Month: March 2025

  • Азербайджанские гимнастки завоевали серебряные медали на международном турнире в Баку

    Азербайджанские грации завоевали серебряные медали на международном турнире по художественной гимнастике AGF Trophy в Баку.

    На соревнованиях среди юниорок Шамс Агагусейнова и Азада Атакишиева, продемонстрировав высокие результаты в индивидуальной программе, поднялись на вторую ступень пьедестала почета.

    Турнир завершится 30 марта.

  • Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar

    Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.

    Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.

    Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafata sahib çıxıb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.

    Bundan əlavə, dörd yeniyetmə finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.

    Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.

  • Tailand və Myanmadakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? – RƏSMİ

    “Tailand və Myanmarda baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur”.

    Median.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

    Qeyd edək ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.

    Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.

    Myanmada güclü zəlzələ nəticəsində isə ölənlərin sayı 1000-i ötüb, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

  • Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

    Bakıda yanğın olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin mətbəxində 2 paq.m mebel, 1 ədəd məişət avadanlığı və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Abşeronda mağazada satıcıya qarşı quldurluq edilib

    Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb

    Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb.

    Martın 19-da kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

    Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

    ///Apa

  • Bazar günü 26 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

  • 41 nəfərin öldüyü təyyarə qəzasının sirri illər sonra açıldı

    2019-cu ilin mayında Şeremetyevoda “Sukhoi Superjet 100” (SSJ-100) təyyarəsinin qəzaya uğramasına səbəb komandirin eniş zamanı qeyri-korrekt hərəkətləri olub.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin hesabatında deyilir.

    Qeyd olunur ki, təyyarə üç dəfə kobud eniş edib, ikinci və üçüncü təmas zamanı həddindən artıq yüklənmə icazə verilən maksimum həddi xeyli keçib. Nəticədə gəminin yanacaq çənləri partlayıb və yanğın başlayıb.

    Hesabatda o da bildirilir ki, fəlakət mürəkkəb vəziyyətlərdə SSJ-100 pilotlarının təlim proqramlarının kifayət qədər effektiv olmaması ilə bağlıdır.

    2019-cu il mayın 5-də Şeremetyevoda “Sukhoi Superjet 100” sərnişin təyyarəsi yanıb , nəticədə 41 nəfər həlak olub.

    Hava gəmisinin komandiri Denis Yevdokimov barəsində hava nəqliyyatı gəmisinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. O, günahını etiraf etməyib. 2023-ci ilin iyununda məhkəmə D.Yevdokimovun barəsində 6 il müddətinə həbs hökmü çıxarıb./teleqraf

  • Azərbaycan XİN Myanma və Tailanda başsağlığı verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

    Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

    “Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, dağılmış regionların bərpasına və yenidən qurulmasına ürəkdən inanırıq”, – deyə paylaşımda qeyd edilib.

  • Ötən gün 42 kq-a yaxın narkotik vasitə aşkarlanıb

    Polis əməkdaşları ötən gün ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 35,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan artıq metamfetamin olub.