Month: March 2025

  • Rusiya ordusu daha iki yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya hərbçiləri iki yaşayış məntəqəsini – Ukraynanın Donetsk vilayətindəki Panteleymonovkanı və Zaporojye vilayətindəki Şerbakini nəzarətə götürüblər.

    Median.Az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat verir.

    Panteleymonovka Nyu-York (Novqorodskoye) şəhər tipli qəsəbəsinin cənub-qərbində yerləşir. Rusiya tərəfi ötən avqustda bu qəsəbənin ələ keçirilməsi barədə məlumat vermişdi.

    Şerbaki Zaporojye vilayətinin Orexov rayonunda yerləşir. Həftənin əvvəlində hərbi idarə Orexovun qərbində, bu şəhəri Stepnoqorskla birləşdirən yolda yerləşən Malıye Şerbaki üzərində nəzarəti ələ keçirdiyini bildirmişdi.

  • Число погибших из-за землетрясения в Таиланде возросло до 13

    Число погибших в результате землетрясения в Бангкоке, Таиланд, увеличилось до 13, 10 человек пострадали, еще 118 числятся пропавшими без вести, передает Median.Az со ссылкой на газету Thairath.

    По данным столичной полиции, больше всего людей – 8 человек – погибли в результате обрушения строящегося здания Управления генерального аудитора на севере Бангкока.

    Сейчас там продолжается поисково-спасательная операция. Еще один строитель, гражданин Мьянмы, погиб на другом строительном объекте. Остальные летальные исходы связаны с падениями с высоты и эвакуацией по пожарной лестнице.

  • Tailandda zəlzələ nəticəsində ölənlərin sayı artdı

    Banqkokdakı zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

    Median.Az bu barədə “Thairath” qəzetinə istinadla xəbər verir.

    Bildirilir ki, bundan başqa 10 nəfər yaralanıb, azı 118 nəfər itkin düşmüş hesab olunur.

    Məlumata görə, ölənlərin çoxu (8 nəfər) – Banqkokun şimalında Baş Auditor İdarəsinin tikilməkdə olan binasının çökməsi nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.

  • Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib

    Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Z.Mirziyoyevanın məktubunda qeyd olunub:

    “Möhtərəm xanım, Zati-aliləri.

    Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.

    Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram”.

  • İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

    Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza təbriklərini çatdırıb, ölkəmizə firavanlıq və ruzi-bərəkət arzulayıb.

    Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

    Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.

  • İlin ilk Günəş tutulması başa çatıb

    2025-ci ilin ilk Günəş tutulması başa çatıb.

    Tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayıb və 16:43:25-də sona çatıb.

    Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

  • Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

    Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Birinci vitse-prezident,

    Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.

    Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram”.

  • Pakistanın baş naziri İlham Əliyevə təbrik məktubu göndərdi

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Prezident,

    Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, xoşbəxtlik və firavanlıq arzulayıram”.

  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Prezident, Əziz Qardaşım.

    Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

    İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

    Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram”.

  • Türkiyədə Rusiyanın “Rutube” videohostinqi bloklandı

    Türkiyədə Rusiyaya məxsus “Rutube” videohostinqi bloklanıb.

    Bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) məlumat yayıb.

    Bildirilir ki, qərar ölkədə qadağan edilmiş qumar oyunlarının platformada reklam olunması ilə bağlıdır.

    “Rutube.ru saytına giriş BTK-nın 25 fevral 2025-ci il tarixli qərarı ilə bloklanıb”, – deyə məlumatda qeyd edilir.