Month: March 2025

  • Президент Ильхам Алиев поделился публикацией по случаю праздника Рамазан

    Президент Азербайджана Ильхам Алиев поделился в официальных аккаунтах в социальных сетях публикацией по случаю праздника Рамазан.

    Report представляет публикацию:

  • Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

    Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

    “Report” xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:

    “Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.

  • İmamoğlu meydan oxudu: Ərdoğan özünə güvənirsə…

    CHP lideri Özgür Özəl İstanbulun həbsdə olan meri Əkrəm İmamoğlunun məhkəməsinin TRT-də yayımlanmasını tələb edib.

    Median.Az xəbər verir ki, bu barədə o, İstanbulda İmamoğluya dəstək məqsədilə keçirilən mitinqdə çıxışı zamanı bildirib.

    “Bu gün burada toplaşanlar Türkiyənin gələcəyini müdafiə edirlər. Mən İmamoğludan Ərdoğana tarixi çağırışı çatdırıram: İstanbulun meri Əkrəm İmamoğlu günahsız olduğunu bildirir. Əgər özünə güvənirsənsə, məhkəmənin TRT-də yayımlanmasını təklif edirəm”, – deyə CHP lideri əlavə edib.

    Mitinqdə süni intellekt texnologiyası vasitəsilə İmamoğlunun səsi ilə onun məktubu oxunub. O, məktubunda özünü heç bir cinayətdə günahkar hesab etmədiyini vurğulayıb:

    “Mən İstanbul meri kimi gördüyüm işlərlə qürur duyuram. Ürəyim və ruhum sizinlədir. Nə baş verirsə versin, xalqın layiq olduğu daha gözəl günlər uğrunda mübarizədən geri çəkilməyəcəyəm. Mən xalqa verdiyim sözü tutacaq və mənə tapşırılan vəzifəni həyatım bahasına da olsa yerinə yetirəcəyəm”.
    Mitinqdə çıxış edən Ankaranın meri Mənsur Yavaş isə İmamoğlu məsələsinin təkcə ona deyil, bütün xalqın ümidinə qarşı yönəldiyini bildirib:

    “Biz bu gün burada ədalətsizliyə və qanunsuzluğa qarşı səsimizi ucaltmaq üçün toplaşmışıq. Bunun son nümunəsi Əkrəm İmamoğluya qarşı açılan işdir. Cəzalandırılan bir bələdiyyə başqanı deyil, xalqın ümididir. Bu, bütün xalqın məsələsidir və biz susmayacağıq, çünki bir nəfərə qarşı ədalətsizlik bütün cəmiyyət üçün təhdiddir”.

    Mitinqdə altı siyasi partiyanın nümayəndələri iştirak edib. CHP lideri mitinqə 2,2 milyon insanın qatıldığını açıqlayıb.

    Qeyd edək ki, martın 19-da korrupsiya və terrorçularla əlaqədə ittiham olunaraq saxlanılan Əkrəm İmamoğlu barəsində məhkəmə 23 martda həbs qərarı verib. Onun saxlanılması ilə CHP-çilər genişmiqyaslı etiraz aksiyalarına başlayıb.

  • Myanmada zəlzələdə ölənlərin sayı 1644-ə çatıb, 3400-dən çox yaralı var – YENİLƏNİB-6

    Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

    Apa xəbər verir ki, bu barədə “Xinhua“ agentliyi Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

    Məlumata görə, 3400-dən çox yaralı var, 139 nəfər itkin düşüb.

  • Azərbaycanda kiberhücumlar artıb: Boşluqlarımız nədir?

    “Son illərdə Azərbaycanda rəqəmsal transformasiya və texnoloji inkişaf prosesi sürətlənsə də, kibertəhlükəsizlik sahəsində bir sıra ciddi boşluqlar mövcuddur. Bu boşluqlar həm dövlət qurumları, həm əməliyyat sektorları, həm də fərdi istifadəçilər üçün risk yarada bilər”.

    Bu fikirləri oxu.az-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert, informasiya təhlükəsizliyi üzrə direktor Alıxəyyam Quluzadə deyib.

    O bildirib ki, Azərbaycanda 2023-2027 illəri əhatə edən kibertəhlükəsizlik strategiyası dərc olunsa da, daha sistemli və uzunmüddətli bir yanaşmanın hazırlanmasına ehtiyac var:

    “Ölkəmizdə mövcud qanunvericilik bazası bəzi hallarda qlobal kibertəhlükəsizlik standartlarına tam uyğun gəlmir. Bu da müəssisələr üçün risk yarada bilər. Strategiyanın tədbirlər planı üzrə tətbiqi və tətbiqinə nəzarətdə də boşluqlar var.

