Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.
Median.Az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.
Qeyd edək ki, sözügedən işlər 2.31 hektar torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.
MİDA qeyd olunan işlərin icrasını “Amal Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27.3 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Amal Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Orxan Asif oğlu İbrahimlidir.
После того как США ограничили Украине доступ к коммерческим спутниковым снимкам, страну покинула группа западных специалистов, которые помогали военным принимать и обрабатывать разведывательные данные с аппаратов.
Об этом сообщает журнал Time со ссылкой на источник, близкий к Генеральному штабу Украины.
“Никого не осталось”, – сказал он, но не уточнил, каких именно специалистов и из каких стран имеет в виду.
На этой неделе Украина лишилась доступа к спутниковым снимкам частной аэрокосмической компании Maxar Technologies, которые передавались в рамках программы GEGD (Глобальная расширенная программа поставки данных геопространственной разведки). В Национальном агентстве геопространственной разведки США объяснили решение “директивой администрации [президента] о поддержке Украины” и заявили, что решение временное.
Qazaxıstanda Azala məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan bələdçi Hökumə Əliyevanın adının əbədiləşdirilməsi istiqamətində addım atılıb. Zirehli texnika istehsalı üzrə ixtisaslaşan şirkətdə tibbi təyinatlı Arlan maşınlarında “By Hokumə Aliyeva” seriyası təqdim edilib. Görüntü ötən il dekabrın 25-nə, səs isə Hökumə Əliyevaya məxsusdur. Bütün dünyaya səs salan qəza nəticəsində 38 nəfər həlak oldu. Faciə Qazaxıstan üçün isə ikiqat zərbə idi, çünki hadisə zamanı təyyarədə olan vətəndaşlarından heç biri xilas olmadı. Qəzadan sağ çıxanların olması “möcüzə” adlandırıldı. Bu möcüzəni yaradanlar da məhz ekipaj üzvləri, onların peşəkarlığı idi. Həmin möcüzənin müəlliflərindən biri də baş bələdçi Hökümə Əliyevadır. Milli Qəhrəmanımızın adı hər yerdə qürurla vurğulanır və qadın gücünün, cəsarətinin, şücaətinin rəmzi kimi qarşılanır. Qazaxıstanda zirehli texnikanın istehsalı və silah sistemləri mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkətin qurucusu Aybek Barısov da bundan ilhamlanaraq məşhur “Arlan” zirehli maşınlarında “BY HOKUMA ALIYEVA” seriyasını təqdim edib.
Aybek Barısov – “Kazakhstan Paramount Engineering və Weapon Systems Engineering” şirkətinin qurucusu: Gördüyünüz avtomobil əslində Müdafiə Nazirliyi üçün hazırlanmışdı. Bizim Müdafiə Nazirliyimiz bu avtomobili BMT-nin sülhməramlı missiyası üçün Qolan Yüksəkliklərinə göndərib. O vaxt biz düşündük ki, bu zirehli təcili tibbi yardım maşını olmalıdır. Təyyarənin salonunda lentə alınanları hamımız gördük və Hökümə Əliyevanın peşəkarlığına heyran qaldıq. Onun vəzifəsini o an belə qorxmadan icra etməsini heyrətlə izlədik. Bu hərbi avtomobilin əsas funksiyası həyatı xilas etməkdir, buna görə də başqa heç nə ağıla gələ bilməzdi. Çoxfunksiyalı avtomobilin adı Arlandır. Hərbi təkərli avtomobildir, amma tibbi funksiyaları olanlar Hökümə Əliyeva adı ilə istehsal olunacaq. Hərbi avtomobilin üzərində xüsusi işləmə ilə Hökümə Əliyevanın adı həkk olunub. “Arlan” zirehli maşınlarının uzunluğu 6,5 m, gövdə eni 2,66 m və hündürlüyü (damda, silah nəzərə alınmadan) – 2,75 m, yükdaşıma tutumu – 13,5 tondur. Zirehli avtomobilin sürəti saatda 100 km-ə çatır. Tam ötürücülü şassi müxtəlif maneələrin aradan qaldırılmasını təmin edir. Çətin relyefli və dağlıq ərazilərdə hərəkət edə və müxtəlif maneələri, o cümlədən 1,2 metr dərinlikdə çayı keçə bilir. Elə bu səbəbdən İkinci Qarabağ müharibəsində də bu nəqliyyat vasitələri böyük rol oynayıb. Bu maşınlar Azərbaycana Marauder adı ilə çatdırılmışdı. Marauderin 60 ədədini göndərmişdik, yanılmıramsa, 30-dan çoxu aktiv istifadə edilirdi. Hətta bu maşınların tank əleyhinə minalarda itki vermədən partlamasına dair görüntülər də var idi. O baxımdan bu maşınlar çox dayanıqlıdır. Konstruksiyası MRAT-dır, yəni çox yüksək mina və ballistik qorunması var.
Avtomobil 12,7 mm-lik qüllələrdən qorunur. Maşının alt hissəsi V-şəkillidir, 8 kq trotil ekvivalenti olan partlayıcı qurğunun partlamasına qarşı dözümlüdür. Hətta təkər belə eyni miqdarda partlayıcı maddə tətbiq edildikdə partlayışa dözə bilir. Şirkətin qurucusu məhz bu dözümlülüyünə görə avtomobilə iradəsi, qorxmazlığı və cəsarəti ilə fərqlənən Hökümə Əliyevanın adını verib. Deyir qoy Hökümə Əliyeva qəhrəmancasına həyatları xilas etdiyi kimi, bu avtomobil də onun mərdliyinin nümunəsi kimi bu missiyanı yerinə yetirsin.
“Məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edib”.
Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında paylaşımında bildirib:
“Məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.
“Məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edib”.
Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında paylaşımında bildirib:
“Məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.