Month: March 2025

  • Casusluqda ittiham olunan Fransa vətəndaşı: Mənə Azərbaycanın silahları və ordunun silahlanması haqqında suallar verilirdi

    Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli və xarici media nümayəndələri, xarici səfirliklərinın əməkdaşları iştirak ediblər.

    Prosesdə təqsirləndirilən Martin Rayan dövlət ittihamçısının suallarını cavablandırıb.

    O qeyd edib ki, 2015-ci ildə tanışı Emin Süleymanov vasitəsilə Azərbaycana ilk dəfə səfər edib:

    “2012-ci ildə Eminlə tanışlığım yarandı. Fransada bir-birimizi tanıdıq. Onun dəvəti ilə Azərbaycana səfər etdim. Daha sonra onun təşəbbüsü ilə iş qurmaq məqsədilə Azərbaycana gəldim. 2017-ci ildə Eminlə əlaqələrimiz kəsildi. Biz Bakıda fransalı iş adamlarını bura cəlb etmək istəyirdik. Bakıya gələndə konkret işim yox idi, amma yaxşı pulum vardı. Həmin vaxt fürsət idi deyə, Bakıda iş qurmaq fikrinə düşdüm. Azərbaycan haqqında gözəl fikirlərim var idi”.

    Martin Rayan qeyd edib ki, 2015-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə tanışlıq yaranıb:

    “Onlar məni səfirliyə dəvət etdi, normal söhbət etdik. Ramin Məmmədov adlı dostumla iş qurmuşduq. Səfirliyə işlərimizlə bağlı məlumat vermişdim. Orada səfirliyin əməkdaşı Frederik Devosla tanışlığımız yarandı. O, bölgədə geopolitik araşdırmalar apardığını dedi. Konkret İranla bağlı araşdırmalar edirdi. Qeyd edirdi ki, ölkədə olan fransızların təhlükəsizliyi ilə bağlı işləyir. Bu məndə bir az şübhə yaratdı. İndi daha bu məsələlər məlum olur”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Frederik Devosla daha sonra restoranda görüşüb:

    “Hamının içində görüşürdük. Görüşlərin birində o mənə dedi ki, rusiyalı və iranlı iş adamları Azərbaycan üçün təhlükəlidir və onlardan uzaq durmaq lazımdır. Hətta deyirdi ki, iş adamları tərəfindən nəsə şübhəli hal müşahidə etsəm, bunu onunla bölüşüm. Sonradan Azərbaycan vətəndaşları ilə onu tanış etməyimi istədi. Əsasən geopolitik suallar verirdi. Azərbaycan-Ermənistan arasındakı müharibə zamanı mənimlə görüşmək, siyasi fikirlərimin nə olmasını bilmək istəyirdi. O görüşlər zamanı spesifik suallar verirdi. Bu əsasən Azərbaycanın gücü haqqında idi. O, Azərbaycanın silahları və ordunun silahlanması haqqında suallar verirdi. Hətta dedi ki, məlumatları, videoları onunla bölüşüm. Türkiyə və Pakistanın müharibədə rolu haqqında çox maraqlanırdı. Sonradan bildim ki, bu suallar erməni kəşfiyyatına aiddir. Müharibə vaxtı İran və Rusiya haqqında heç nə danışmırdı. O silahların təchizatının kim tərəfindən olduğunu bilmək istəyirdi. Mən bəzi iqtisadi baxımdan özümə şübhəli olan məqamlar haqqında Frederik Devosa məlumat vermişəm. Müharibə zamanı azərbaycanlı iş adamları ilə əlaqələrimlə tanış olmaq istəyirdi, lakin burada ehtiyatlı olmağımı istəyirdi”.

