Month: March 2025

  • Новые правила для такси: запрещается требовать доплату

    Перевозка пассажиров легковыми такси должна осуществляться перевозчиками, имеющими соответствующее разрешение и карту допуска, по цене, определяемой показаниями таксометра или через программное обеспечение, выполняющее функции таксометра при подключении к службе заказа такси.

    Как сообщает Median.Az со ссылкой на Кабинет министров Азербайджана, это нашло отражение в изменениях в “Правилах проведения конкурса по привлечению перевозчиков к регулярным внутригородским (внутрирайонным), междугородним (межрайонным) и международным пассажирским перевозкам автомобильным транспортом”, утвержденных Кабмином.

    Запрещается осуществлять перевозку пассажиров легковыми такси без разрешения или на основании разрешения, принадлежащего другим лицам, а также эксплуатировать транспортные средства без карты допуска при перевозке пассажиров. Кроме того, запрещено требовать дополнительную плату сверх цены, определяемой показаниями таксометра или программным обеспечением, выполняющим функции таксометра.

  • Taksilərdə əlavə ödəniş tələbi qadağan edilib

    Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Belə ki, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.

    Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişin daşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.

  • Кабмин внес дополнения в положение о подготовке и повышении квалификации водителей

    Кабинет министров Азербайджана внес изменения и отменил ряд решений в связи с принятием закона “О внесении изменений в закон “Об автомобильном транспорте” от 14 июля 2023 года.

    Премьер-министр Али Асадов подписал соответствующее постановление.

    Согласно решению, внесены дополнения в “Положение о подготовке и повышении квалификации водителей транспортных средств”.

  • Baş nazirdən sürücülük kursları ilə bağlı QƏRAR

    Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə əlavələr edilib.

    Həmin əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təmin edir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.

    Hazırlığı AYNA, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təşkil edir və həyata keçirir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.

  • Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı

    Sosial şəbəkədə dələduzluq yolu ilə vətəndaşlara 22 min manatdan çox ziyan vuran şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Sumqayıt sakini olan iki nəfər “Telegram” sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.

    Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlə kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    Xəyal Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

  • Президент Ильхам Алиев принял гендиректора ВОЗ Тедроса Аданома Гебрейесуса

    13 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального директора Всемирной организации здравоохранения Тедроса Аданома Гебрейесуса.

    Об этом сообщает АЗЕРТАДЖ

  • İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Производимое Azza масло снимают с продажи

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана (АПБА) в ходе мониторинга выявили несоответствие в составе сливочного масла Fermazza с жирностью 82%, произведенного ЗАО Azza-Aqro. Лабораторные исследования показали наличие в масле растительных стеринов (стигмастерина, кампестерина, бета-ситостерина), а также несоответствие по жирнокислотному составу.

    Об этом сообщили в АПБА.

    Отметим, что на продуктах заявлено использование пастеризованных сливок, полученных из натурального коровьего молока, однако обнаружение в фактическом составе добавления растительного масла приводит к обману потребителей и нарушению их прав.

    В отношении недобросовестного производителя приняты ограничительные меры – партия фальсифицированного продукта изъята из оборота и отозвана из торговых сетей. Предприниматель привлечен к административной ответственности, выданы обязательные предписания.

  • “Azza”nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır – SƏBƏB

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

    Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, tərkibinə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

  • Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı

    Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

    Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir.

    Beləliklə, “Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə, “1 saylı Bakı Dəmir Yolu Poliklinikası” və “2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə, “Ələt Dəmir Yolu Xəstəxanası” MMC Qaradağ Tibb Mərkəzinə, “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına, “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, “İmişli Dəmir Yolu Xəstəxanası” MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına qoşulur.

    Kreditorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206A, Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1M, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi, Gəncə şəhəri, Nizami prospekti, 412, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 303, Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15 və İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92 ünvanına bildirə bilərlər.