Month: March 2025

  • Почему оскорблявшая учителей директриса не уволена? – ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ

    Организация нормальной деятельности средней школы №301 города Баку находится под контролем Государственного агентства дошкольного и общего образования (ГАДОО) и Управления образования города Баку (УОГБ).

    Об этом сообщает Median.Az со ссылкой на УОГБ.

    В целях обеспечения качественного управления и преподавания в школе временное исполнение обязанностей директора возложено на сотрудницу отдела организации общего образования ГАДОО при Министерстве науки и образования Жалю Магеррамову.

    В отношении директора школы Севды Сарыевой, длительное время не появляющейся в школе по состоянию здоровья, после ее выхода на работу предусмотрено принятие соответствующих правовых мер.

    Отметим, что распространилась аудиозапись, как утверждается, С.Сарыевой, оскорбляющей учителей. Из нее следует, что директор собирала деньги с учителей. Она поручила учителям собрать по 100 манатов с каждого ученика. Учительница, не сумевшая собрать деньги, получила выговор.

  • Müəllimləri təhqir etdiyi deyilən direktor niyə işdən çıxarılmır? – RƏSMİ AÇIQLAMA

    “Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MTÜDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzarətindədir”.

    Median.Az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

    Bildirilib ki, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir:

    “Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur”.

    Qeyd edək ki, müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səsyazısı üzə çıxıb. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub. Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib.

  • Бизнесмен, обвиняемый в избиении известной модели, осужден по другому делу

    Сегодня в Бакинском суде по тяжким преступлениям под председательством судьи Азада Меджидова состоялся финальный процесс по уголовному делу Зии Гусейнзаде, обвиняемого в мошенничестве.

    Как сообщает АПА, на процессе выступил адвокат подсудимого. Он попросил вынести оправдательный приговор в отношении своего подзащитного.

    Тем не менее, суд приговорил Зию Гусейнзаде к 8 годам и 6 месяцам лишения свободы с запретом занимать определенные должности сроком на 2 года и 6 месяцев.

    Напомним, у следствия возникли подозрения в совершении учредителем ООО PKF Audit Azerbaijan и PKF Audit Consultinq Зией Гусейнзаде таких деяний, как мошенничество и должностной подлог. Было установлено, что в 2022-2023 годах им в сотрудничестве с другими руководителями компаний были незаконно получены средства в крупном размере по кредитам на расширение деятельности принадлежащих им объектов по сделанным ими обращениям в Европейский банк реконструкции и развития.

    Помимо этого, в 2022 году, используя поддельные официальные документы с целью обналичивания денежных средств, находившихся на банковском счете компании-учредителя, обвиняемый без согласия директора ООО от его имени снял с депозитного счета компании крупную сумму под видом хозяйственных расходов.

    Отметим, что Зия Гусейнзаде также обвиняется в избиении известной модели Разият (Рази) Алиевой. Судебное разбирательство по возбужденному в связи с этим уголовному делу в настоящее время продолжается.

  • Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

    Tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

    O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

    Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ziya Hüseynzadə 2 il 6 ay müddətinə müvafiq vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

    Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

    Xatırladaq ki, Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə də təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

  • Сотрудник ГТК оштрафован за агрессивное поведение и превышение скорости

    Высокопоставленный сотрудник Государственного таможенного комитета (ГТК) Азербайджана был задержан за автохулиганство.

    Как сообщает Qaynarinfo, в отношении С.Ф. (1980 г.р.), работающего инспектором в ГТК, был составлен протокол по статье 535.1 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках, и дело было направлено в суд.

    В суде выяснилось, что 6 марта 2025 года около 21:00 должностной сотрудник ГТК на высокой скорости управлял автомобилем Mercedes в людном месте города Астара.

    Он был немедленно задержан сотрудниками Астаринского районного отдела полиции. На место происшествия сразу же были вызваны сотрудники Государственной дорожной полиции. В этот момент С.Ф. проявил агрессию, используя такие выражения, как “вы не имеете права меня задерживать, что вам нужно?”, “идите занимайтесь своими делами, я спешу на застолье”.

    В суде С.Ф. подтвердил, что управлял автомобилем на высокой скорости: “Я был уставшим, так как поздно вышел с работы. Из-за того, что не смог совладать со своими нервами, произошел данный инцидент”.

    С.Ф. попросил суд назначить ему мягкое наказание, пообещав больше не допускать подобных действий.