    Martin Rayan dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, Bakıda keçirilən sərgilərdə iştirak edib:

    “Həmin sərgilərin birində İran pavilyonunun yanına getdik. Orada İran pavilyonunda olan şəxslərlə münasibətlər yarandı. Həmin şəxslər mənim işlərimlə maraqlanırdı. Fransız şirkətlərinin İranda fəaliyyəti ilə bağlı fikirlər alırdı. Mən isə Azərbaycanda işlədiyimi, burada işləri böyütmək istədiyimi qeyd etmişdim. Daha sonra iranlı iş adamları mənə sosial şəbəkələrdə yazırdılar. Əsas məqsədləri iş qurmaq, biznesimi İranda davam etdirməyimi istəyirdilər. Həmin vaxt Azərbaycanın İrandakı səfirliyinə hücum təşkil olunmuşdu. Mənə əlavə suallar vermirdilər, lakin nömrəmi, kontaktlarımı istəyirdilər. Əsasən ümumi suallar idi. Məsələn, Çin və Azərbaycan arasında iqtisadi əlaqələr haqqında maraqlanırdılar. Mən qısa analizlər yazaraq onlara göndərmişəm. Mən onlara cavab verməyəndə narahat olurdular. Dərhal yazırdılar ki, problem falan yaranıb, kimsə sənə nəsə deyib”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, bəzi azərbaycanlı dostlarını Frederik Devosla tanış edib:

    “Birinci dəfə Zaur Mustafayevi onunla tanış etmişəm. 2022-ci ildə Zaur onlarla işləyirdi. Çünki fransızcanı çox yaxşı bilirdi. Daha sonra isə Azad Məmmədli ilə Frederik Devosu tanış etdim. Çünki, Frederik Devosa Rusiyanı yaxşı tanıyan adam lazım idi. Mən də Azadı məsləhət gördüm. Çünki, Azad Rusiyada oxumuşdu və fransız dilini də yaxşı bilirdi. Azad Məmmədlini 2022-ci ildə Frederik Devosla görüşdürdüm. Həmin dövrdə də Azad xaricdə iş axtarırdı.
    İlqar adlı iş adamı vardı. Frederik Devos onunla da tanış olmaq istəyirdi. Frederik Devosun arvadı Bakıda “Bakou Francophones” Assosiyasiyasının rəhbəri idi. İlqarın yoldaşı da həmin assosiasiyanın üzvü idi. Mən də İlqarı yaxşı tanıyırdım. İlqarla Frederik Devos çox maraqlanırdı. İlqarın şirkətinin nə işlə məşğul olduğunu öyrənmək istəyirdi. Çünki İlqar Fransa səfirliyindən tez-tez viza istəyirdi”.

    Martin Rayan deyib ki, bir qadın ondan fransız dilini öyrənmək istəyib:

    “Dil məktəbində dərs keçməyə başladım. Həmin qadının adı Olqa idi, diplomatik bir işlə məşğul olurdu. Mənə deyirdi ki, fransız dilini öyrəndikdən sonra Fransada turizm işi ilə məşğul olacaq. Lakin mənə şübhəli gəlirdi. Çünki diplomatik fəaliyyətlə məşğul olan şəxs niyə Fransaya köçərək turizm işi ilə məşğul olsun. Bir neçə dərsdən sonra həmin qadın yoxa çıxdı. Mən həmin qızı dil kursunun direktorundan soruşdum, o da mənə həmin qızdan xəbəri olmadığını dedi. Bu məndə şübhə yaratdı. Frederik Devosla da bu qız haqqında danışdıq. Sonra Frederik Devos araşdıraraq qızın kimliyini müəyyənləşdirdi. Həmin qız ölkəni tərk etmişdi. Həmin qızın şəklini də Frederik Devos çıxartmışdı. Sonra bir Kənan adlı oğlan idi. Hərbi cərrah idi. Ona da fransız dilindən dərs keçmişəm. O da bir müddətdən sonra kursa gəlmədi”.