    Bunları həll etmək üçün ISO27001, NIST və digər beynəlxalq kibertəhlükəsizlik standartlarını daha geniş əhatə edən qanunların qəbul olunmalıdır. Dövlət və özəl sektorun kibertəhlükəsizlik strategiyalarını təkmilləşdirən proqramların yaradılmalıdır.

    Azərbaycanda peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin sayı kifayət qədər deyil. Universitetlərdə və kurslarda bu sahəyə dair proqramlar olsa da, praktiki bacarıqların inkişaf etdirilməsi üçün laboratoriyaların yoxluğu ciddi nöqsandır. Bu məsələni həll etmək üçün kibertəhlükəsizlik ixtisası üzrə universitet proqramlarının təkmilləşdirilməsinə ehtiyac var. Həqiqi hücum simulyasiyalarını və etik hakerlik təlimlərini özəl və dövlət sektorunda aktiv həyata keçirmək lazımdır”.

    Alıxəyyam Quluzadə əlavə edib ki, fərdi istifadəçilərin kibertəhlükəsizlik biliklərinin az olması sosial mühitdə fəaliyyət göstərən kibercinayətkarlar üçün imkan yaradır:
    “Fişinq hücumları, şəxsi məlumatların sızdırılması, zəif şifrənin istifadəsi kimi problemlər hələ də gündəmdədir. 2024-cü ildə xarici kibermüdaxilələr nəticəsində 16 000-dən çox fakt üzrə şəxslər aldadılaraq bank kartları və hesablarda 22 milyon manatdan artıq vəsait oğurlanıb. Məktəb və universitetlərdə rəqəmsal savad kurslarını nəzərdə tutan proqramların tətbiqi önəmlidir. Dövlət və özəl sektorun birgə maarifəndirmə kampaniyaları aparması zəruridir.

    Həmçinin kiçik və orta sahibkarlıq (KOS) sektorunda məhdud resurslar və kibertəhlükəsizlik sahəsində maarifəndirmənin az olması, bu bizneslərin kibertəhlükəsizlik hücumlarına qarşı daha həssas olmasına səbəb olur. Buna görə də kiçik bizneslər üçün sadə və effektiv kibertəhlükəsizlik strategiyaları təklif edən proqramların yaradılmalıdır. KOS şirkətlərinin kibertəhlükəsizlik vəsaitlərinə daha əlçatanlığını təmin edəcək subsidiyalar ayrılmalıdır.

    Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində irəliləyən illərdə xeyli inkişaf olsa da, mövcud boşluqlar kibercinayətkarlar üçün fürsətlər yaradır. Davamlı təlim, dövlət və özəl sektorun aktiv əməkdaşlığı, daha ciddi qanunvericilik tədbirləri bu problemlərin həlli istiqamətində əsas addımlar ola bilər”.

  • Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu haqda “Unikal.az” məlumat yayıb.

    Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusu iki “Hyundai” markalı avtomobillə toqquşub.

    Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

    45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

    “Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış keçirilib. Xəsarət alan olmayıb”.

  • Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var

    Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

    “Mercedec” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • МИД Кубы поздравил Азербайджан по случаю 33-летия установления дипотношений

    Министерство иностранных дел Кубы поздравило Азербайджан по случаю 33-летия установления дипломатических отношений между двумя странами.

    Как сообщает Report, об этом говорится в публикации на странице Х внешнеполитического ведомства.

    “Мы подтверждаем нашу готовность продолжать расширять политические и экономические отношения, основанные на исторических узах дружбы между двумя народами и странами”, – отмечается в сообщении.

  • Kuba XİN Azərbaycanı təbrik edib

    Kubanın Xarici İşlər Nazirliyi diplomatik münasibətlərinin qurulmasının 33-cü ildönümünü ilə bağlı Azərbaycanı təbrik edib.

    Report xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin X səhifəsində yazılıb.

    “Biz xalqlar arasında tarixi dostluq bağlarına əsaslanan siyasi, iqtisadi münasibətləri və bundan sonra da genişləndirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, – paylaşımda bildirilib.

  • Минобороны РФ сообщило о взятии под контроль Пантелеймоновки и Щербаков

    Российские военные взяли под контроль два населенных пункта – Пантелеймоновку в Донецкой области и Щербаки в Запорожской области Украины.

    Как передает Median.Az со ссылкой на “РБК”, об этом сообщили в Минобороны России.

    Пантелеймоновка расположена к юго-западу от поселка городского типа Нью-Йорк (Новгородское), о занятии которого российская сторона сообщила в минувшем августе.

    Щербаки находятся в Ореховском районе Запорожской области. Ранее на этой неделе военное ведомство заявило о контроле над Малыми Щербаками, которые расположены к западу от Орехова, на дороге, соединяющей этот город со Степногорском.