Month: March 2025

  • Gəncədə mağazadan terminal oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Британия консультирует Украину перед переговорами с США в Саудовской Аравии

    Великобритания дает советы Киеву, как вести переговоры с США в Саудовской Аравии, чтобы избежать повторения конфликтной ситуации, произошедшей между американским президентом Дональдом Трампом и президентом Украины Владимиром Зеленским.

    Об этом сообщает The Times.

    “Советник [премьер-министра Великобритании] Кира Стармера по национальной безопасности Джонатан Пауэлл в минувшие выходные посетил Украину, чтобы проинформировать [украинского лидера Владимира] Зеленского перед тем, как представители его страны прибудут на переговоры с США во вторник, чтобы избежать повторения катастрофической ссоры в Овальном кабинете с Дональдом Трампом”, – сообщает издание.

    По данным газеты, Пауэлл посоветовал Зеленскому вести переговоры с США таким образом, чтобы создать впечатление, что Россия препятствует установлению мира.

    Трамп и Зеленский во время общения в Белом доме не сошлись во мнениях, их беседа прошла на повышенных тонах. По ее итогам Трамп написал в соцсетях, что Зеленский пока не готов к мирному урегулированию конфликта.

  • The Times: Britaniya ABŞ ilə danışıqlarından əvvəl Ukrayna rəsmilərinə məsləhətlər verib

    Böyük Britaniya tərəfi Səudiyyə Ərəbistanında Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhətlər verib.

    Bu barədə Times qəzeti məlumat yayıb.

    Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ötən həftə sonu Ukraynaya səfər edib və Volodimir Zelenskiyə Kiyev nümayəndələrinin amerikalılarla danışıqlarda özlərini necə aparması barədə tövsiyələr verib.

    Qeyd olunub ki, Pauell ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols ilə də telefon danışığı aparıb və bu zaman o, Vaşinqtonla Kiyev arasında kəşfiyyat mübadiləsinin bərpasının lehinə danışıb.

    Nəşrin yazdığına görə, London hesab edir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarının geri qaytarılmasına nail olmaq, Amerikanın Ukraynaya silah tədarükünün bərpasına nail olmaqdan daha asan olacaq.

    Qəzet bu mövzunun yaxın günlərdə Vaşinqtona səfər edəcək Böyük Britaniyanın baş naziri Kir Starmer ilə NATO-nun baş katibi Mark Rütte arasında söhbət zamanı da qaldırıldığını vurğulayıb.

    “The Times”ın qeyd etdiyi kimi, Pauell Zelenskiyə Rusiyanın sülhə maneə olduğu təəssüratı yaradaraq ABŞ-la danışıqlar aparmağı tövsiyə edib.

    Martın 4-də Zelenski dənizdə atəşkəsin yaradılmasını, enerji obyektlərinə zərbələrin dayandırılmasını və əsir mübadiləsinin aparılmasını təklif edib. Sky News-un məlumatına görə, Zelenski bu təşəbbüsü açıqlamazdan əvvəl Starmerlə məsləhətləşib.

  • В 13 аэропортах ФРГ начались забастовки

    Предупредительные однодневные забастовки сотрудников, к которым ранее призвал профсоюз работников сферы услуг Verdi, начались в 13 аэропортах Германии.

    Об этом передает агентство DPA со ссылкой на представителя профсоюза.

    Стачки начались в 00:00 (03:00 по бакинскому времени) в понедельник и, как ожидается, продлятся до 23:59 (02:59 вторника по бакинскому времени).

    Забастовки проходят в аэропортах Берлина, Бремена, Гамбурга, Ганновера, Дортмунда, Дюссельдорфа, Мюнхена, Штутгарта, Франкфурта-на-Майне, а также в аэропортах Кёльн/Бонн и Лейпциг/Галле. В аэропортах Веце близ Дюссельдорфа и Карлсруэ/Баден-Баден к забастовке были привлечены только сотрудники сектора авиационной безопасности.

    Воздушное движение будет нарушено на значительной части территории Германии. По предварительной оценке ассоциации ADV, которая представляет интересы различных аэропортов ФРГ, из-за забастовок ожидается отмена более 3,4 тыс. рейсов, планы порядка 510 тыс. пассажиров будут нарушены.