    Martin Rayanın sözlərinə görə, Loran Lödi adlı şəxs Frederik Devosdan sonra səfirlikdə işləyib:

    “Loran mənə zəng edərək Frederik Devosun davamçısı olduğunu dedi. Fransanın təhlükəsizliyi ilə bağlı çalışdığını qeyd etdi. O artıq Zauru tanıyırdı. Çünki Zaur Fransa səfirliyində işləyirdi, sonra Azad Məmmədli ilə də əlaqələr qurdu. Sadəcə Frederik Devosdan fərqli olaraq, Loran Lödi daha təhlükəli şeylər istəməyə başladı. Bu barədə Azadla mənim aramda söhbətlər olub. Loranla münasibətlərimiz çox yaxşı idi, iki il ərzində danışıqlar aparırdıq. Birdən bütün əlaqələri mənimlə kəsdi. Sonradan anladım ki, bunlar təhlükəli adamlardı. Azadla da bu barədə danışdıq. Azada da dedim ki, bunlar Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır. Loran bizdən məlumatlar alırdı, həm də bizə nəzarət edirdi. Bizimlə əlaqə kəsildikdən sonra onun köməkçisinə yığdım. O da Loranın yoxa çıxdığını dedi. Lakin bəzi ortaq dostlarımızla danışırdı. Daha sonra bizimlə Jerom adlı şəxs əlaqə saxladı. O, məni Qobustanda olan palçıq vulkanının yanına dəvət etdi. Hiss etdim ki, bu məni qıraq-bucağa çağırırsa, nəsə başqa məqsədi var. Mən görüşdən imtina etdim. Sonra Jerom “vatsap”la əlaqə saxladı. Daha sonra tədbirdə Jeromla görüşdük. Spirtli içki təsiri altında onunla danışmışam. Əsas söhbətlərimiz Əlcəzair və İran haqqında olurdu. Ümumiyyətlə, mənimlə əlaqəyə çıxan şəxslər biznesimi yönəltməyə çalışırdılar. Onlar məndən kəşfiyyat xarakterli məlumatlar alıblar. Sadəcə onlar diplomat idi. Elə bilirdim onlarla əlaqədə olsam, Fransa səfirliyi ilə münasibətlərim çox yaxşı olacaq. Mənim özümə də maraqlı olan məlumatları səfirliyin işçilərindən alırdım. Mən vətəndaşı olduğum dövlətin diplomatına inanırdım”.

    Təqsirləndirilən şəxs bu xidmətlərinə görə hər hansı bir məvacib almadığını deyib.

    Məhkəmənin növbəti prosesi aprelin 14-ə təyin edilib.

    Qeyd edək ki, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

    İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

    Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

    Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

  • В саженцах из Турции обнаружен опасный вирус

    Сотрудники Агентства пищевой безопасности Азербайджана (АПБА) обнаружили вирус шарка в образцах, взятых из партии саженцев нектарина и персика из Турции.

    Как сообщили в АПБА, принято решение об уничтожении или вывозе за пределы таможенной территории 18 тысяч саженцев нектарина и 18 240 саженцев персика.

    Вирус шарка (Plum pox virus) является одним из наиболее опасных и экономически значимых вирусов косточковых культур. Он поражает персики, нектарины, сливы, абрикосы, вызывая серьезные заболевания и существенно снижая урожайность.

  • Azərbaycana Türkiyədən gətirilən nektarin və şaftalı tinglərində virus aşkarlanıb

    Azərbaycana Türkiyədən gətirilən nektarin və şaftalı tinglərindən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Faktla bağlı 18 min nektarin, 18 min 240 isə şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

    Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

  • Президент Сирии будет иметь право назначать членов Конституционного суда

    Президент Сирии будет наделен правом назначать членов Конституционного суда и объявлять чрезвычайное положение в стране.

    Как передает Median.Az со ссылкой на Syria TV, об этом говорится в проекте конституционной декларации, который подписал временный президент Сирии Ахмед аш-Шараа.

    В декларации заявлено о независимости судебной системы Сирии.

  • Suriya Prezidenti Konstitusiya Məhkəməsinin üzvlərini təyin edə biləcək

    Suriya Prezidenti Konstitusiya Məhkəməsinin üzvlərini təyin etmək və ölkədə fövqəladə vəziyyət elan etmək hüququ ilə təmin ediləcək.

    Median.Az “Suriya TV”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa tərəfindən imzalanan konstitusiya bəyannaməsi layihəsində qeyd edilib.

    Bəyannamədə Suriya məhkəmə sisteminin müstəqilliyi bəyan edilib.

