Month: March 2025

  • Azərbaycanda məşhur şirkət müflis oldu

    “Akkord”un törəmə şirkəti olan “Akkord Hidrotexnikal Construction Company” MMC müflis olur.

    Bu barədə İqtisadiyyat.az şirkətə istinadən məlumat yayıb.

    Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən “Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

    Məlumat üçün bildirək ki, şirkətin həm də dövlət qarşısında külli miqdarda vergi borcu vardır. Belə ki, MMC-nin vergi borcunun məbləği 1 201 477,75 manat təşkil edir.

    Xatırladaq ki, “Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 1274541.46 manat, qanuni təmsilçisi isə Şahir Şirinovdur. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

    Qeyd edək ki, “Akkord” şirkətlər qrupunun sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.

  • Uşağın cinsiyyətini valideynə açıqlamaq hüquq pozuntusudur?

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Azərbaycanda doğulan uşaqların cins nisbətində ciddi problemlərin olduğunu vurğulayıb. O, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu önə çəkib.

    Cins nisbətləri ilə bağlı qanun necə təkmilləşə bilər? Mütəxəssislər bununla bağlı nə təklif edir?

    Professor Adil Qeybulla Qaynarinfo-ya bildirib ki, bu problemin kökü mentalitetlə əlaqədardır:

    “Bizdə oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Qız uşaqlarının doğuşundan çəkinmək üçün xeyli məqsədli abortlar var. Məqsəd həmin qız uşaqlarının doğuşunun qarşısını almaqdır. Bu, demoqrafik vəziyyətə təsir edir. Ona görə hesab edirəm ki, bunun həlli yolu daha çox təbliğatdan keçir. İnsanlar başa düşməlidir ki, indiki cəmiyyətdə onun önəmi yoxdur. Əvvəllər belə idi ki, oğlan uşaqları valideynin əmlakına sahib çıxırdı, nəslini davam etdirirdi”.

    Professor hüquqi dövlətdə bu anlayışların elə də əhəmiyyət kəsb etmədiyini vurğulayıb:

    “Elə qız uşağı olar bilər ki, hətta cəmiyyət üçün oğlandan daha bacarıqlı olsun. Cinsə görə abort etdirmək, qız uşaqlarının doğuşunun qarşısını almaq tendensiyasında birinci faktor insanların maarifləndirilməsi olmalıdır. İkinci faktor olaraq digər səbəblər var ki, onların da arasında ulturasəs müayinəsinin nəticələrinin valideynlərə deyilməsidir. Əslində bu müayinə onlara bildirilməməlidir”.

    Adil Qeybulla ulturasəs müayinəsinin nəticələrinin valideynlərə bildirilməsini hüquq pozuntusu sayır.

  • Azərbaycanlılar Türkiyədən mənzil alışında ilk 4-lükdə – Nə qədər alıblar?

    Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, bu ilin fevral ayında əcnəbilərə 1 457 mənzil satılıb.

    Fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 87 mənzil əldə edib və ən çox mənzil alan 10 ölkə arasında 4-cü sırada qərarlaşıb.

    Qeyd edək ki, bu göstərici yanvar ayında 50, ötən ilin dekabrında isə 110 olub.

    Yanvarda əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 256 mənzil. Onları 133 mənzillə İran, 99 mənzillə İraq vətəndaşları izləyib.

    Əcnəbilərə mənzil satışının ən yüksək olduğu şəhərlər sırasına isə İstanbul (539 mənzil), Antalya (503 mənzil) və Mersin (89 mənzil) daxil olub.

  • Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi – İlk dəfə

    Azərbaycanda qızılın bir unsiyasının (31 qram) qiyməti psixoloji həddi – 5 000 manatı keçib.

    Mərkəzi Bankın bu gün açıqladığı məlumatda qızılın bir unsiyasının qiymətinin 5 006 manata bərabər olduğu göstərilib.

    Qeyd edək ki, daha əvvəl qızılın qiyməti heç vaxt bu səviyyəyə qalxmayıb.

    Onu da bildirək ki, son günlər dünya bazarlarında qızılın qiymətinin yüksəlməsinə baxmayraq Azərbaycan Mərkəzi Bankı qızılın qiymətini daha az artırıb. Hətta, əvvəlki günlərlə müqayisədə qızlın qiymətində enmələr müşahidə edilib. Fevral ayının 24-də Mərkəzi Bank bir unsiya qızlın qiymətini 4 999,4 manata kimi yüksəltsə də, sonrakı tarixlərdə qiymətləri aşağı salıb.

  • Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimə hökm oxunub

    İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, 9 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, F.Qasımov 2023-cü ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb.

    Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

    Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir.
    //report

  • “Şlyapa Zahid”in məhkəməsi: Kreditin ayrılmasını Fazil Məmmədov göstəriş vermişdi, ondan Nəcməddin Sadıkov xahiş etmişdi

    Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin (“Şlyapa Zahid”) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində danışan Mürsəl Əliyev deyib ki, “Şahin CO” MMC vergi hesabatlarını boş verib, buna səbəb şirkətin fəaliyyət göstərməməsi olub:

    “Zahid Niftəliyevi “Şahin CO” şirkəti ilə bağlı tanımışam, onu 2-3 dəfə görmüşəm”.

    Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaq ifadəsi elan olunub.