    Решением суда С.Ф. был оштрафован на 200 манатов.

  • Gömrük Komitəsinin “avtoşluq” edən vəzifəli şəxsi: “Yeyib-içməyə tələsirəm”

    Dövlət Gömrük Komitəsinin (DGK) avtoxuliqanlıq edən vəzifəli şəxsi saxlanılıb.

    Median.Az “Qaynarinfo”a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsində müfəttiş işləyən, 1980-ci il təvəllüdlü S.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı 6 mart 2025-ci il tarixdə saat 21:00 -da Astara şəhərində “Mercedes” markalı avtomobili insanların sıx olduğu ərazidə sürətlə idarə edib.

    O, dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dərhal hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları çağırılıblar. Bu zaman şəxs aqressivlik nümayiş etdirərək “sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır?”, “gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm” kimi ifadələr işlədib.

    S.F. məhkəmədə avtomobili yüksək sürətlə idarə etdiyini təsdiqləyib: “İşdən gec çıxdığım üçün yorğun idim. Əsəblərimə hakim ola bilmədiyimdən sözügedən hadisə baş verdi”.

    S.F. bir daha belə hərəkətlərə yol verməyəcəyini, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

    Məhkəmənin qərarı ilə S.F. 200 manat məbləğində cərimə edilib.

  • Bakıda saxlanılan keçmiş hakim Yelena Xaxaleva Rusiyaya verilmədi

    Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılan Yelena Xaxaleva ilə bağlı qərar verilib.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Şəhla Hümbətova bildirib.

    Məlumata görə, onun ekstradisiyası ilə bağlı sorğu təmin edilməyib.

    Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina edilib.

    Qeyd edək ki, Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxaleva yanvar ayında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb.

    Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində Yelena Xaxaleva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb.

    Həbs qətimkan tədbiri onun ekstradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib.

    Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb.

    O, 1,2 milyon rubl ələ keçirməkdə, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

    Daha sonra Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

    Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • В Сирии заявили о завершении операции против сторонников Асада на западе страны

    Лояльные Дамаску силы закончили военную операцию против сторонников экс-президента Сирии Башара Асада на западе страны, сообщает в понедельник “Аль-Арабийя” со ссылкой на Минобороны САР.

    “Мы прокладываем путь к возвращению нормальной жизни и к восстановлению безопасности и стабильности”, – приводит телеканал слова представителя ведомства Хассана Абдула Гани.

    Он отметил, что силы безопасности будут сотрудничать с комитетом, о формировании которого накануне объявил президент Сирии в переходный период Ахмед аш-Шараа, для прояснения обстоятельств случившегося. Гани добавил, что силы безопасности продолжат борьбу с остатками прежней сирийской администрации.

  • Suriyada gərginlik: Əsəd tərəfdarlarından ibarət silahlı qruplaşmalar zərərsizləşdirildi

    Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsədin ölkənin qərbində hücumların təşkilinə cəhd edən silahlı tərəfdarlarını zərərsizləşdirməyə nail olub.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Həsən Əbdül Qani məlumat verib.

    Qani, həmçinin ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını elan edib.

    Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Latakiya əyalətinin bir sıra şəhərlərində və Tartus əyalətinin bir neçə yaşayış məntəqəsində əvvəlki rejimin qalıqlarının qruplaşmalarını zərərsizləşdirə bilib və bunun nəticəsində təhdidlərin qarşısını almaq və regionun təhlükəsizliyini təmin etmək mümkün olub.

  • Серьезное обвинение от Таира Амирасланова в адрес Агентства по туризму: Списано 2.9 млн манатов

    Мы были представлены в руководстве международных организаций, Государственное агентство по туризму три года делало все возможное, чтобы отстранить нас от этого руководства.

    Как передает lent.az, об этом заявил председатель Общественного объединения “Национальная ассоциация кулинаров Азербайджана” Таир Амирасланов на общественных слушаниях на тему “Роль НПО в процессе возвращения в Западный Азербайджан”, организованных комитетом по общественным объединениям и религиозным организациям Милли Меджлиса.

    “Согласно информации в прессе, вместе с организацией, которая была приведена вместо нас, было списано 2.9 млн манатов. Якобы азербайджанская кухня была представлена миру. Эти деньги, эти средства нужно передать Агентству государственной поддержки неправительственных организаций или Общине Западного Азербайджана, чтобы они были использованы по назначению”, – заявил Таир Амирасланов.