Month: March 2025

  • Fransada Ukraynanı dəstəkləyən qətnamə qəbul edilib

    Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Ukraynanın dəstəklənməsi üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və Kiyevin dəstəklənməsinə çağıran qətnamə qəbul edib.

    Qətnamə simvolik xarakter daşıyır.

    Sənədin lehinə 288 deputat səs verib, 54 parlament üzvü isə əleyhinə çıxıb.

    Qətnaməni xüsusilə prezident partiyası “Renessans”ın deputatları, sosialistlər, “Ekoloqlar”, sağçı “Respublikaçılar” partiyası və 2017-2020-ci illərdə baş nazir vəzifəsində çalışmış keçmiş baş nazir Eduard Filippin “Horizons” partiyasının parlament üzvləri dəstəkləyiblər. Solçu “Tabe olmayan Fransa” və Fransa Kommunist Partiyası əleyhinə səs verib. Marin Le Penin rəhbərlik etdiyi sağçı “Milli Birlik” fraksiyasının deputatları bitərəf qalıblar.

    Ukraynaya yardımla yanaşı, qətnamə həmçinin Avropa İttifaqını müstəqil Avropa müdafiəsinin qurulmasına çağırır.
    //TASS

  • Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV Kubokuna təyinat alıb

    Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

    “Report” AVF-nin mətbuat xidmətinə istinadən xəbər veir ki, mütəxəssis qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində baş tutacaq “İstanbul” (Türkiyə) – “Novara” (İtaliya) qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

    Bu gün İstanbulda keçiriləcək cavab oyununun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloriya Suto Ximenes olacaq.

    Qeyd edək ki, komandalar arasında ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

  • Число налогоплательщиков в Азербайджане увеличилось более чем на 5%

    По состоянию на 1 марта этого года в Азербайджане насчитывалось 1 611 030 налогоплательщиков, что на 5,2% больше, чем на 1 марта прошлого года.

    Об этом сообщает Report со ссылкой на Государственную налоговую службу при Министерстве экономики.

    Согласно информации, 87% налогоплательщиков составляют физические лица, а 13% – юридические лица и другие организации. За последний год число физических лиц увеличилось на 4,8%, а юридических лиц – на 7,5%.

    За год число коммерческих организаций увеличилось на 8,2% и составило 192 945.

    Только за январь-февраль этого года государственную регистрацию прошли 2 632 коммерческие организации, из которых 89,6% – с местными инвестициями, а 10,4% – с иностранными инвестициями. 86,6% новых коммерческих организаций были зарегистрированы в электронном порядке.

    За 2 месяца доля электронной регистрации обществ с ограниченной ответственностью (ООО) с местными инвестициями, прошедших регистрацию, составила 96,9%.

  • Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb

    Bu il martın 1-nə Azərbaycanda 1 611 030 vergi ödəyicisi olub ki, bu da ötən il martın 1-nə nisbətən 5,2 % çoxdur.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, vergi ödəyicilərinin 87 %-i fiziki, 13-ü isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,8 %, hüquqi şəxslərin sayı isə 7,5 % artıb.

    İl ərzində kommersiya qurumlarının sayı isə 8,2 % artaraq 192 945 olub.

    Təkcə bu ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6 %-i yerli, 10,4 %-i isə xarici investisiyalı olub. Yeni kommersiya qurumlarının 86,6 %-i elektron qaydada qeydiyyata alınıb.

    2 ay ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi 96,9 % təşkil edib.

    Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 %-i MMC, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 % kooperativ və s. formalarda yaradılıb.

  • Песков: Операция по освобождению Курской области вошла в завершающую стадию

    Командование группировкой войск “Север” доложило президенту РФ Владимиру Путину о вхождении в завершающую стадию операции по освобождению территории Курской области.

    Об этом ТАСС сообщил пресс-секретарь президента Дмитрий Песков.

    “В ходе своего посещения одного из командных пунктов в Курской области Путин выслушал доклады командующего группы “Север”, заместителя командующего группировки “Север”, которые доложили верховному главнокомандующему о ходе операции, а также о вхождении операции в завершающую стадию по освобождению территории Курской области”, – сказал он.

    Отметим, что Путин во время совещания в одном из командных пунктов Курской области сказал, что после освобождения область нужно подумать о создании зоны безопасности вдоль госграницы.

  • Peskov: Kursk vilayətinin azad edilməsi əməliyyatı yekun mərhələyə daxil olub

    Rusiyanın “Şimal” qoşun qruplaşmasının komandanlığı Prezident Vladimir Putinə Kursk vilayətinin azad edilməsi əməliyyatının yekun mərhələyə daxil olması barədə məruzə edib.

    Bu barədə TASS-a prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Kursk vilayətindəki komanda məntəqələrindən birinə baş çəkən Putin “Şimal” qrupunun komandanı və müavininin məruzələrini dinləyib. Onlar prezidentə əməliyyatın gedişi, həmçinin Kursk vilayətinin ərazisinin azad edilməsi üzrə əməliyyatın yekun mərhələyə daxil olması barədə məruzə ediblər”, – o qeyd edib.

    Qeyd edək ki, Putin Kursk vilayətindəki komanda məntəqələrindən birində keçirdiyi müşavirə zamanı deyib ki, vilayət azad edildikdən sonra dövlət sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması barədə düşünmək lazımdır.

  • Утверждено Положение о Государственном историко-культурном заповеднике “Ордубад”

    Утверждено Положение о государственном историко-культурном заповеднике “Ордубад”.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Напомним, что Государственный историко-культурный заповедник “Ордубад” был создан распоряжением президента Ильхама Алиева от 21 февраля 2024 года.

  • “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqlənib

    “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqlənib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qeyd olunub ki, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.

    Qoruq Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

    Qoruq Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir və öz emblemi ola bilər.

    Xatırladaq ki,“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Prezidentinin 2024-cü il 21 fevral tarixli 15 nömrəli Sərəncamı ilə yaradılıb.

  • В Азербайджане пройдет выставка артефактов из древних поселений

    С 14 по 16 марта в Азербайджане состоится выставка археологических находок, обнаруженных на территории древних поселений.

    Об это сообщает Report со ссылкой на Министерство культуры.

    Мероприятие пройдет в рамках международной конференции “Охрана древних поселений: угрозы и современные подходы”, организованной Министерством культуры.

    Конференция соберет ученых, исследователей и экспертов из разных стран для обсуждения вопросов сохранения культурного наследия и развития новых стратегий в этой сфере.

    Среди ключевых тем обсуждения – влияние изменения климата и вооруженных конфликтов на древние поселения, а также значение азербайджанского наследия в мировом контексте.

    Организаторами и партнерами мероприятия выступают МИД Азербайджана, представительства президента в Шуше, Агдаме, Физули и Ходжавенде, а также Национальная академия наук.

  • Azərbaycanda qədim yaşayış məskənlərindən tapılan eksponatların sərgisi olacaq

    Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgi təşkil ediləcək.

    Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 14-16-da “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

    Konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirəsi məqsədi daşıyır. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq məqsədilə mühüm addımların atılması hədəflənir.

    Tədbirdə bir sıra ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri bir araya gələcək.

    Konfransda “Qədim insan məskənləri: mədəni irs bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel iclaslar təşkil olunacaq.

    Tədbir çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçiriləcək, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən ediləcək.

    Konfrans çərçivəsində Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgidə təşkil ediləcək.

    Xarici İşlər Nazirliyi (XİN), Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) konfransın tərəfdaşı qismində çıxış edirlər.