaşmanı Cənubi Qafqazda davamlı sülhə nail olmaq yolunda zəruri və mühüm addım hesab edib.

    “Ümid edirik ki, tərəflər fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll edərək tezliklə sülh sazişini imzalayacaqlar və bunun nəticəsində regionda davamlı sülh və sabitlik təmin olunacaq”, – İ.Bəqai vurğulayıb.

  • AZAL возобновляет рейсы в Самарканд: билеты уже в продаже

    Национальный авиаперевозчик Азербайджана AZAL с 1 апреля возобновляет регулярные рейсы в Самарканд – один из уникальных городов Востока. Авиабилеты по маршруту Баку – Самарканд – Баку уже в продаже.

    Об этом сообщает пресс-служба ЗАО Azerbaijan Airlines.

    Рейсы из Баку в Самарканд будут выполняться по вторникам и субботам, а в обратном направлении – по средам и воскресеньям. Теперь у пассажиров AZAL есть прекрасная возможность открыть для себя этот культурный и исторический центр Узбекистана.

    Отправляйтесь в путешествие с AZAL и окунитесь в древнюю атмосферу города!

    Авиабилеты можно приобрести на официальном сайте www.azal.az, через мобильное приложение авиакомпании, а также в кассах и у аккредитованных агентов AZAL.

  • AZAL Səmərqəndə uçuşları bərpa edir

    Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir. Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

    AZAL ilə Səmərqəndə səyahətə yollanaraq bu möhtəşəm şəhərin qədim ab-havasını kəşf edin!

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

  • Donatella Versace italyan brendindəki vəzifəsini tərk edir

    İtaliyanın məşhur lüks moda evi “Versace”nin rəhbəri Donatella Versace markanın dizayn idarəçiliyini “Miu Miu” brendindən Dario Vitaleyə təhvil verir.

    Təxminən 30 ildir “Versace”nin başında duran Donatella Versace bu qərarını açıqlayaraq, brendin yeni dövrə qədəm qoyduğunu bildirib. Bu dəyişiklik “Miu Miu”nun da sahibi olan “Prada” moda evinin “Versace”ni satın almaq üçün danışıqlar apardığı xəbərlərindən sonra baş verib.

    AFP agentliyinin məlumatına görə, bu qərar “Versace”nin idarəçiliyinin ailənin nəzarətindən çıxması deməkdir. Cəsarətli və nümayişkaranə dəb üslubu ilə tanınan “Versace” xüsusilə yüksək cəmiyyət nümayəndələri arasında məşhurdur.

    Brend 1978-ci ildə Canni Versace tərəfindən yaradılıb. 1997-ci ildə onun faciəvi ölümündən sonra Donatella Versace markanın rəhbərliyini üzərinə götürmüşdü.

    “Qardaşım Canni Versacenin irsini qoruyub saxlamaq həyatımın ən böyük şərəfi oldu. O, həqiqətən bir dahi idi. Onun ruhundan və qətiyyətindən bir qismini mənimsəyə bildiyimi düşünmək mənim üçün böyük bir ümiddir”, deyə Donatella Versace bildirib.

    O, bundan sonra da markanın ən sadiq dəstəkçisi olaraq qalacağını vurğulayıb. Donatella Versace brendin rəsmi səfiri kimi fəaliyyətini davam etdirəcək.

    “Versace” 2018-ci ildən etibarən “Jimmy Choo” və “Michael Kors”un da daxil olduğu “Capri Holdings” moda qrupunun tərkibindədir. “Bloomberg” agentliyinin məlumatına görə, “Capri Holdings” bu ayın əvvəlində brendi təxminən 1,5 milyard avroya (1,6 milyard dollar) satmaq niyyətində olduğunu açıqlamışdı.
    //qaynar.az

  • Dünya 2035-ci ildə: III dünya müharibəsi başlayacaqmı, yeni pandemiya təhlükəsi varmı?

    Dünya qarşıdakı on il ərzində hansı istiqamətdə dəyişəcək? Qlobal güclərin rəqabəti, texnoloji yeniliklər və ekoloji dəyişikliklər yeni dünya nizamını necə formalaşdıracaq? İnsanlığı hansı böyük təhlükələr gözləyir? 357 beynəlxalq strateq və mütəxəssisin proqnozları gələcəyə dair narahat bir mənzərə yaradır. Bəs bu təhdidlər qaçılmazdırmı?

    III Dünya müharibəsi 2035-ci ilə qədər baş verə bilərmi?

