Month: March 2025

  • Azərbaycanda 1 kiloqram balın orta satış qiyməti 11 %-ə yaxın artıb

    2024-cü ildə Azərbaycanda istehsalçılar balın 1 kiloqramının orta satış qiyməti 28,6 manata satıblar.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,8 manat və ya 10,8 % çoxdur.

    Mumun satış qiyməti 3,7 % və ya 0,6 manat artaraq 16,5 manat, vərəmumun satış qiyməti 12,8 % və ya 12,5 manat artaraq 109,7 manat, güləmin qiyməti 6,1 % və ya 8,2 manat artaraq 140,9 manata çatıb.

    Bundan başqa, ötən il arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub ki, bu da bir il əvvələ nisbətən 16,6 % və ya 1 manat çoxdur.

  • Kəmaləddin Heydərovun Salyanda vətəndaşların qəbulunun vaxtı dəyişib

    Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 14-də Salyan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

  • Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə: Bizi bunlarla həkimlər tanış edib

    Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova, eləcə də digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report” un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı təzələnib.

    Daha sonra şahidlər ifadə verib. Şahid Turan Verdiyevanın sözlərinə görə, o, təqsirləndirilən Aysel Məmmədovanın qohumudur:

    “Mən tibbi işçisi olmuşam. Şirkətin direktoru Nuridə Seyidova ilə müqavilə bağlamışam. İşim şirkətə müraciət edən talassemiya xəstələrinin qeydiyyatını aparmaqdan ibarət olub. İki ay işlədim, lakin maaş verilmədi. Tam iş günü işləmirdim, ona görə də 345 manat maaşa razılaşmışdım. Əgər xəstə gətirsəydim, hər gələn xəstədən də əlavə vəsait veriləcəkdi”.

    Zərərçəkən Şövkət İsayevanın sözlərinə görə, övladı talassemiya xəstəsi olub. Bununla bağlı 2022-ci ildə “Çinar Plaza”da təqsirləndirilən şəxslərlə görüşüb:

    “Onlarla tanışlıqdan sonra 30 min dollar verdik, dedilər ki, narahat olmayın, pulun üstünü düzəldib iki aya bizi Türkiyəyə göndərəcəklər. Türkiyədən Bakıya həkim gəlmişdi, bu məsələ ilə bağlı onunla maraqlandım, onlara belə bir müraciətin daxil olmadığını bildirdi. Nuridə ilə danışdım, dedi ki, məni buradan çıxart sizin pulunuzu qaytaracağam”.

    Şahid Şahsuvar Paşayevin sözlərinə görə, cinayət işində həyat yoldaşı zərərçəkən kimi tanınıb. O deyib ki, övladının xəstəliyi ilə bağlı təqsirləndirilən şəxsləri tanıyıblar.

    “Bizi bunlarla həkimlər tanış edib. Aynur xanımı da Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanımışıq. Daha sonra 30 min dollar Nuridə Seyidovaya vermişəm. Pulu verdim, lakin uşağı əməliyyat etmədilər, pulumu da qaytarmadılar. Aynur xanım xəstəxanada ürəyi hara istəyirdisə, ora da rahat girirdi”, – o bildirib.

    Şahidin ifadəsinə münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, daha sonra isə Aynur Bayramovaya verib:

    “Aynur Bayramovanın uşağı xəstə olduğu üçün pulu o götürdü”.

    Şahid Şahsuvar Paşayevin həyat yoldaşı – zərərçəkən Laura Paşayevanın sözlərinə görə, o, Gürcüstan vətəndaşıdır.

    “Övladım ağır xəstədir, təcili əməliyyat olunmalıdır. Hissə-hissə belə olsa, mənim pulumu qaytarsınlar ki, övladımı əməliyyat etdirə bilim”, – zərərçəkən deyib.

    Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb:

    “Atam qaraciyər serrozudur. Bizi Gömrük Hospitalının həkimi Mircəlal Kazımi təqsirləndirilən şəxslərə yönləndirib. Onlarla ofislərində görüşüb 25 min manat pul vermişik. Bir neçə ay keçdi, lakin atamı əməliyyat etdirmədilər, sonra onların həbs olunduğunu öyrəndim. Mircəlal doktorla danışdım, dedi ki, Nuridə Seyidova və digərləri onları da pis vəziyyətdə qoyaraq biabır ediblər”.

