Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.
Month: March 2025
-
Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü ilə bağlı veloyürüşdə iştirak edib
Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi – Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.///APA -
Bu maşınların qiyməti ucuzlaşacaq – RƏSMİ QƏRAR
Azərbaycanda elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin 01.01.2028 tarixinədək 0% təyin edilməsi (mövcud rüsum dərəcəsi 5%-dir) ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul edilib.Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu qərar qiymətləri alıcının xeyrinə dəyişdirəcək:“Əvvəlki qərarlarla ölkəyə idxal olunan elektrik mühərrikli minik avtomobilləri həm gömrük, həm də vergidə rüsumlardan artıq azad edilib. İndi də elektrik mühərrikli yük maşınlarının gömrük rüsumlarından azad olunması həmin avtomobillərin ölkə daxilində qiymətinin həm sahibkarlar, həm də vətəndaşlar üçün daha əlçatan edir. Təbii ki, rüsumlardan azadolma varsa, qiymət alıcının xeyirinə dəyişəcək. Həmçinin ölkənin avtomobil parkında elektrik mühərrikli nəqliyyat vasitələrinin payını artıracaq”.Ekspert qeyd edib ki, ilin sonunadək paytaxtda elektrobusların sayının artımı da gözləniləndir:“Məlum olduğu kimi, minik avtomobilləri ilə yanaşı, paytaxt Bakıda ictimai nəqliyyatda da elektrobuslar artıq istismar olunur. Ölkəmizə 161 ədəd elektrobus gətirilib. Bu ilin sonunadək isə təxminən 200-250 ədəd yeni elektrobusun istehsalı gözlənilir. Bu ondan xəbər verir ki, Azərbaycan atmosferə buraxılan zəhərli qazlarının miqdarının azaldılması, o cümlədən, karbon qazı tullantılarının qarşısını almaq üçün tədbirlərin görülməsinə sadiqdir. Əsas prioritetlərdən biri, ölkənin ekosisteminin yaxşılaşdırılmasıdır”.///Musavat -
Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar – 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Bu haqda FHN və DİN birgə məlumat yayıb.Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.Faktla bağlı araşdırma aparılır. -
Bakıda azyaşlı qızın telefonunu əlindən alıb qaçdılar
Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı qızın mobil telefonunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 22 yaşlı B.Bukavadze və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.
-
Bu iki şəxsə yüksək vəzifə verildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında kadr məsələlərinə baxılıb.
Median.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun AMEA-nın Naxçıvan Bölməsi aparatının elmi katibi vəzifəsinə təyin edilib.Eyni zamanda, filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub. -
Bakıda sıxlıq olan yollar açıqlanıb
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;4. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;9. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;15. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;16. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;17. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;18. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;21. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;22. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;23. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;24. Mehdi Hüseyn küçəsi, “İçərişəhər” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. -
İcra başçısının sabiq xanım müavini cəza çəkdiyi yeri dəyişmək istəyir (FOTO)
Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xanım məhkum əvvəlcə yerli, daha sonra apellyasiya məhkəməsinə müraciət edib.
Gültəkin Sadıqova ərizəsində cəzasının yarıdan çoxunu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyini qeyd edib. Xüsusilə bunun nəzərə alınmasını xahiş edib.
Məhkəmələrin heç biri məhkumun müraciətini təmin etməyib. G.Sadıqovanın cəzasının qalan 1 il 2 ayını da eyni yerdə çəkməsinə qərar verilib.
Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsindəki şərait rahatlığına görə digərlərindən fərqlənir. Oradakı məhkumlar müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirlər.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Son qərarla İ.Vəliyev 6 il 2 ay, G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.
-
В ходе боестолкновений в Сирии убиты более 130 мирных жителей
Более 130 мирных жителей были убиты в ходе боестолкновений в Сирии.
Об этом сообщил Rudaw.Сирийская обсерватория по правам человека проинформировала, что в ходе масштабной операции на западе Сирии были убиты 134 мирных жителя.
“134 мирных жителя, в том числе не менее 13 женщин и пятерых детей, были убиты силами безопасности в районах Баниас, Латакия и Джабле”, – заявил директор обсерватории Рами Абдель Рахман.
Он также добавил, что сотрудники сил безопасности штурмовали дома и казнили мирных жителей, особенно интенсивно в городе Баниас.
“Таким образом, число погибших с момента начала кровавых столкновений в четверг достигло 229 человек”, – заключил портал.
-
Suriyada 130-dan çox dinc sakin silahlı toqquşmaların qurbanı olub
Suriyada gedən döyüşlərdə 130-dan çox dinc sakin həlak olub.
Bu barədə İraqın “Rudaw” telekanalı məlumat yayıb.Suriya İnsan Haqları Müşahidə Qrupu Suriyanın qərbində keçirilən genişmiqyaslı əməliyyat zamanı 134 mülki şəxsin həlak olduğunu bildirib.
Qeyd olunub ki, ölənlər arasında 13 qadın, beş uşaq da var. Ümumilikdə isə son iki gün ərzində 229 nəfər hərbi toqquşmaların qurbanı olub.
Xatırladaq ki, ötən gündən etibarən Əl-Laziqiyyə və Tartus şəhərlərinə Suriya ordusu ilə Bəşər Əsədə bağlı silahlılar arasında şiddətli toqquşmalar başlayıb.
-
Спасатели МЧС предотвратили попытку самоубийства в Баку (ВИДЕО)
Предотвращена попытка самоубийства.
Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС).Мужчина пытался совершить самоубийство, забравшись на подъемный кран в Низаминском районе столицы.
Об этом на горячую линию 112 МЧС сообщили очевидцы.
На место немедленно прибыли спасатели Службы спасения особого риска МЧС.
При оценке оперативной обстановки было установлено, что Ниджат Шамиев (1989 г.р.) пытается покончить с собой, забравшись на подъемный кран.
Спасатели установили контакт с мужчиной, провели длительную психологическую беседу, развернули спасательную подушку и приняли необходимые меры безопасности.
В результате психологической беседы, проведенной спасателями с гражданином, он отказался от намерения совершить самоубийство и был спасен.