    Beynəlxalq münasibətlər üzrə mütəxəssislər qlobal miqyasda genişmiqyaslı bir müharibənin qaçılmaz olacağından narahatdırlar. Son sorğular göstərir ki, xüsusilə ABŞ, Çin və Rusiya kimi güc mərkəzlərinin iştirak edəcəyi Üçüncü dünya müharibəsinin 2035-ci ilə qədər başlama ehtimalı geniş yayılmış fikirdir.

    Sorğuda iştirak edən mütəxəssislərin 40,5%-i böyük güclərin iştirakı ilə genişmiqyaslı bir müharibənin baş verəcəyinə inanır. Bu münaqişənin təkcə ənənəvi döyüş taktikasını deyil, həm də nüvə silahlarından və kosmosda hərbi əməliyyatlardan istifadəni əhatə edəcəyi ehtimal edilir.

    Bu proqnozları dəstəkləyən ən diqqətçəkən nümunələrdən biri 2019-cu ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın ABŞ Kosmik Qüvvələrini yaratmasıdır. Bu qüvvənin əsas vəzifəsi, ABŞ və onun müttəfiqlərinin kosmosda və kosmos vasitəsilə təhlükəsizliyini təmin etməkdir.

    ABŞ zəifləyəcək, yeni qlobal ittifaqlar yaranacaq

    Sorğu nəticələrinə görə, dünya yeni beynəlxalq ittifaqların yaranması ehtimalı ilə qarşı-qarşıyadır. Mütəxəssislərin 47,4%-i Çinin Rusiya, İran və Şimali Koreya ilə birlikdə yeni bir ittifaq yaradacağına inanır. Bu cür birləşmələr gələcək qlobal münaqişələri daha da mürəkkəbləşdirə bilər.

    Bundan əlavə, siyasi analitiklər qarşıdakı on il ərzində Ukrayna üçün vəziyyətin mənfi istiqamətdə inkişaf edəcəyini və ABŞ-ın həm iqtisadi, həm də diplomatik cəhətdən zəifləyəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, qlobal miqyasda demokratiyanın geriləməyə davam edəcəyi və bunun nəticəsində “demokratik böhran”ın yaranacağı bildirilir.

    Yeni pandemiya təhlükəsi varmı?

    Yaxın Şərqdəki vəziyyət qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. İsrail və Fələstin arasındakı münaqişənin yaxın on il ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalmayacağı proqnozlaşdırılır.

    Bununla belə, mütəxəssislərin 56%-i 2035-ci ilə qədər İsrailin Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrini normallaşdıracağını düşünür. Bu cür dəyişikliklər Yaxın Şərqin təhlükəsizlik və sabitlik şəraitini yenidən formalaşdıra bilər.

    Digər tərəfdən, qlobal iqtisadi problemlər də ciddi narahatlıq doğurur. Sorğu iştirakçılarının 5,1%-i artan borcların dünya iqtisadiyyatını iflic edəcəyini düşünür. Bununla yanaşı, yalnız 1,7%-i yeni pandemiyanın dünyanı ən böyük böhranla üz-üzə qoyacağına inanır.

    Əsas təhlükə yalnız müharibə və iqtisadi problemlər deyil

    2035-ci ilə qədər dünyanın qarşılaşacağı ən böyük təhlükələrdən biri də iqlim dəyişikliyi hesab edilir. “Atlantic Council”in araşdırmalarına görə, respondentlərin 62%-i 2035-ci ilə qədər planetin bugünkündən daha pis vəziyyətdə olacağını düşünür.
    //qaynar.az
    Qlobal təhlükəsizlik və nüvə müharibəsi ilə bağlı narahatlıqlara baxmayaraq, bir çox ekspert iqlim dəyişikliyini ən təcili qlobal problem hesab edir. Sorğuda iştirak edənlərin 29,9%-i qarşıdakı on ildə ən böyük təhlükənin iqlim dəyişikliyi olacağını düşünür – bu, qlobal müharibə ehtimalından daha yüksək göstəricidir.

    Aparılan tədqiqatlar göstərir ki, iqlim dəyişikliyinin əsas səbəbi insan fəaliyyətidir. Ekoloji fəalların fikrincə, Kaliforniyada baş verən meşə yanğınları və artan qasırğalar kimi fəlakətlər iqlim dəyişikliklərinin nəticəsidir. Sorğuda iştirak edən mütəxəssislərin böyük əksəriyyəti 2035-ci ilə qədər bu problemlə mübarizədə daha geniş beynəlxalq əməkdaşlığın yaranacağını düşünür.

