Month: March 2025

  • 8 Mart xüsusi gün, yoxsa qadın məhsullarının satış günü?

    Sabah Ramazan ayının 9-cu günüdür.

    Median.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 05:35-ya, iftar isə saat 18:55-ə təyin olunub.

    Ramazan ayının 9-cu gününün duası:
    “Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

    Tərcüməsi:
    “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

    İftar duası:
    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

    Tərcüməsi:
    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
    Allah orucunuzu qəbul etsin!

  • В рамках I Общереспубликанского музыкального фестиваля Фикрета Амирова был представлен балет “Тысяча и одна ночь”

    Балет “Тысяча и одна ночь” был представлен Азербайджанским государственным академическим театром оперы и балета в рамках Общереспубликанского музыкального фестиваля имени Фикрета Амирова.

    Как сообщает report, главные роли в спектакле исполнили Юлия Ферштандт (Шахерезада), Илья Манаенков (Шахрияр), Лиана Прага (Нурида) и Сеймур Гадиев (любимый раб Нуриды).
    Дирижер спектакля – заслуженный артист Азербайджана Эйюб Гулиев, балетмейстер – заслуженный деятель искусств Наиля Назирова, хормейстер – заслуженный деятель искусств Севиль Гаджиева.

    Отметим, что балет “Тысяча и одна ночь”, написанный Фикретом Амировым по мотивам известных арабских сказок, впервые был поставлен в 1979 году на сцене Азербайджанского государственного театра оперы и балета в Баку. Авторство либретто спектакля принадлежит выдающимся азербайджанским писателям братьям Магсуду и Рустаму Ибрагимбековым, а художественное оформление – народному художнику Тогрулу Нариманбекову.

  • Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində “Min bir gecə” baleti təqdim olunub

    Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın “Min bir gecə” baleti təqdim olunub.

    Report xəbər verir ki, tamaşada əsas rolları Yuliya Ferştandt (Şəhrizad), İlya Manayenkov (Şəhriyar), Liana Praga (Nuridə), Seymur Qədiyev (Nuridənin sevimli qulu) ifa ediblər.

    Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeyster Əməkdar incəsənət xadimi Nailə Nəzirova, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

    Qeyd edək ki, Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, bədii tərtibatı Xalq rəssamı Toğrul Nərimanbəyova məxsusdur.

  • Хаменеи: Иран не будет вести переговоры с США

    Исламская Республика Иран не будет вести переговоры с США, так как Вашингтон заботят только собственные интересы.

    Как передает report со ссылкой на телеканал SNN, об этом заявил верховный лидер исламской республики аятолла Али Хаменеи на встрече с иранскими чиновниками в ответ на письмо президента США Дональда Трампа с предложением о переговорах по ядерной программе Тегерана.
    “Некоторые недобросовестные правительства ведут переговоры не для того, чтобы решить проблемы, а для того, чтобы навязать свои собственные интересы. Исламская Республика Иран, безусловно, не оправдает их ожиданий”, – сказал он.
    Отметим, что в пятницу Дональд Трамп написал на своей странице в социальной сети Truth Social, что направил Хаменеи послание с предложением о переговорах по ядерной программе Тегерана. 

  • Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq

    İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

    Report xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei deyib.

    “Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, – o, ABŞ Prezidenti Donald Trampın SNN telekanalının canlı yayımında Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən məktubuna cavab olaraq İran rəsmiləri ilə görüşdə deyib.

  • Pensiyaçıların DİQQƏTİNƏ: Bu halda ödənişlərə yenidən baxıla bilər

    Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış müəyyən qrup insanların məcburən pensiyaya göndərilməsi ilə bağlı fikirlər var. Bildirilir ki, bir sıra şəxslər pensiya yaşına çatsalar da, işləməyə davam etmək istəyirlər, lakin əmək müqavilələrinə xitam verilir. Bəziləri isə işində qaldığı halda pensiya ödənişi almamaqdan ehtiyat edirlər.

    Hansı hallarda pensiya yaşına çatdıqdan sonra işləmək imkanı əldə edilə bilər?

    Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, bu məsələ “Əmək pensiyaları haqqında” müvafiq qanunvericiliklə tənzimlənir:

    “Kişilər bir neçə ildir 65 yaşda pensiya alırlar. Qadınların pensiya yaşı isə hər il 6 ay artırılmaqla artıq 65-ə çatmaq üzrədir. Yəni həm qadın, həm də kişilər üzrə pensiya əldə etmək hüququnu qazanmaq üçün yaş həddi 65-dir. Bu yaşa çatdıqdan sonra avtomatik olaraq vətəndaşa pensiya təyin olunur. Ondan sonra çalışdığı yerdə işəgötürənin razılığı əsasında əmək müqaviləsi uzadıla bilir. Əks təqdirdə 65 yaşdan sonra işəgötürənin şəxsi saxlamaq səlahiyyəti yoxdur”.

    İqtisadçı bildirib ki, şəxs işlədiyi müddətdə də pensiya ödənişlərini ala bilir:

    “Pensiya yaşına çatan kimi hər hansı bir vətəndaşın işini davam etdirmək istəyinə gəlincə, bu, təktərəfli həll edilmir. Qarşılıqlı razılaşma önəmlidir. Bundan başqa şəxs işdən ayrıldıqdan sonra onun pensiyasına yenidən baxılır”.

  • Axtarışda olan şəxslərin gizləndikləri mənzilə FHN qüvvələri cəlb olunub

    Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövəqladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. 

    Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar – 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. 

    FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb – FOTO

    Ağcabədidə yol qəzası baş verib.

    Apa-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi “VAZ” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

  • Bakı Hərbi Məhkəməsinin hakimi vəfat edib

    Bakı Hərbi Məhkəməsinin hakimi Aslan Kalbalıyev vəfat edib.

    Median.Az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra bu gün həyatını itirib.

    Aslan Kalbalıyev sabah İmişli rayonunda dəfn olunacaq.
    Qeyd edək ki, Aslan Kalbalıyev uzun müddət Ali Məhkəmənin hakimi olub.

  • Gürcüstanda bir gündə iki zəlzələ oldu

    Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

    Bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
    Bildirilib ki, zəlzələ 4 bal gücündə olub.
    Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 15:28-də qeydə alınıb. Zəlzələnin episentri paytaxtdan 63 km aralıda, Tianeti vilayət mərkəzindən bir qədər aralıda yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.
    Qeyd edək ki, bu, Gürcüstanda bir gündə ikinci zəlzələdir. Birinci zəlzələ bu gün səhər saatlarında baş verib.
     
    ///Qafqazinfo