    Məhkəmənin növbəti iclası martın 19-a təyin olunub.

    Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

    Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Завтра в Азербайджане температура воздуха поднимется до 25°

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром местами ожидается туман, подует умеренный юго-восточный ветер.

    Температура воздуха ночью составит 3-7° тепла, днем – 13-18° тепла. Атмосферное давление будет выше нормы – на уровне 765 мм ртутного столба. Относительная влажность воздуха составит 70-80% ночью, 60-65% – днем.

    В регионах Азербайджана погода ожидается преимущественно без осадков. Местами возможен туман, будет дуть умеренный восточный ветер. Температура воздуха ночью составит 4-9°тепла, днем – 20-25° тепла, в горах – ночью 2-7° тепла, днем – 12-17° тепла.

  • Sabah havanın temperaturu 25 dərəcəyədək artacaq

    Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

  • В Сумгайыте обнаружены оружие и боеприпасы

    На сумгайытском бульваре обнаружены оружие и боеприпасы.

    На территории были обнаружены автомат Калашникова марки АК калибра 7,62, ящик и 30 патронов.

    Обнаруженные оружие и боеприпасы переданы сотрудникам полиции.

    По факту ведется расследование.

  • Sumqayıtda silah-sursat aşkarlanıb

    Sumqayıt şəhərində silah-sursat aşkar edilib.

    Hadisə şəhərin Bulvar ərazisində qeydə alınıb.

    Ərazidən 1 ədəd 7,62 “AK” markalı “Kalaşnikov” avtomatı, 1 ədəd sandıq və 30 ədəd həmin avtomata aid güllələr aşkar olunub.

    Aşkar edilən silah-sursat polisə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Минюст Азербайджана предлагает обязать разводящиеся пары посещать психолога

    Минюст Азербайджана предлагает закрепить в законодательстве требование о направлении к психологу семейных пар, желающих расторгнуть брак.

    Как передает Report, об этом сообщил замминистра юстиции Абиддин Гусейнов на общественных слушаниях в Милли Меджлисе на тему прав семьи, женщин и детей.

    По его словам, ведомство уже готовит предложения о поправках в соответствующие законодательные акты.

    Гусейнов отметил, что в настоящее время в качестве пилотного проекта введена практика, когда парам предлагают пройти консультацию у психологов перед разводом.

    “Согласно имеющейся у нас статистике, 20% пар отказываются от расторжения брака после обращения к психологу. Поэтому Минюст готовит предложения, чтобы обязательная консультация психолога была закреплена в законодательстве”, – сказал он.

  • Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır

    Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması ilə bağlı təklfilər hazırlayır.

    Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

    O qeyd edib ki, nikahın pozulması üçün Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət tövsiyəsi tətbiq edilir:

    “Təcrübə göstərir ki, cütlüklərin 20 faizi psixoloqa müraciət etdikdən sonra nikahın pozulmasından imtina edir. Buna görə, məsələnin qanunvericilikdə təsbiti üçün təkliflər hazırlanır”.
    //report

  • Азеригаз планирует газификацию высокогорного села в Огузском районе

    ПО “Азеригаз” планирует газификацию села Баш Дашагыл Огузского района, где большую часть года преобладает холодная погода.

    Жители села, которое находится на высоте 1200 метров над уровнем моря, обратившиеся к северо-западному бюро Report, сообщили, что сталкиваются с трудностями из-за отсутствия газоснабжения.

    Они отметили, что поскольку село, в котором проживает около 1200 человек, находится в отдаленной местности, потребность в тепле в зимний период значительно возрастает. Из-за отсутствия природного газа в селе для обогрева используются в основном дрова. Однако, добыть дрова жителям не так просто. По их словам, для обеспечения тепла зимой им приходится тратить от 1000-2000 манатов.

    Пресс-секретарь ПО “Азеригаз” Эльдениз Велиев сообщил северо-западному бюро Report, что объединение осуществляет процесс газификации в регионах поэтапно, в зависимости от финансовых возможностей: “Газификация села Баш Дашагыл Огузского района также планируется на очередном этапе. Этот вопрос будет рассмотрен в зависимости от финансовых возможностей. В целом могу сказать, что уровень газификации Огузского района составляет 89%”.