    Süni intellekt qlobal problemlərin həllinə kömək edə bilər

    Texnologiyanın sürətli inkişafı gələcəkdə dünya düzəninə mühüm təsir göstərəcək. Xüsusilə süni intellekt və avtomatlaşdırma texnologiyalarının əmək bazarına böyük təsir edəcəyi gözlənilir.

    Sorğu iştirakçılarının 58%-i süni intellektin qlobal problemlərin həllinə müsbət təsir göstərəcəyini düşünür. Lakin bununla yanaşı, süni intellekt və avtomatlaşdırmanın iş yerlərinin azalmasına səbəb olacağına dair narahatlıqlar da mövcuddur.

    Bütün bu proqnozlar göstərir ki, qlobal mütəxəssislər qarşıdan gələn onillikdə həm müharibə, həm iqtisadi qeyri-sabitlik, həm də iqlim dəyişikliyi kimi ciddi qlobal problemlərlə bağlı dərin narahatlıqlar keçirirlər. Geosiyasi və texnoloji inkişaflar dünya nizamını dəyişdirəcək və insanlığın qarşısında yeni çağırışlar yaradacaq.

  • Havadan alınan nəmlə plastik emal edildi – Alimlərin unikal kəşfi

    Alimlər plastik tullantıların emalı sahəsində qlobal problemi həll etməyə kömək edə biləcək unikal kəşf ediblər. Yeni ekoloji üsul havadakı nəmdən istifadə edərək plastiki parçalamağa imkan verir.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Interesting Engineering” yazır.

    Məlumata görə, emal prosesi əvvəlcə poliester ailəsinə aid ən geniş yayılmış plastik növü olan politereftalat etilenin (PET) bağlarını dağıdan ucuz katalizator vasitəsilə həyata keçirilir.

    PET katalizator və aktivləşdirilmiş kömürlə qarışdırılaraq qızdırılır və nəticədə polimerin strukturasındakı kimyəvi bağlar tez bir zamanda qırılır. Daha sonra parçalanmış material havaya məruz qalır, burada isə az miqdarda nəmin təsiri ilə PET monomerlərə – plastiklərin əsas tikinti bloklarına çevrilir.

    Nəticədə, poliesterlərin istehsalı üçün dəyərli xammal olan təmiz tereftal turşusu (TPT) əldə edilir.

    “Biz plastikin parçalanması üçün havadakı nəmdən istifadə etdik və olduqca təmiz və selektiv proses yaratdıq”, – araşdırmanın müəlliflərindən biri, Yosi Kratiş bildirib.

    Digər həmmüəllif Navin Malik isə atmosferin, hətta nisbətən quru şəraitdə belə, 10 000-15 000 kub kilometr su ehtiva etdiyini izah edib.

    Kratişin sözlərinə görə, sistem qüsursuz işləyib, lakin əlavə su əlavə edildikdə sıradan çıxıb, çünki suyun artıq miqdarı prosesin işini pozub. Alim vurğulayıb ki, düzgün balansın qorunması son dərəcə vacibdir və sonda məhz havadakı təbii rütubət ideal nəm səviyyəsini təmin edib.

    Bu metod niyə ənənəvi üsullardan daha üstündür?

    Interesting Engineering bu emal metodunun ənənəvi üsullardan üstün olduğunu vurğulayır. Əsas üstünlüklərdən biri yüksək temperaturun tələb olunmamasıdır, halbuki ənənəvi üsullar yüksək enerji sərfiyyatına ehtiyac duyur. Bundan başqa, prosesdə toksik həlledicilər və təhlükəli kimyəvi maddələr istifadə olunmur ki, bu da onu ekoloji cəhətdən daha əlverişli edir.

    Bu metodun digər üstünlüyü isə ucuz və əlçatan katalizatordan istifadə edilməsidir. Burada molibden və aktivləşdirilmiş kömür tətbiq edilir ki, bunlar həm təhlükəsiz, həm də geniş yayılmış materiallardır.

    Bundan əlavə, alimlər yeni emal üsulunun sürətini və effektivliyini də qeyd ediblər: plastikin 94%-i cəmi 4 saat ərzində emal edilir.

    Üstəlik, bu metodla plastik emalı üçün tullantıların əvvəlcədən çeşidlənməsinə ehtiyac yoxdur.