  • NBA-da oynamış basketbolçu 54 yaşında vəfat edib

    Milli Basketbol Assosiasiyasında (NBA) çıxış etmiş Oliver Miller vəfat edib.

    ABŞ-dən olan sabiq oyunçu 54 yaşında həyatını itirib.

    Onun ölüm səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, Oliver Miller NBA-da “Detroyt”, “Toronto” və “Dallas” kimi komandaların formasını geyinib.

  • ЦАХАЛ подтвердил нанесение удара по Дамаску

    Армия обороны Израиля (ЦАХАЛ) подтвердила, что нанесла удар по Дамаску.

    Как передает Median.Az, об этом сообщает ТАСС со ссылкой на заявление ЦАХАЛ.

    Его целью назван командный центр палестинской организации “Исламский джихад”.

    “Некоторое время назад ВВС Израиля нанесли на основании разведданных точечный авиаудар по террористическому командному центру в Дамаске, принадлежащему палестинской террористической организации “Исламский джихад”. Командный центр использовался для планирования и управления террористической деятельностью “Исламского джихада” против Государства Израиль”, – говорится в заявлении.

  • İsrail Ordusu Dəməşqə zərbə endirdiyini təsdiqləyib

    İsrail Müdafiə Ordusu Dəməşqə zərbə endirdiyini təsdiqləyib.

    Bu barədə TASS İsrail ordusunun bəyanatına istinadən məlumat yayıb.

    Hədəf kimi Fələstin təşkilatı “İslami Cihad”ın komanda mərkəzi göstərilib.

    “Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq Dəməşqdə “İslami Cihad”a məxsus terror komanda mərkəzinə dəqiq hava zərbəsi endirib. Komanda İsrail dövlətinə qarşı terror fəaliyyətlərini planlaşdırmaq və idarə etmək üçün istifadə olunurdu”, – bəyanatda bildirilib.

  • FHN Qəbələ Beynəlxalq Aeroportunda təlim keçirib

    Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ Beynəlxalq Aeroportunda “Hava limanında mümkün fövqəladə hadisələr zamanı fəaliyyət” mövzusunda təlim keçirilib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, təlim Qəbələ Beynəlxalq Aeroportunda həyata keçirilən müvafiq təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

    Təlimdə şərti olaraq cari texniki təmir işləri aparılan zaman anidən yaranmış yanğın hadisəsinin baş verməsi, həmçinin hava limanının sərnişin gözləmə zalında şərti yanğın məlumatına əsasən həyata keçirilən yanğın-xilasetmə əməliyyatı simulyasiya edilib.

    Belə ki, təlim zamanı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunaraq hava gəmisində və gözləmə zalında baş vermiş şərti yanğının operativ “söndürülməsi”, eləcə də “zərərçəkmişlərin” xilas edilərək hava limanının tibb personalına təhvil verilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

    Təlimə ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyət və 9 ədəd texnika cəlb edilib.

    Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

  • Azərbaycanın minifutbol millisi Slovakiyada beynəlxalq turnirdə iştirak edəcək

    Azərbaycanın minifutbol millisi apreldə Slovakiyada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

    Bu barədə “Report”a komandanın baş məşqçisi Elşad Quliyev məlumat verib.

    Mütəxəssis mayda Bakıda təşkil olunacaq dünya çempionatına hazırlıqlarla bağlı sualı cavablandırıb:

    “Məşqlərə martın 17-də başlayacağıq. Aprelin 1-dən 15-nə qədər Bakıda təlim-məşq toplanışı olacaq. Aprelin 18-dən mayın 2-nə qədər isə Monteneqro və Slovakiyaya səfərimiz var. Həm təlim-məşq toplanışı keçirəcəyik, həm də beynəlxalq turnirdə iştirak edəcəyik. Turnir aprelin 28-dən mayın 2-nə qədər Slovakiyada, 8 komandanın iştirakı ilə təşkil olunacaq. Mayın 2-də Azərbaycana qayıdacağıq və hazırlıqlara burada davam edəcəyik. Bu müddətdə heç bir təlim-məşq toplanışı nəzərdə tutulmayıb. Dünya çempionatına hazır formada qatılacağıq”.

    Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.