  • Almaniyanın əksər hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb

    Almaniyanın 13 hava limanında işçilərin bir günlük tətilləri başlayıb.

    Tətillər bazar ertəsi saat 00:00-da (Bakı vaxtı ilə 03:00) başlayıb və 23:59-a (çərşənbə axşamı Bakı vaxtı ilə 02:59) qədər davam edəcəyi gözlənilir.

    Berlin, Bremen, Hamburq, Hannover, Dortmund, Düsseldorf, Münhen, Ştutqart, Frankfurt am Mayn hava limanlarında, həmçinin Köln/Bonn və Leypsiq/Halle hava limanlarında tətillər keçirilir.

    Düsseldorf və Karlsrue/Baden-Baden yaxınlığındakı Vetse hava limanlarında tətilə yalnız aviasiya təhlükəsizliyi sektorunun əməkdaşları cəlb olunub. Nəticədə Almaniyanın böyük hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb.

    Ölkənin müxtəlif hava limanlarının maraqlarını təmsil edən ADV assosiasiyasının ilkin hesablamalarına görə, tətillər səbəbindən 3400-dən çox reysin ləğv ediləcəyi və təxminən 510 min sərnişinin planlarının pozulacağı gözlənilir. Hava Nəqliyyatı Təşkilatının məlumatına görə, hazırda Almaniya hava limanlarında gündə orta hesabla 6000 uçuş həyata keçirilir.

    Almaniyanın ən böyük Frankfurt hava limanında martın 10-da ümumilikdə 150 minə yaxın sərnişinin olduğu 1170 reys planlaşdırılır. Hava limanının operatoru sərnişinlərdən terminallara gəlməməyi xahiş edib.

    Xidmət işçilərinin həmkarlar ittifaqı olan “Verdi” əmək haqqının, o cümlədən yerüstü xidmət işçilərinin 8%, lakin ayda 350 avrodan az olmayaraq artırılmasını tələb edib. Həmkarlar ittifaqı həmçinin üç əlavə istirahət günü ilə bağlı danışıqlar aparmaq istəyir.

  • Принц Люксембурга умер в 22 года из-за редкой болезни

    Принц Люксембурга Фредерик умер в 22 года из-за редкого генетического заболевания.

    Об этом сообщает TMZ со ссылкой на заявление родителей принца.

    Утверждается, что Фредерик скончался 1 марта. В последние дни своей жизни он едва мог говорить, однако принц, по словам родителей, до последней минуты жизни “сохранял чувство юмора и безграничное сострадание”.

    Фредерик страдал от редкой болезни POLG — митохондриального заболевания, связанного с нарушением обмена веществ. Такой диагноз ему поставили еще в 14 лет.

  • Lüksemburq şahzadəsi 22 yaşında vəfat edib

    Lüksemburq şahzadəsi Frederik mitoxondrial xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.

    Bu barədə onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlamada bildiriblər.

    Gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra vəfat edib. Valideynlərinin dediyinə görə, hətta fiziki vəziyyətinin kəskin şəkildə pisləşdiyi son günlərində də Frederik iradəli idi:

    “O, sona qədər yumor hissini qoruyub və başqalarına qayğı göstərib”.

    Qeyd edək ki, Frederikə 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, maddələr mübadiləsini pozan nadir genetik xəstəlikdir.

  • Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb

    Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün aprelin 17-də imtahan keçirəcək.

    Bu barədə DİM məlumat yayıb.

    Bildirilib ki, həmin şəxslər martın 10-u saat 14:00-dan 30 mart saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

    İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

    İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

    Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional Bölməsində kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

    Qeyd edək ki, imtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

  • На Зыхском шоссе снижен скоростной режим

    В связи с туманом на некоторых полосах Зыхского шоссе в направлении аэропорта скоростной режим снижен на 20 км/час.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) МВД.

    Отмечается, что на информационных табло размещен предупредительный знак “Туманная дорога”.

    Водителей просят соблюдать установленный скоростной режим.

  • Bakıda bəzi yollarda sürət həddi ENDİRİLDİ

    Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

    Eyni zamanda, tablolarda “dumanlı hava” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.