    Plastik tullantıların yaratdığı təhlükə və yeni üsulun əhəmiyyəti

    Məqalədə bildirilir ki, PET plastik qida qablaşdırmalarında və içki butulkalarında geniş istifadə olunur və qlobal plastik istehlakının 12%-ni təşkil edir. O, ciddi çirklənmə mənbəyidir, çünki olduqca davamlıdır və istifadədən sonra ya zibilliyə atılır, ya da mikro və nanoplastik hissəciklərə parçalanaraq təbiəti çirkləndirir.

    Mövcud plastik emalı üsulları isə çox vaxt yüksək temperatur, intensiv enerji sərfiyyatı, sərt həlledicilər tələb edir və toksik yan məhsullar əmələ gətirir. Bundan başqa, platin və palladium kimi bahalı katalizatorlar istifadə olunur ki, bu da əlavə tullantı problemi yaradır.

    “Biz həlledicilər əvəzinə havadan alınan su buxarından istifadə etdik. Bu, plastik tullantılarının emalı problemini daha həssas şəkildə həll etməyə imkan verir”, – Kratiş əlavə edib.

  • “Bluesky”nin icraçı direktoru Mark Zukerberq latın dilində ələ saldı

    “Bluesky” şirkətinin baş icraçı direktoru Cey Qreber SXSW 2025 tədbirində çıxışı zamanı geyimi və mesajı ilə diqqət çəkib.

    Qaynarinfo xəbər verir ki, səhnəyə yığılmış saçları və enli qara köynəyi ilə çıxan Qreber texnologiya sektorunda qadınların ciddiyə alınmaq üçün tez-tez qadınsı xüsusiyyətlərini kölgədə saxlaması fenomeninə işarə edən bir tərz nümayiş etdirib.

    Lakin onun geyim seçimi təsadüfi olmayıb. Qara köynəyi ilə “Bluesky” platformasının qarşı durduğu əsas simalardan biri olan Mark Zukerberqə incə, lakin açıq bir göndərmə edib.

    “Meta”nın Mark Zukerberq bir müddət əvvəl etdiyi çıxışlardan birində Roma İmperiyasının son diktatoru Yuli Sezar ilə özünü müqayisə etmişdi. Onun geyindiyi köynəkdə “Aut Zuck aut nihil” ifadəsi yazılmışdı ki, bu da latınca “Ya Sezar, ya heç” mənasını verən “Aut Caesar aut nihil” ifadəsinə bənzədilmiş bir zarafatdır.

    Cey Qreber isə çıxışında “Mundus sine caesaribus”, yəni “Sezarların olmadığı bir dünya” yazılmış köynək geyinərək ona cavab verib.

    “Bluesky” platformasının dizaynı ilə bağlı Qreber açıq şəkildə mövqeyini ortaya qoyub. “Bluesky” açıq mənbə kodlu, mərkəzsizləşdirilmiş sosial şəbəkə olaraq, istifadəçilərə platformanın necə qurulduğu barədə şəffaf məlumat verir və ənənəvi sosial media platformalarından fərqlənir. O, SXSW çıxışında bu barədə belə danışıb:

    “Əgər sabah bir milyarder gəlib “Bluesky”ı satın alarsa, onu idarə etməyə başlayarsa və ya istifadəçilərin xoşuna gəlməyəcək dəyişikliklər etsə, insanlar platformadan ayrılıb başqa bir tətbiqə keçə bilərlər. Artıq alternativ tətbiqlər mövcuddur və siz də yenisini yarada bilərsiniz. Bu açıqlıq hər zaman yeni bir seçim imkanı verir”.

    Son dövrlərdə “Meta” və X (keçmiş Twitter) kimi platformalar istifadəçilərin sosial medianı necə təcrübədən keçirdiyini dəyişdirərək bəzi istifadəçiləri uzaqlaşdırıb və bu, “Bluesky”ın sürətlə böyüməsinə səbəb olub. Xüsusilə “Meta” istifadəçi paylaşımlarından süni intellekt üçün məlumat toplamaq və müstəqil fakt yoxlama proqramlarını məhdudlaşdırmaq kimi mübahisəli yeniliklər tətbiq etdikdən sonra “Bluesky” sürətlə populyarlıq qazanıb.

    Lakin “Meta”nın qurduğu “Roma İmperiyası”nı devirmək üçün “Bluesky” hələ uzun bir yol qət etməlidir. Hazırda Bluesky platformasının təxminən 33 milyon istifadəçisi olduğu halda, “Meta”nın “Facebook”, “Instagram” və “WhatsApp” kimi məhsulları vasitəsilə gündəlik 3,35 milyard aktiv istifadəçisi var. Bu da dünya əhalisinin təxminən 40 faizinə bərabərdir.

