Month: March 2025

  • Tahir Əmiraslanovdan Turizm Agentliyinə SƏRT İTTİHAM: “2,9 milyon manat silinib”

    “Beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunurduq, Dövlət Turizm Agentliyi üç il əlindən gələni etdi ki, bizi bu rəhbərlikdən uzaqlaşdırsın”.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə “Azərbaycan Milli Kulinariya Assosiasiyası” İctimai Birliyinin sədri Tahir Əmiraslanov deyib.

    “Mətbuatda gedən məlumata görə, bizim əvəzimizə gətirilən təşkilatla birlikdə 2.9 milyon manat pul silinib. Guya Azərbaycan mətbəxi dünyada tanıdılıb. Bu pulları, bu vəsaitləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və yaxud Qərbi Azərbaycan İcmasına vermək lazımdır ki, düzgün istifadə edilsin”, – Tahir Əmiraslanov bildirib.

  • Bəzi şəxslər yalnız bir dəfə mənzil uçotuna alınacaqlar – TƏSDİQLƏNDİ

    Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.

    Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

  • КНДР запустила несколько баллистических ракет в сторону Желтого моря

    КНДР произвела запуск нескольких баллистических ракет в сторону Желтого моря.

    Об этом сообщило агентство Yonhap со ссылкой на южнокорейских военных.

    10 марта США и Республика Корея начали масштабные учения Freedom Shield. МИД КНДР назвал эти маневры “репетицией агрессивной войны, накаляющей атмосферу” на Корейском полуострове. В Пхеньяне предупредили, что учения отрицательно повлияют на безопасность США и что в ответ КНДР нарастит усилия по укреплению мира в регионе.

    Южнокорейские военные пока не приводят тип баллистической ракеты. Запуск состоялся около 13:50 по местному времени (08:50 по Баку – ред.) из “внутренней части” провинций Хванхэ-Пукто и Хванхэ-Намдо. “Наши вооруженные силы усиливают бдительность и меры по наблюдению, поддерживают полную готовность в тесном сотрудничестве с США”, – информировали в Комитете начальников штабов ВС Республики Корея.

    Yonhap также указывает, что этот пуск баллистической ракеты стал первым после инаугурации президента США Дональда Трампа 20 января. 26 февраля были запущены крылатые ракеты.

  • Şimali Koreya Sarı dənizə doğru ballistik raket atdı

    Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.

    Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat verib.

    Qeyd edək ki, martın 10-da ABŞ və Cənubi Koreya “Freedom Shield” (“Azadlıq qalxanı”) adlı genişmiqyaslı təlimlərə başlayıb. Şimali Koreya Xarici İşlər Nazirliyi bu manevrləri Koreya yarımadasında “atmosferi qızışdıran aqressiv müharibə məşqi” adlandırıb.

    Pxenyan xəbərdarlıq edib ki, təlimlər ABŞ-nin təhlükəsizliyinə mənfi təsir göstərəcək və buna cavab olaraq Şimali Koreya regionda sülhü möhkəmləndirmək üçün səylərini artıracaq.

    Cənubi Koreya hərbçiləri hələlik ballistik raketin növünü açıqlamayıblar. Buraxılış yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə 08:50 – red.) Hvanhe-Pukto və Hvanhe-Namdo əyalətlərinin “daxilindən” həyata keçirilib.

    “Silahlı qüvvələrimiz sayıqlıq və müşahidə tədbirlərini gücləndirir və ABŞ ilə sıx əməkdaşlıq şəraitində tam hazır vəziyyətdədir”, – deyə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsindən bildirilib.

    “Yonhap”ın qeyd etdiyinə görə, bu, Şimali Koreyanın yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ilk ballistik raket buraxılışıdır. Fevralın 26-da isə qanadlı raketlər buraxılmışdı.

  • Meteohəssas insanlara XƏBƏRDARLIQ

    Bu gün geomaqnit qasırğası ehtimalı var.

    Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, gün ərzində geomaqnit sahəsinin intensivliyi G1-G2 səviyyəsinədək yüksələ bilər.

    “Yüksəksürətli Tac Dəliyi Axınlarının aktiv kosmik hava şəraitinin 12 martadək davam edəcəyi gözlənilir”, – məlumatda qeyd edilib.

  • Арестована тиктокерша Мелек

    В Азербайджане арестована еще одна тиктокерша.

    Как сообщает lent.az, тиктокерша Хюрю Мусаева по прозвищу Мелек (Mələk) была задержана сотрудниками Агдашского районного отдела полиции за пропаганду безнравственности и оскорбительные выражения в социальных сетях.

    Решением суда Х.Мусаева арестована на 10 суток.

    Отметим, что некоторое время назад был арестован и тиктокер Ровшан Сулейманзаде по прозвищу Рошка.

  • Tiktoker “Mələk” həbs edildi

    Azərbaycanda daha bir tiktoker həbs edilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, “Mələk” ləqəbli tiktoker Hürü Musayeva sosial şəbəkələrdə əxlaqsızlığın təbliği və təhqiredici ifadələr işlətdiyinə görə Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün məhkəməyə çıxarılıb.

    Məhkəmə Hürü Musayevaya 10 sutka həbs cəzası verib.

    Qeyd edək ki, bir müddət öncə “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə də həbs edilmişdi.

  • Onlayn mərc oyunları təşkil etməklə 3 milyon manat qazanan şəxsin həbsi tələb olundu

    Mərc oyunları təşkil edərək milyonlarla vəsaiti qanunsuz mənimsəməkdə təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Dövlət ittihamçısı bununla yanaşı Urfan Quliyev barəsində seçilmiş həbs olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını da məhkəməyə təklif edib.

    Növbəti proses aprelin 7-nə təyin olunub.

    Qeyd edək ki, ittihama görə, Urfan İlqar oğlu Quliyev Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib.

    İttihamda qeyd olunub ki, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub.

    O bu yolla 3 milyon manatdan artıq qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.

    Urfan Quliyevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma – mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) ittihamları irəli sürülüb.

  • Прогноз погоды в Азербайджане на 11 марта

    11 марта в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, преимущественно без осадков, местами ожидается туман, будет дуть юго-восточный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 3-6, днем – 10-15 градусов тепла.

    Атмосферное давление выше нормы – 766 мм ртутного столба. Относительная влажность воздуха ночью – 80-85%, днем – 60-65%.

    В регионах Азербайджана осадков в основном не ожидается, на отдельных территориях туман, будет дуть умеренный восточный ветер.

    Температура воздуха составит ночью 3-7, днем – 17-22 градуса выше нуля, в горах ночью – от 3 градусов мороза до 2 тепла, днем – 8-13 градусов тепла.

  • Sabah Azərbaycanda 22 dərəcə isti olacaq

    Azərbaycan ərazisində martın 11-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.