    Mürsəl Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev və Müşahidə Şurasının sədri Fərid Hüseynovun göstərişi ilə “AES kapital” MMC-ni təsis etdiyini deyib:

    “Şirkətin yaradılmasında məqsəd tikinti işləri ilə məşğul olmaq olub. Bundan başqa “Şahin CO” MMC-yə kreditin ayrılması göstərişini Fazil Məmmədov verib, bunu da Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov xahiş edib. İlk dəfə 10 milyon, daha sonra 13 milyon 660 min, daha sonra isə 7 milyon kredit ayrılıb”.

    Şahid isə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.

    Daha sonra “Ata Bank”müşahidə şurasının üzvü İltifat Ağayev ifadə verib. O bildirib ki, “Şahin CO” MMC-yə kreditin ayrılması barədə müzakirə bankın müşahidə şurasında yox, kənarda müzakirə edilib və o yalnız sənədlərə qol çəkib:

    “Bu da mənim nöqsanım olub, müzakirəsində iştirak etmədiyim müqaviləyə qol çəkmişəm”.

    Proses aprelin 2-də davam edəcək.

    Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

    İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
    Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

    İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

    Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

  • Аркадий Гукасян признал, что “бюджет” самопровозглашенного режима формировался Арменией

    Обвиняемый Аркадий Гукасян 13 марта на продолжающемся судебном процессе в Бакинском Военном суде признал, что “бюджет” самопровозглашенного режима формировался Арменией.

    А.Гукасян на заявил, что средства, выделяемые Арменией в “бюджет” этого режима, назывались “кредитами”, однако эти “кредиты” были беспроцентными и бессрочными.

    “В то время это называлось “беспроцентными кредитами”. То есть, вопрос о возврате кредитов в ближайшее время не стоял. Кроме того, таможенные вопросы “экспортируемых” из Карабаха и “импортируемых” продуктов осуществлялись в Армении. Средства, собираемые Государственной таможенной Службой Армении в связи с “импортом” и “экспортом” в Карабахе, также входили в “беспроцентные кредиты”, – добавил он.

    Обвиняемый заявил, что доход от продажи так называемых “карабахских товаров” за рубежом через Армению был меньше, чем средства, которые Армения выделяла в “бюджет” самопровозглашенного режима под видом “кредита”.

    Он также отметил, что не обладает информацией о том, какая страна указывалась в качестве происхождения на “карабахских товарах”, которые “экспортировались” за границу через армянскую таможню.

    Напомним, что в Азербайджане продолжается судебный процесс над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности, военных преступлений, включая подготовку и ведение агрессивной войны, геноцид, нарушение законов и обычаев войны, а также терроризм, финансирование терроризма, насильственный захват и удержание власти и другие тяжкие преступления, совершенные в результате военной агрессии Армении.

  • Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib

    Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

    A.Qukasyan qondarma rejimin “büdcə”sinə Ermənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.

    “O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı “idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, – deyə o əlavə edib.

    Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığı vəsaitdən az idi.

    O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən” “Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Sabah Yasamalın bəzi ərazilərində qaz olmayacaq

    Sabah Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, Yasamal rayonu, Z. Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin və Z.Xəlilov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Обвиняемый в шпионаже гражданин Франции: Мне задавали вопросы по вооружению армии Азербайджана

    В Бакинском суде по тяжким преступлениям продолжился судебный процесс по делу гражданина Франции Мартина Райана, обвиняемого в шпионаже, и гражданина Азербайджана Азада Мамедли, которому предъявлено обвинение в государственной измене.

    На открытом заседании под председательством судьи Эльмина Рустамова присутствовали представители местных и зарубежных СМИ, а также сотрудники посольств.

    Выступая в суде, Мартин Райан рассказал, что впервые приехал в Азербайджан в 2015 году по приглашению своего знакомого Эмина Сулейманова. По его словам, позже он решил открыть здесь бизнес.

    “В 2015 году я познакомился с сотрудниками французского посольства в Азербайджане. Среди них был Фредерик Девос, который занимался геополитическими исследованиями, в частности, вопросами, связанными с Ираном. Со временем он начал задавать вопросы о военном потенциале Азербайджана, интересовался вооружением азербайджанской армии и ролью Турции и Пакистана в войне. Теперь я понимаю, что эти вопросы касались армянской разведки”, – заявил обвиняемый.

    По словам Райана, Девос просил его делиться видеоматериалами, анализировать деятельность российских и иранских бизнесменов в Азербайджане, а также знакомить его с местными гражданами.

    “Позже я познакомил его с Азадом Мамедли, так как Девосу нужен был человек, хорошо знающий Россию. После ухода Девоса в посольстве его сменил Лоран Лоди, который стал требовать от нас более опасную информацию”, – добавил он.

    Обвиняемый заявил, что не получал вознаграждения за свои услуги, однако поддерживал связи с французскими дипломатами, надеясь укрепить свои позиции в бизнес-среде.

    Следующее судебное заседание назначено на 14 апреля.

    Отметим, что гражданин Франции, гендиректор ООО “Меркорама” Мартин Райан и еще несколько человек были арестованы 4 декабря 2023 года. Райану было предъявлено обвинение в шпионаже.

    Согласно материалам дела, Райан использовался в качестве агента-шпиона сотрудниками французского DGSE (Главного управления внешней безопасности), которые впоследствии были выдворены из страны как “персоны нон-грата”.

    По этому уголовному делу также проходит гражданин Азербайджана Азад Мамедли, его обвиняют в государственной измене.