    Buna baxmayaraq, “Bluesky” yeni bir sosial şəbəkə üçün kifayət qədər mədəni təsir buraxmağı bacarıb. Axı nə Roma bir gündə qurulub, nə də bir gündə yıxılıb.

    Bu arada qeyd etmək lazımdır ki, Zukerberqin Roma İmperiyası və imperator Avqustusa olan marağı çoxdan məlumdur. O, hətta bal ayını Priskilla Çan ilə Romada keçirib. Çan bu marağı zarafatla belə ifadə edib: “Bal ayında sən, mən və Avqust var idi”.

    Zukerberq də bu barədə açıq danışıb: “Bütün şəkillərimiz fərqli Avqust heykəllərindən idi”.

  • Azərbaycanlı idmançı dostu ilə itkin düşdü (FOTO)

    Azərbaycan vətəndaşları – Rəşad Əsgərov və Xəyyam Qaraşov Ukraynada itkin düşüb.

    Bu barədə Teleqraf-a R.Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.

    Onun sözlərinə görə, qardaşı Rəşad yaxın dostu X.Qaraşovla birgə bu ilin fevralın 26-da Ukrayna ərazisinə daxil olub.

    “Onlar Kiyev şəhərində idilər. Martın 6-dək qardaşımla hər gün əlaqə saxlamışam. Qardaşım və dostu ailəlidir, hər birinin iki övladı var. 20 ilə yaxındır daimi yaşayış icazəsi əsasında Ukraynada yaşayırlar. Rəşad özü cüdoçudur. Azərbaycanda cüdo ustası kimi fəaliyyət göstərirdi. Son danışığımız zamanı hər hansı bir şübhəli məqam müşahidə etməmişəm. Qardaşım və dostu əvvəllər məhkum olunmayıblar və kriminal aləmlə heç bir əlaqələri yoxdur”, – R.Əsgərov söyləyib.

    O qeyd edib ki, qardaşının dostu ilə birgə itkin düşməsi barədə Kiyev polisi məlumatlandırılıb.

    Qeyd edək ki, Rəşad Əsgərov 1984-cü il təvəllüdlüdür. 2023-cü ildə Qazaxıstanın Uralsk şəhərində keçirilmiş gənclər arasında sambo üzrə dünya çempionatında gümüş medal qazanıb.

    Kiyevdə yaşayıb, Azərbaycan vətəndaşı olsa da, Ukraynadan oturum almışdı, məşqçi idi.





  • Hansı ölkənin neçə nüvə silahı var?

    Dünyada geosiyasi münasibətlər gərginləşdikcə, tez-tez belə bir sual ağlımıza gəlir: Hansı ölkənin neçə nüvə silahı var?

    Bu suala 100 faiz düzgün cavab tapmaq əslində çətindir. Çünki bu məlumat dövlət sirri kimi saxlanılır. Bununla belə, vəziyyəti anlamaq üçün hələ də bəzi məlumatlar mövcuddur.

    Qaynarinfo xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hər il bu mövzuda hesabat hazırlayır. 2024-cü il hesabatına görə, dünyada 9 ölkə nüvə silahı döyüş başlığına malikdir.

    2024-cü ilin yanvar hesabatına görə, ölkələrin inventarında olan təxmin edilən 12121 döyüş başlığından 9585-i potensial istifadə üçün hərbi ehtiyatlarda saxlanılır.

    9585 nüvə başlığının 4380-i Rusiya ordusunun inventarındadır. ABŞ ordusu 3708 nüvə başlığı ilə ikincidir.

    Bununla belə, istifadəyə hazır nüvə başlıqlarına görə ABŞ 1770-lə birinci, Rusiya isə 1710-la ikinci yerdədir.

    Hər iki sahədə ilk iki yeri bölüşən ABŞ və Rusiyadan sonra Çin, Fransa, İngiltərə, Hindistan, Pakistan, İsrail və Şimali Koreya gəlir.

    İnventar siyahısı aşağıdakı kimidir:

    Rusiya: 4380
    ABŞ: 3708
    Çin: 500
    Fransa: 290
    İngiltərə: 225
    Hindistan: 172
    Pakistan: 170
    İsrail: 90
    Şimali Koreya: 50